“Saudi Aramco“ Ukrayna PUA larının alınması ilə bağlı danışıqlar aparır
Icma.az, Moderator.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dünyanın ən böyük neft şirkətlərindən biri olan "Saudi Aramco" yataqları hücumlardan qorumaq üçün Ukrayna pilotsuz uçuş aparatlarının (PUA) alınması ilə bağlı danışıqlar aparır.
Moderator.az xəbər verir ki, bu barədə "The Wall Street Journal" mənbələrə istinadən bildirib.
Məlumata görə, danışıqlar düşmənin PUA-larını taran vasitəsilə və ya aparatın bilavasitə yaxınlığında partlayışla zərərsizləşdirməyə qadir olan dron əleyhinə vasitələr istehsal edən "SkyFall" və "Wild Hornets" ilə aparılır.
Eyni zamanda bildirilib ki, şirkət PUA-ları hökumətdən və regional rəqiblərdən, xüsusən də Qətərdən daha əvvəl əldə etmək istəyir.
Daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski bildirib ki, Ukrayna ABŞ hərbi bazalarını qorumaq üçün İordaniyaya PUA əleyhinə vasitələr və dronlar üzrə mütəxəssislər qrupu göndərib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 13 Mart 2026 00:46 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















