Icma.az
close
up
RU
Satış planını yerinə yetirməyən işçiyə müdirdən qəribə cəza

Satış planını yerinə yetirməyən işçiyə müdirdən qəribə cəza

Bakivaxti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çində 29 yaşlı şirkət əməkdaşı satış planını yerinə yetirmədiyinə görə menecer tərəfindən 200 dəfə oturub-durma hərəkəti etməyə məcbur edilib.

Bakıvaxtı.az “South China Morning Post”a istinadən xəbər verir ki, Yanq soyadlı qadın bu cəzadan sonra səhhətində yaranan ciddi problemlər səbəbindən xəstəxanaya yerləşdirilib.

Məlumata görə, bu yaxınlarda Hançjou şəhərinə köçən Yanq iyun ayında maliyyə məsləhətçisi kimi ilk işinə başlayıb. Komanda rəhbəri Çjan hər bir əməkdaşdan gündə 200 zəng etməyi və yeni müştərilər cəlb etməyi tələb edib.

İyulun 28-də planı yerinə yetirə bilməyən qadına iki seçim təklif olunub: 100 dəfə oturub-durmaq və ya tamamlanmamış hər tapşırığa görə 50 yuan cərimə ödəmək.

Yanq fiziki cəzanı seçib və rəhbərinə sübut kimi video göndərmək üçün 200 dəfə oturub-durub. Bundan sonra onun ayaqlarında şiddətli ağrılar yaranıb və ayaq üstə dayanmaqda çətinlik çəkib.

Həkimlər qadına rabdomioliz diaqnozu qoyublar. Bu, əzələ toxumasının parçalanması nəticəsində zərərli zülalların qana keçdiyi və böyrəklərin zədələnməsinə səbəb ola bilən təhlükəli vəziyyətdir.

Hadisə Çinin sosial şəbəkələrində ciddi narazılıq doğurub. İstifadəçilər menecerin tətbiq etdiyi cəzanı alçaldıcı və təhqiramiz adlandırıblar. Yerli hakimiyyət orqanları şirkətlə bağlı araşdırmaya başlayıb./Unikal

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 26 Avqust 2026 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see327

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see311

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see284

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see273

Azərbaycanın məşhur market şəbəkələrini kimlər idarə edir?

03 Noyabr 2026 10:40see270

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see257

Ürək xəstəlikləri riskini azaldan bir vərdiş aşkarlandı

03 Noyabr 2026 14:20see246

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see243

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see233

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see227

Yüksək qan təzyiqi yaddaşı pozur

03 Noyabr 2026 11:31see220

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see219

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see213

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see204

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see203

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see200

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see200

Dabanlarda quruluq varsa nə etmək lazımdır? AÇIQLAMA

03 Noyabr 2026 14:27see193

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see189

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri