Icma.az
close
up
RU
Savaşın başa çatması ABŞnin ixtiyarında deyil: Tramp meydanda tik qala bilər

Savaşın başa çatması ABŞnin ixtiyarında deyil: Tramp meydanda tik qala bilər

Icma.az bildirir, Sherg.az portalına istinadən.

Biz Tramp komandasından Rusiya ilə dialoqu bərpa etməkdə maraqlı olduqları barədə siqnallar eşidirik. Bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib. Onun sözlərinə görə, Moskva Tramp administrasiyası ilə Ukrayna üzrə məsləhətləşmələrə hazırdır və Ağ Evin münaqişənin əsas səbəblərini araşdıracağına ümid edir. Lavrov qeyd edib ki, Ukrayna münaqişəsinin həlli ilə bağlı gələcək razılaşmalarda onların pozulmasının qeyri-mümkünlüyünə dair mexanizm olmalıdır.


Politoloq Tofiq Abbasov “Sherg.az”a bildirib ki, Amerikanın yeni seçilən prezidenti Donald Tramp müharibələr ilə bağlı fərqli mövqe sərgiləyir:


“Özünü müharibələrin əleyhinə olan tərəf kimi göstərməyə çalışır. Amma nə qədər səmimi olduğunu bilmək olmaz. Çünki bir tərəfdən Ukrayna müharibəsinə qarşı olduğunu bildirsə də, digər tərəfdən İranla savaş edəcəyini söyləyir. Belə davranışlar isə tipik amerikanpərəst yanaşmadır. Donald Trampın fikirləri ictimai rəyi çaşdırmağa hesablanan gedişdir. Məsələ burasındadır ki, Rusiya da özünə məxsus şəkildə Donald Trampın əsil niyyətini öyrənməyə çalışır. Burada iki qütbün qarşıdurmasının əvvəli olsa da, sonu yoxdur. Rusiyanın böyük nüvə arsenalı və Amerikanın dünyanı fəth etmək arzusu olduğca sözügedən problemlər davam edəcək. Tramp əgər sülhpərvər idisə, niyə prezidentliyinin birinci dönəmində İsrailin işğalçı siyasətini dəstəklədi, Yaxın Şərqdə dözülməz vəziyyət yaratdı, Qüdsü İsrailin paytaxtı elan etdi? Donald Tramp sistemli siyasətçi olsaydı, daha səlis və incə manevrlərlə hərəkət edərdi”.


Ekspert vurğulayıb ki, Rusiya ilə müharibənin başa çatması Amerika Birləşmiş Ştatlarının ixtiyarında olan məsələ deyil:

“Sözügedən məsələ ilə bağlı Kremlin özü qərar verməlidir. Çünki bir yandan Kreml özünü müstəqil tərzdə aparır, digər tərəfdən Trampın müharibəni dayandırması ilə bağlı fikirlərini söyləyir. Bu Rusiyanın nüfuzuna nə dərəcədə ucalıq gətirəcək məqamdır? Əgər həqiqətən də əksər ölkələr Rusiya və Ukrayna arasında savaşın davamlı olması istəyirlərsə, bunu edəcəklər. YəniTramp təklikdə qala bilər. Böyük Britaniya başda olmaqla Avropa savaşda Rusiyanın zəifləməsini istəyir. Donald Trampın prezidentlik kürsüsünə əyləşdikdən sonra davranışlarında və bəyanatlarında köklü dəyişiklik görəcəyik. Ona görə də tələsmək lazım deyil. Elə ABŞ-nin hərbi-sənaye kompleksi müharibənin uzanmasında maraqlıdır. Əgər Tramp risq edərək onların niyyətinə qarşı çıxacaqsa, özünə problem yaradacaq və Ukrayna savaşda məğlub olacaq. Zelenskinin  sözügedən vəziyyətdən necə çıxacağı sual antındadır. Artıq ölkə daxilində ona böyük nifrət var”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:115
embedMənbə:https://sherg.az
archiveBu xəbər 26 Dekabr 2024 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see335

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see306

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see295

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see291

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see286

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see285

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see263

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see260

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see256

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see254

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see243

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see233

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see226

ChatGPT nin məsləhətinə qulaq asan epilepsiya xəstəsi öldü

29 Oktyabr 2026 18:54see225

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see220

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see210

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see202

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see201

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see193

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri