Icma.az
close
up
RU
“Hədissiz Peyğəmbər, Peyğəmbərsiz İslam mümkün deyil” Tural İrfan yazır

“Hədissiz Peyğəmbər, Peyğəmbərsiz İslam mümkün deyil” Tural İrfan yazır

Gununsesi saytından alınan məlumata görə, Icma.az bildirir.

Hədislərin hamısını şübhə altına almaq və inkar etmək doğru deyil. Doğrudur, zaman-zaman çoxsaylı saxtakarlar hədislər uydurub, təhriflər edilib, amma bu, əsas vermir ki, bütün hədislərdən uzaq duraq. Necə deyərlər, “bitə görə köynəyi yandırmazlar”.

Qurani-Kərimin özü də bizə hədislər vasitəsilə gəlib çatıb. İslam tarixinin özü də hədis metodu ilə, rəvayət üsulu ilə yazılıb. Hədisləri tamamilə inkar etmək tədricən Peyğəmbəri inkar etməyə aparan yoldur.

Məsələ bu cür qoyulmamalıdır ki, hədislər Qurana lazımdır, ya yox. Quran, yaxud ümumiyyətlə İslam hədislərə möhtacdır, ya yox. Hədislər – Quranın və İslamın Peyğəmbər vasitəsilə şərhidir, istiqamət mayakıdır. (Söhbət yalnız həqiqi, sağlam hədislərdən gedir.)

Əgər biz sağlam hədisi uydurmadan seçə bilmiriksə, ucdantutma hamısını kənara qoymaq nə ağıla, nə məntiqə, nə də Quranın vəhy məntiqinə uyğundur.

Misal üçün təsəvvür edək ki, Quran bir konstitusiya kitabıdır. Hədislərdən meydana gələn ənənələr, ayinlər, qaydalar isə bu konstitusiyadan qaynaqlanan hüquq məcəllələri kimidir. Əgər biz hədisləri kənara qoyub öz ağlımızla şərhlər, izahlar verərək “məcəllələr” yazası olsaq, onda milyonlarla fərqli fikir ortaya çıxacaq. Hərə öz ağlına, savad dərəcəsinə, məlumat miqyasına görə şərh verəcək və nəticədə saxta hədislərin parçalayacağından da çox din parçalanacaq.

Hədisləri rədd etmək, Peyğəmbərin tarixi şəxsiyyət olmasını belə şübhə altına almağa gətirib çıxara bilər. Bir daha təkrar edirəm: İslam tarixinin özü də hədis rəvayət zənciri ilə nəql edilib. Tarixi rədd etmək isə İslamın qurucularını – Peyğəmbəri, səhabələri, onların həyatını və fəaliyyətini inkar etmək deməkdir.

Quran hədislərə möhtac deyil. Qaranlıq məqamları aydınlaşdırmaq üçün insanlar hədislərə möhtacdır. Əgər Peyğəmbər dövründə yaşasaydıq və ya səhabələrin əksəriyyətinin sağ olduğu dövrdə olsaydıq, bəli, hədislərə bəlkə də ehtiyac qalmazdı. Çünki insanların əməlləri, davranışları bizə hədislərdə göstərilən nümunəni canlı olaraq təqdim edəcəkdi.

Digər tərəfdən, hədislər külliyyatı İslamın irsidir. Əsrlər boyu bu irs nəsildən-nəslə ötürülüb. Qurana əsaslanmaqla yanaşı, məhz bu hədislərin də köməyi ilə İslam hüquq sistemi qurulub, hökmlər, ibadətlər, cəza və cərimələr müəyyənləşdirilib. İndi bütün hədisləri rədd etmək, bu sistemi kökündən sarsıtmaq deməkdir.

Orta əsrlərdən bəri Qurana yazılmış təfsirlər də hədislər vasitəsilə meydana gəlib. Surələrin, ayələrin həqiqi mənalarının açılması, düzgün izah edilməsi üçün yalnız ağıla deyil, eyni zamanda Peyğəmbər hədislərinə də ehtiyac duyulub.

Əgər kimsə Nizaminin “Xəmsə”sinə şərh yazırsa, bu o demək deyil ki, Nizami Xəmsəni yaxşı yazmayıb və ya hər şeyi izah etməyib. Ona görə də məsələni bu cür qoymaq olmaz: “İslam hüququnda, təfsirlərdə, tarixi mənbələrdə hədislərdən istifadə olunubsa, deməli, Quran hədislərə möhtacdır.” Bu, möhtaclıq deyil – vasitədir.

Quranda Allahın “Alim” (hər şeyi bilən), “Görən”, “Eşidən” kimi sifətlərindən bəhs olunur. Halbuki “Alim” sifəti artıq eşitmək və görməyə ehtiyac qoymur. Əgər biri divarın o üzündə nə baş verdiyini tam bilirsə, gedib gözü ilə baxmasına ehtiyac varmı? Xüsusən də söhbət Allahdan gedirsə… Allah “Alim” olduğu halda Onun eşitməyə və görməyə ehtiyacı yoxdur. Deməli, Quranda “hər şeyin bəyan olunduğu” ifadəsi də bu mənada anlaşılmalıdır.

Hədislərin saf-çürük edilməsi, Qurana uyğun və ya zidd olanlarının müəyyənləşdirilməsi, müxtəlif məzhəblərin bir-birinə zidd hədis kitabları ortaya qoyması, uydurma ilə sağlam hədisləri ayırmaq üçün fərqli metodların tətbiqi – bunlar ayrıca müzakirə mövzusudur. Lakin mövzumuz budur ki, sağlam hədisləri inkar etmək əsla yolverilməzdir və bu, tamamilə absurddur.

Bu gün dünyada elə millətlər, elə qövmlər var ki, arxeoloji qazıntılarla, arxivlərdə illərlə araşdırma aparmaqla tarixlərinə aid bircə vərəq sənəd, bircə kəlmə söz axtarırlar. Biz isə durub 1300–1400 illik Peyğəmbər irsini rədd edək? Bu, beş-on cahilin gedib bir pirə daş yapışdırmasına görə vəhhabilərin bütün dini və tarixi abidələri məhv etməyə çalışmasına bənzəyir.

Unutmayaq: Peyğəmbərsiz İslam mümkün deyil. Hədissiz də Peyğəmbər olmaz!

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:65
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 28 İyul 2025 14:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see472

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see242

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see220

PAŞA Bank səhmlərinin 5% ni hərraca çıxaracaq

28 Yanvar 2026 11:10see205

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see202

Ən çox şikayət olunan bankları hansı cəza gözləyir?

28 Yanvar 2026 15:56see191

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see188

Kapital Bank liderliyini qoruyur

28 Yanvar 2026 14:45see183

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see171

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see164

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see159

Ağıllı insanların əksəriyyəti həyatın 5 sadə qaydasını çox gec anlayır PSİXOLOQ

28 Yanvar 2026 15:54see158

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see157

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see154

Niyə hər şeyə inanmalısan? QNET haqqında oxuyun

28 Yanvar 2026 14:32see152

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see149

Çay saatına çox yaraşan limonlu, zəncəfilli keks

28 Yanvar 2026 07:12see143

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see141

Hava kəskin soyuyur Bu ərazilərə qar yağacaq

28 Yanvar 2026 07:13see134

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri