Icma.az
close
up
RU
“Savadl şəxslər olub ki, heç bir təsirə uymayıb, heç bir təriqəti qəbul etməyib….” Tural İrfan yazır

“Savadl şəxslər olub ki, heç bir təsirə uymayıb, heç bir təriqəti qəbul etməyib….” Tural İrfan yazır

Gununsesi saytına istinadən Icma.az xəbər verir.

Dini təhsil məsələsi önəmli məsələdir. Ölkəmizdə bununla bağlı həmişə müəyyən təzadlar müşahidə olunub. Bəziləri ölkədə dini təhsilin zəif olduğunu bəhanə edərək xaricdə təhsil almağa gedib. Nəticədə getdiyi ölkədə oranın yarı siyasi, məzhəbçi, çox vaxt da radikal din modelinə təslim olub, təsirə düşüb. Gəldikdən sonra da oxuduğu, daha doğrusu təlim gördüyü ölkənin din modelini əsl din kimi yeritməyə, təbliğ etməyə başlayıb. Bu, əsasən Səudiyyə Ərəbistanında və İranda təhsil alanlarla bağlıdır. Bədbəxtlik onda olub ki, gedənlərin çoxunun orta təhsili zəif olduğundan, milli düşüncə kasadlığı, sağlam ibtidai dini bilgisi olmadığından həmin ölkələrin öz siyasi – ideoloji dövlətçilik prinsiplərinə uyğun olaraq tətbiq etdiyi modelləri həqiqi İslammış kimi qəbul ediblər. Nadir savadlı, agah, milli təfəkkürü möhkəm şəxslər olub ki, heç bir təsirə uymayıb, heç bir təriqəti qəbul etməyib, sadəcə təhsil alıb.

Məzhəbçi mədrəsələrin fəaliyyəti müəyyən dini bilgilər versə də onlar da xarici din liderlərinə, din modellərinə mötəqid olduqları üçün zərərli kadrlar yetişdirdilər. Lakin zamanla bu fəsadlar özünü kobud şəkildə büruzə verdi və reallıqlar nəzərə alınaraq Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi nəzdində Azərbaycan İlahiyyat İnstitutu təsis olundu. Tam insafla qeyd etmək lazımdır ki, bu tədris ocağı öncə kadr seçimində doğru yol tutdu. Əsla mühafizəkar, radikal, xurafatçı, qatı məzhəb təəssübkeşi olan mütəxəssislərə yer vermədi. Ən əsası isə proqramı düzgün müəyyən etdi və təhsil – tədris sistemini mötədil əsaslarla qura bildi.

Müasir tələblərə uyğun şəraitlə təmin olunmuş bu instituta dövlət dəstəyi daimi hiss olunur ki, sağlam karlar yetişsin. İnstitutun rəhbərliyinin mövqeyi, baxışı, metodu da əsas şərtdir. Hesab edirəm ki, o da öz yerindədir. Zəngin kitabxanası, təhsil üçün lazımi bütün şəraiti olan ali məktəbdə yetişən kadrların milli düşüncədə, dövlətçi, dini savadla yanaşı dünyəvi savadlarının da yetərincə olması gözlənilir.

Eyni zamanda Bakı İlahiyyat Kollecinin fəaliyyəti də məqsədəuyğundur. Müasir medodlarla mədrəsə sisteminin daha təkmil forması olan kollecin yetirmələrindən də gözləntilər böyükdür. Tədricən məscid və digər tələbolunan nöqtələrə bu kadrların yerləşdirilməsi öz müsbət effektini verməlidir.

İlahiyyat İnstitutunun getdikcə artan nüfuzu, xarici dini təhsil ocaqları ilə əlaqələri, beynəlxalq konfrans və simpoziumlara ev sahibliyi etməsi bu sahədəki inkişafın bariz nümunəsidir.

Bir çox müsəlman ölkəsindəki ali dini təhsil ocaqlarının çoxunun tədris proqramında dünyəvi elm sahələri məhduddur yaxud yox dərəcəsindədir. Və ya demək olar ki, hamısı məzhəbçi, təriqətçi təhsil verir. Hər nə qədər adına “İslam İnstitutu” desələr də sistem bir məzhəbin əsasları üstündə qurulub. Təhsil alan məzun da həmin məzhəbi həqiqi din hesab edir, digərlərini isə rədd edir, beləcə təfriqə, nifaq və digər acı nəticələr meydana çıxır. Lakin Azərbaycan İlahiyyat İnstitutunun təməlində məzhəbçilik, ayrıseçkilik prinsiplərinə yer verilmədiyi üçün onu dünyanın ən müasir və layiqli din İnstitutu hesab etmək olar. Misirin Əl Əzhər Universiteti ən qədim dini təhsil ocaqlarından olsa da Fatimi xilafəti zamanında İsmaili – batini siyasi ideologiyasını təbliğ etmək amacı ilə qurulmuşdu. İraqdakı Nəcəf elmiyyə hövzəsi, İrandakı Qum hövzələri isə tamamilə siyasiləşmiş, orta əslərin tədris metodları ilə fəaliyyət göstərir. Qatı məzhəbçi, dünyəvi elmlərdən nakam, müasir dünya üçün ziyanlı kadrlar yetişdirir ki, İslam dünyasında gedən proseslərdə biz bu kadrların ümumbəşəri dəyərlərə nə qədər zərbə vurduğunun şahidi oluruq. Eyni zamanda vəhhabizm ideologiyasının mərkəzi sayılan Mədinə İslam Universitetini və onun yetirmələrini bu qəbildən saymaq olar. Adı çəkilən ideoloji mərkəzlər sovet dövrünün “Ali partiya məktəbi” funksiyasını daşıyır və əslində din pərdəsi altında həmin dövlətin milli, ideoloji, siyasi maraqlarını qoruyur, təbliğ edir, aşılayır. Mədinə İslam Universiteti ilə Qum elmiyyə hövzəsi əslində nüvə silahı istehsal edir, İslam tələbəsi deyil. Çünki onların ikisini yanaşı qoyanda dünyada yalnız qan meydana gəlir, sülh yox…

Yəni, adına, nufuzuna, qədimliyinə, yerləşdiyi müqəddəs sayılan məkana görə bu “təhsil ocaqlarına” aldanmaq lazım deyil. Əsas olan məram, mahiyyət və nəticədir. Azərbaycan həmişə tolerant ölkə olub. Elm, təhsil, ziya, mədəni, mənəvi dəyərlər mərkəzi kimi dünyaya töhfələr verib. İnanıram ki, Azərbaycan İlahiyyat İnstitutunun timsalında İslam dünyasına müasir dini təhsil modeli və motodu nümunəsinin ən mütərəqqi formasını göstərə biləcəkdir. Ona da inanıram ki, digər müsəlman ölkələri bu İnstitutu öyrənib öz ölkələrində tətbiq etmək üçün müraciət edəcəklər.

Mənəvi, əxlaqi dəyərlərin, ürfün öyrənilməsi zəruridir. Bununla paralel ümumbəşəri dəyərlərin, ali humanizmin beynəlxalq nümunələri və fərqli inancların tolerantlıq kontekstində ülvi harmoniyasına zəmin yaranmalıdır.

İnanıram ki, bu İnstitut daha da təkmilləşdiriləcək, İslam aləmində, ümumiyyətlə din və dinlər sahəsində mütərəqqi, mötədil, əsasən elmi və mənəvi, insani dəyərləri ön planda saxlayan kadrların yetişməsi üçün daha geniş elmi – dini bazaya sahib olacaqdır.

Tural İrfan

Dinşünas – yazar

Gununsesi.info 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:94
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 30 Oktyabr 2025 19:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see512

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see232

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see226

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see213

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see211

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see204

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see198

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see188

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see185

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see182

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see180

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see160

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see159

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see155

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see154

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see148

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see144

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see142

Kartdan səbəbsiz pul çıxırlar Unibank dan ŞİKAYƏT

29 Yanvar 2026 11:00see140

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri