Icma.az
close
up
RU
Saxta affiliasiya, qonorar ticarəti və elmi simulyasiya…

Saxta affiliasiya, qonorar ticarəti və elmi simulyasiya…

Gununsesi saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Azərbaycanda elmi etikaya zidd davranışlarla bağlı jurnalist araşdırmamız davam edir. Birinci məqalədə elmi nəşrlərə saxta müəlliflik əlavə olunması məsələsinə toxunmuşduq. Bu dəfə isə fərqli bir mövzuya müraciət edirik: saxta affiliasiya və qonorar əsasında qurulan akademik simulyasiya sistemləri.

Akademik etikaya zidd olan digər ciddi problem isə universitetdə faktiki olaraq çalışmayan şəxslərə – istər xarici ölkə alimlərinə, istərsə də Azərbaycanda heç bir tədris və ya elmi seminar fəaliyyəti göstərməyən şəxslərə – “tədqiqatçı” statusunun verilməsidir. Bu şəxslər UNEC-in nəzdində formal şəkildə qeydiyyata alınır, lakin onların UNEC-də nə pedaqoji fəaliyyəti, nə də hər hansı seminarda iştirakı olmur. Onlar tələbələrlə təmasda deyillər, elmi müzakirələrdə iştirak etmirlər, universitet həyatında yer almırlar.

Bu proses UNEC-in nümunəsində xüsusilə görünür. Məsələn, Türkiyədə Osmaniye Korkut Ata Universitetində çalışan Uğur Korkut Pata və digər xarici tədqiqatçılar UNEC-in mərkəzlərində formal status alır, sonra isə yazdıqları məqalələrdə “affiliation” olaraq UNEC-i də göstərirlər. Bunlara əlavə olaraq, Selin Karıllar Pata, Muhammad Usman, Magdalena Radulescu, Daniel Balsalobre-Lorente kimi müəlliflər də UNEC-in adından istifadə edərək müxtəlif jurnallarda məqalə dərc etdirmişlər. Bunun əvəzində hər məqaləyə görə həmin müəlliflərə 400–2000 ABŞ dolları aralığında qonorar verildiyi iddia olunur. Beləliklə, UNEC-in adı ilə beynəlxalq jurnallarda çıxan məqalə sayı süni şəkildə artırılır və universitet reytinqlərdə statistik üstünlük əldə edir.

Burada əlavə olaraq belə bir məntiqi sual yaranır: bir müəllif il ərzində necə 30-dan çox akademik məqalə dərc etdirə bilər? Elmi işin planlanması, tədqiqatın aparılması, nəticələrin yazılması və rəy prosesi aylarla vaxt tələb edir. Ancaq Uğur Korkut Pata adlı tədqiqatçının Google Scholar səhifəsinə baxıldıqda (https://scholar.google.com/citations?hl=tr&user=N3ZSb8MAAAAJ&view_op=list_works&sortby=pubdate), 2023 və 2024 illərində hər ay bir neçə məqaləsinin çıxması, bu prosesin reallıqla nə qədər uzlaşdığını ciddi sual altına alır. Əgər bu məqalələrin hər birində elmi töhfə real və ciddi şəkildə verilibsə, o zaman bu şəxs qeyri-insani bir məhsuldarlığa sahibdir. Əks halda, bu adların bir hissəsinin yalnız kağız üzərində yerləşdirildiyi və sistematik bir müəlliflik ticarətinin qurulduğu ehtimalı güclənir.

Bundan da vacibi, təqdim olunan ekran görüntülərində yer alan məqalələrin çoxunun “submission” (göndərilmə) və “acceptance” (qəbul edilmə) tarixləri arasında cəmi bir neçə həftəlik, bəzən sadəcə bir aylıq zaman kəsiyinin olmasıdır. Halbuki akademik ictimaiyyətdə çox yaxşı bilinir ki, bir məqalənin peer-review (rəy prosesi), düzəliş mərhələsi və redaksiya qiymətləndirməsi aylarla, hətta illərlə uzana bilər. Bu qədər sürətli qəbul və çap prosesləri jurnalın rəsmi praktikasına uyğun deyilsə, burada suallar yaranır:

-Bu məqalələr tanış redaktorlar vasitəsiləmi irəli çəkilir?

-Rəy prosesi formal olaraq keçibmi, yoxsa kağız üzərində tamamlanıbmı?

-Jurnalların bu sürətli prosesdən maliyyə və ya reytinq qazancı varmı?

Bu suallar akademik nəşrlərin şəffaflığı və etibarlılığı ilə bağlı ciddi şübhələr doğurur. Əgər müəyyən qruplar və müəlliflər redaktorlarla iş birliyinə girərək prioritetli şəkildə məqalə qəbul etdirirlərsə, bu, yalnız etik problem deyil, həm də elmi sistemin özəklərinə qarşı yönəlmiş strukturlaşmış sui-istifadə formasıdır.

Beləliklə, burada təkcə müəlliflik hüququnun deyil, həm də redaksiya sistemlərinin və elmi nəşr infrastrukturunun da sui-istifadəyə açıq olduğu görünür. Bu məsələlərin ciddi şəkildə araşdırılması, jurnal redaksiyalarının ictimai nəzarətə açıq olması və rəy proseslərinin şəffaf şəkildə sənədləşdirilməsi zəruridir.

Bu sistemə, təəssüf ki, bəzi azərbaycanlı müəllimlər də cəlb olunur. UNEC-də heç bir dərs keçməyən, elmi seminarlara qatılmayan, tələbələrə akademik və ya metodoloji töhfə verməyən yerli müəllimlər də bu modellə universitetə bağlı göstərilir. Onların bir çoxu sadəcə adı keçən “tədqiqatçı” statusu daşıyır və yeganə “təmas” nöqtəsi məqalədəki affiliation hissəsidir. Lakin bu, nə hüquqi baxımdan əmək münasibətidir, nə də akademik baxımdan elmi iştirakdır.

Üstəlik, bu tədqiqatların əksəriyyəti iqtisadiyyatyönümlü mövzularda olduğuna görə “iqtisadi universitet” olan UNEC üçün uyğundur deyə bu saxtakarlığa əsas verilir. Ancaq bir məqalənin iqtisadi yönlü olması, onun hansı universitet adına yazıldığı ilə bağlı hüquqi və etik məsuliyyəti aradan qaldırmır. Mövzu uyğunluğu, real əməkdaşlıq və töhfə olmadığı halda etik əsas yaratmır.

Bu praktika bir neçə fundamental etik qaydanı pozur:

Şəffaflıq və dürüstlük prinsipi – Müəllifin təşkilata real bağlılığı olmalıdır. Əgər həmin şəxsin UNEC-lə əmək müqaviləsi, araşdırma fəaliyyəti və ya ortaq layihəsi yoxdursa, sadəcə “ad göstərmə” yolu ilə affiliation yazmaq saxtakarlıqdır. Affiliasiya sui-istifadəsi – COPE (Committee on Publication Ethics) qaydalarına əsasən, akademiklər yalnız əslində çalışdıqları və ya araşdırma apardıqları təşkilatları affiliation olaraq göstərə bilərlər. Formal və ya ödəniş qarşılığında ad yazılması, etik sui-istifadə sayılır. Resursların məqsədyönlü istifadə edilməməsi – Universitet büdcəsindən heç bir məhsuldar əmək münasibəti qurulmamış şəxslərə məqalə başına min dollara qədər qonorar ödənilməsi, dövlət və ya donor fondlarının istismar edilməsidir. Universitet reytinqlərinin manipulyasiyası – Bu yolla UNEC-in beynəlxalq indekslərdəki məqalə sayı və görünürlüğü süni şəkildə artırılır. Amma bu rəqəmlər universitetin əsl elmi potensialını əks etdirmir və statistik manipulyasiya hesab olunur. Bərabərlik prinsipinin pozulması – UNEC daxilində çalışan yerli akademiklər bu tədqiqat fondlarından bəzən faydalana bilmir. Xarici və yerli “əlverişli” müəlliflərə pulla yaradılan süni affiliasiya, real akademiklərin motivasiyasını sarsıdır və sistemdə ədalətsizliyə səbəb olur.

Bu cür fəaliyyətlərin davam etməsi, elmi fəaliyyətin kommersiyaya çevrilməsinə, nəticə yönümlü saxta strategiyalara və etibarsız akademik göstəricilərə gətirib çıxarır. Bu modelin tətbiqi ilə universitetlər real elmi inkişaf əvəzinə, reytinq siyahılarında görünən formal nəticələrlə məşğul olurlar. Halbuki bu göstəricilər dünya elmi ictimaiyyəti tərəfindən daim izlənilir və bu cür halların üzə çıxması ciddi reputasiya itkilərinə yol aça bilər.

Məqalələrdə göstərilən hər bir affiliation, akademik legitimliyin bir formasıdır. Bu, həm də həmin təşkilatın elmi məsuliyyət daşıdığına işarədir. Əgər universitet sadəcə adının yazılması üçün maddi qarşılıq verirsə, bu, özünün elmi nüfuzunu satması deməkdir.

Universitet rəhbərlikləri və Təhsil Nazirliyi bu praktikaya dərhal son qoymalı, bütün tədqiqatçı statusları yenidən nəzərdən keçirməli və yalnız real əməkdaşlıqlar və fəaliyyətlər üzərindən affiliation verilən mexanizm qurulmalıdır. Əks təqdirdə, Azərbaycanın ali təhsil sistemi “rəqəm uğrunda dəyərləri qurban verən” bir modelə çevriləcəkdir.

Məsələyə konkret nümunələrlə yanaşsaq, bu strukturun real nəticələri ortaya çıxır. Məsələn, Uğur Korkut Pata, Selin Kırıllar Pata, Muhammad Usman, Magdalena Radulescu və Daniel Balsalobre-Lorente kimi müəlliflər son bir neçə il ərzində UNEC-i affiliation olaraq göstərdikləri onlarla məqalə dərc etdiriblər. Halbuki bu müəlliflərin heç biri UNEC-də faktiki olaraq çalışmır, dərs keçmir, seminar vermir və tələbələrlə təmasda deyillər.

Geoscience Frontiers, Gondwana Research, Environmental Science and Pollution Research, Geological Journal və digər yüksək impaktlı jurnallarda çıxan məqalələrdə UNEC adı yalnız kağız üzərində görünür. https://x.com/Spottingthespot/status/1853489669272408467?lang=bg ünvanında da ictimai şəkildə ifşa olunan bu strukturlar sübut edir ki, UNEC-in beynəlxalq məqalə statistikasının bir hissəsi sistematik şəkildə qurulmuş saxta affiliasiya şəbəkəsinə əsaslanır.

Bu hallar, yalnız etik pozuntu deyil, eyni zamanda akademik statistikanın manipulyasiyası, ictimai resursların qeyri-səmərəli istifadəsi və elmi dəyərlərin kommersiyalaşdırılması deməkdir.

Son olaraq, akademik nüfuz və nəticə yalnız keyfiyyətli elmi töhfə ilə mümkündür. Satın alınmış affiliation, nə alim yaradır, nə də elm.

Afət Abbasova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:222
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 06 Avqust 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yaxın Şərqdə gərginlik artır: İran daha güclü silahının olduğunu iddia edir

21 Oktyabr 2026 21:29see338

Bakıda qadın lyuka düşdü 2000 manatlıq cərimə

21 Oktyabr 2026 21:22see335

Aİ Ukraynanı ABŞ təhdidləri qarşısında tək buraxmayacaq

21 Oktyabr 2026 16:06see324

"28 Mall"un qarşısında ölüm

21 Oktyabr 2026 21:19see292

Hövsanda küçə itləri sakinləri qorxuya salır ŞİKAYƏT

21 Oktyabr 2026 19:45see287

“Barselona“ Dani Olmonun zədəsinin ciddi olduğunu açıqlayıb

21 Oktyabr 2026 21:22see285

“28 Mall”ın yaxınlığında ölüm hadisəsi baş verdi

21 Oktyabr 2026 18:31see278

Türkiyədə məşhur pop qrupunun meneceri üç ilədək azadlıqdan məhrum edilə bilər

21 Oktyabr 2026 21:28see272

The Guardian: Ukraynanın gələcəyi Tramp və Putinə məxsus deyil...

21 Oktyabr 2026 21:29see271

Politoloq: Türkiyə Azərbaycan münasibətlərini böhran həddinə çatdıran şəxslər müəyyənləşdirilməlidir

21 Oktyabr 2026 21:21see261

Çörək yeyəndən sonra niyə yuxumuz gəlir?

21 Oktyabr 2026 15:46see254

Günel Afrikadan qız uşağı övladlığa götürmək istəyir

21 Oktyabr 2026 15:52see233

Havalı Alı Rüstəm Dastanoğlunun hekayəsi

21 Oktyabr 2026 18:10see233

Bakıda milyonluq hazırlıqlar başladı Qarlı havalarla bağlı

21 Oktyabr 2026 18:31see230

Çin üçtəkərli avtomobil buraxdı

21 Oktyabr 2026 21:19see224

Səhiyyə Nazirliyi: Ölkəyə qripə qarşı vaksinlər gətirilib

21 Oktyabr 2026 14:13see222

“Lap başımı itirmişəm, fikirləşirəm ki, kasıblar nə edir?” Hicran Nəsirova

21 Oktyabr 2026 20:18see222

ABŞ nin Ukraynaya diplomatik təzyiqi artır

21 Oktyabr 2026 15:51see220

Sülh müqaviləsini ləngidən Paşinyan nəyi gözləyir, yaxud Paşinyanı nə gözləyir?

21 Oktyabr 2026 21:18see212

Antiinhisar “Aztelekom”un qiymət artımı müraciətini rədd edib

22 Oktyabr 2026 17:21see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri