Icma.az
close
up
RU
SAVAŞDA AYAĞINI İTİRƏN QAZİNİN ADI NİYƏ MƏNZİL SİYAHISINA SALINMIR? Ölkə rəhbərliyinə müraciət

SAVAŞDA AYAĞINI İTİRƏN QAZİNİN ADI NİYƏ MƏNZİL SİYAHISINA SALINMIR? Ölkə rəhbərliyinə müraciət

Hurriyyet portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ağdam rayonu, "Baharlı 2" qəsəbə sakini, 3-cü qrup Qarabağ qazisi Paşazadə Qasım Adil oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət daxil olub. Saytımız vasitəsilə Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya, Qaçqınların və Məcburi Köçkünlərin işləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevə və Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənova müraciət edən şikayətçinin məktubunu olduğu kimi dərc edirik:

"Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Hörmətli Cənablar!

Mən, 3-cü qrup Qarabağ qazisi Paşazadə Qasım Adil oğlu, yazaraq Sizdən kömək istəyirəm.

44 günlük müharibədə, antiterror əməliyyatlarında iştirak etmiş, daimi qeydiyyatda olduğum və həmin kənddən məlum əməliyyatlarda bir ayağını itirmiş əlil, qaziyəm. Heç vaxt əlilliyimdən və yaxud da qazi olmağımdan sui-istifadə edib, hansısa qurumun qapısını döyməmişəm. Son olanlara kimi. Sağ olsunlar, onlar da bir dəfə də olsun, məni axtarmayıblar.

Mən də, digər qazi yoldaşlarım kimi, ev növbəsindəyəm. Sol ayağımı dizdən aşağı itirmişəm. Son 2 ay ərzində Ağdam rayonunun Kəngərli kəndində inşa edilmiş evlərə biz köçkünlərin yerləşdirilməsi üçün siyahı tərtib olunmuş və insanların həmin evlərə köçürülməsi prosesi başlanmışdır. Lakin çox təəssüf edirəm ki, həmin 1-ci və 2-ci siyahıya mənim, eləcə də kirayədə yaşayan qardaşım Paşazadə Aqil Adil oğlunun adımız salınmamışdır.

Hər kəsə bəllidir ki, cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva biz əlillərin sosial müdafiəsinin təşkil və təmin olunması istiqamətində Azərbaycan və dünya ictimaiyyəti qarşısında açıq etiraflarını səsləndirmiş və icra hakimiyyəti orqanlarının rəhbərlərinə biz imtiyazlı insanlara xüsusi diqqət ayrılmasını tələb etmişdir.

Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Buradan Ağdam Rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənova sual verirəm və xahiş edirəm ki, cavablandırsın:

1. Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin biz müharibə əlillərinin sosial həyat şəraitinin yaxşılaşdırılması və mənzil probleminin həll edilməsi barədə vermiş olduğu sərəncam və göstərişlərinin sözsüz icra edilməsinin Ağdam Rayon İcra Hakimiyyətinin başçısına, siz - cənab Vaqif Həsənova birbaşa aidiyyəti varmı?

2. Mənim haqlarımın Ağdam Rayon İcra Hakimiyyəti orqanlarının vəxifəli şəxsləri (o cümlədən, Siz başda olmaqla) tərəfindən pozulması, Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevin "bizim sözümüz imzamız qədər etibarlıdır" ifadəsinə kölgə salınmasına hesablanmış xidmətdən, hərəkətlərdən (və ya hərəkətsizlikdən) başqa nəyə xidmət edir?

3. Ağdam Rayon İcra Hakimiyyətində biz əlillərə növbədənkənar və həftənin 5 günü ərzində qəbulların keçirilməsinin (bu işin təşkili barədə Prezidentin xüsusi göstərişi olduğu halda) təşkil edilməməsi kimin göstərişidir və nəyə xidmət edir?

4. Məcburi köçkünlərin yeni tikilmiş qəsəbələrə köçürülməsi İlə bağlı bizim ailələrin siyahıya salınmamasına görə məsuliyyət daşıyacaq vəzifəli şəxslər kimlərdir?

5. Mənim - müharibə əlilinin və kirayədə yaşayan qardaşımın ailəsinin istifadəyə verilən evlərə köçürülməsi üçün televiziya və kütləvi informasiya vasitələri ilə Azərbaycan Respublikası Prezidentinə müraciət etməyim zərurəti qaçılmaz olursa, onda Sizin və Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin rəhbərinin vəzifələri, işlərinin mahiyyəti nədən ibarət olur?

Azərbaycan Respublikasının Konstitusiyanda biz insanların süründürməçiliyə məruz qoyulması ilə bağlı heç bir müddəa təsbit edilməmişdir. Əksinə, Azərbaycan Respublikası Konstitusiyasının 12-ci, 71-ci maddələrində Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi və onların hüquqlarının və azadlıqlarının qorunması icra, qanunverici və məhkəmə hakimiyyəti orqanlarının üzərinə borc kimi qoyulmuşdur. Bunu bilirsinizmi? Əgər bilirsinizsə, onda zəhmət çəkin, vəzifənizi icra edin!

Son olaraq tələbim ondan ibarətdir ki, Ağdam rayonu, Kəngərli kənd sakinləri üçün yeni salınmış qəsəbədə mənim və kirayədə yaşayan qardaşımın ailə üzvlərinin mənzillə təmin olunması üçün bütün zəruri tədbirləri həyata keçirin!

Qeyd edim ki, Ağdam rayonu, Pirəsənli Kəngərlisində 292 ədəd ev tikilib. İlkin mərhələdə 64 evin açarları sahiblərinə paylanıldı. 2-ci mərhələdə isə 84 evin açarları paylanacaq. Bu siyahıda isə nə mənim, nə də qardaşımın adı, soyadı yoxdur.

Cənab Prezident!

Burada həqiqətən də haqsızlıq var. Mən illərdir susuram, heç bir orqanın qapısını döymürəm. Nəyim var, pensiyam nə qədərdir, onunla dolanmağa, iynə-dərmanımı almağa çalışıram. Bu o demək deyil ki, burada da mənim haqqım tapdalanmalıdır. Mən Sizə inanıram. Sizin bu istiqamətdə tapşırığınıza güvənib media vasitəsilə Sizə müraciət edirəm. Dəfələrlə Sizə məktub göndərmişəm, lakin cavab verilməyib. Əlbəttə, məktubun Sizə çatmağına mane olublar. Bu, açıq-aydın görünür.

Siz hər zaman bildirmisiniz ki, şəhid ailələrinin və qazilərin yanında olmalıyıq. Bu gün, sabah o köçün siyahısında mənim də ailəm omalı idi. "Qaçqınkom"a müraciət edirik, orada səlahiyyətli şəxslərdən olan Gülər xanım deyir: "Bizə tapşırıq veriblər ki, şəhid ailələrini və 1-ci qrup əlilləri qabağa salın". Bəs necə olur ki, onların içərisində başqa qrup nümayəndələri də olur? Ola bilsin, mənim ayağım yendən yerinə gələcək, bu səbəbdən də şikayətimə əhəmiyyət verən yoxdur.

Cənab Prezident!

Hörmətli Mehriban xanım!

Sizlərdən xahiş edirəm, may ayının 10-da sahiblərinə verilən açarların içində mənim də evimin açarı olsun".

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları qeyd olunan qurumların mövqeyini dərc etməyə hazırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:98
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 30 Aprel 2025 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Səfirlər birlikdə Liverpul Qarabağ oyununu izlədi VİDEO

29 Yanvar 2026 13:17see499

Changan dan şikayətlər artır Bəs ekspert nə deyir?

29 Yanvar 2026 12:12see226

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see212

Vətəndaşın 55 minə aldığı Çin maşınının ehtiyat təkəri yoxdur ŞİKAYƏT VİDEO

29 Yanvar 2026 12:01see204

Nazirlə İlon Mask arasında qarşıdurma yaranıb

28 Yanvar 2026 18:42see202

Bu sərvətlərə qarşı ehtiyatsız davransanız, 2 ilədək həbs olunacaqsınız

28 Yanvar 2026 19:29see196

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see192

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see192

Özü və müavinləri 15 20 min, soyuq Bakı küçələrində çalışan əməkdaşları isə 500 600 manat…

29 Yanvar 2026 14:05see186

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see180

Yağ ləkələrindən bu üsullarla xilas olun

29 Yanvar 2026 05:19see176

Bakıya tramvay gətirən nazirlik: Hamının tıxacda qaldığı əraziləri unudub...

28 Yanvar 2026 18:07see170

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see166

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see158

Fənərbaxça Avropa Liqası matçına 8 itki ilə çıxacaq

28 Yanvar 2026 22:03see152

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see151

Tay çinin faydaları Xroniki xəstəlikləri müalicə edir

29 Yanvar 2026 02:30see148

Yaxın Şərqdəki 30 40 min ABŞ əsgərinin hamısı İranın əhatə dairəsindədir Rubio

29 Yanvar 2026 02:15see146

Tramp əlindəki göyərmələrdən danışdı: 5 saat yatıram...

28 Yanvar 2026 23:33see138

Mançester Siti ni London klubuna dəyişəcək

28 Yanvar 2026 20:10see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri