SAXAL İsrailə raket hücumlarına görə məsul olan Hizbullah komandirini məhv edib
Oxu.az saytından alınan məlumata görə, Icma.az bildirir.
İsrail ordusu Livanda İsrailə raket hücumlarına görə məsul olan "Hizbullah"ın regional komandirini məhv edib.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə İsrail Müdafiə Ordusu (SAXAL) xəbər yayıb.
Bildirilir ki, Hərbi Hava Qüvvələri El-Xiyam sərhəd bölgəsində "Hizbullah" qüvvələrinin komandiri Hüseyn Əbd əl-Həlim Hərbi məhv edib.
"O, Qalileyadakı yaşayış məntəqələrinə, xüsusilə Metula rayonuna çoxsaylı raket hücumuna rəhbərlik edib", - deyə ordunun mətbuat xidmətinin məlumatında deyilir.
Yeri gəlmişkən qeyd edək ki, dünən Beyrutun cənubundakı yaşayış binası İsrail hücumuna məruz qalıb.
"Azad İran" "Telegram" kanalının Livan dövlət mediasına istinadla məlumatına görə, Beyrutun cənubunda yerləşən Ciyə sahil rayonuna hücum nəticəsində bir neçə nəfər xəsarət alıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 06 Noyabr 2024 12:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















