Icma.az
close
up
RU
Saxta dublikat!

Saxta dublikat!

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Fon der Lyayen COP29-a qatılmayacağını bəyan etməklə...

Dünya iqlimə daha çox ziyan verənlərdən cavab gözləyir

XX yüzillik insanlıq tarixinin bəlkə də ən sürətli inkişaf dövrü sayılır - bəşəriyyət cəmisi 100 il ərzində olduqca böyük texnoloji və sənaye yolu qət etdi. Amma əldə edilənlərlə, qazanılanlarla, mühüm tapıntılarla yanaşı, dünya ən böyükmiqyaslı problemlərdən biri ilə - ekoloji problemlə üz-üzə qalmaq məcburiyyətini də yaşadı. Müasir dövrümüzün ən mühüm problemlərindən sayılan iqlim dəyişikliyi son 100 ildə, bütövlükdə, Yer kürəsi üçün qlobal təhdidə çevrilib. Vurğulandığı kimi qlobal neft bumu, sənaye inkişafı, enerji istehsalı və istehlakı, saysız-hesabsız müəssisələrinin təbiətə “qaytardığı” zəhərli qazlar və maddələr ekosistemin tarazlığını pozdu - bu problem həm də insanlardan qaynaqlanan emissiyanın səbəb olduğu qazlarının hərəkətə gətirdiyi qlobal istiləşməni, həm də bunun nəticəsində hava modellərində özünü göstərən böyükölçülü dəyişiklikləri əhatə edir. Beləliklə, iqlim dəyişikliyi problemi tarixən müəyyən aktuallıq kəsb etsə də, XX əsrdə daha real mənfi tendensiyaları özündə əks etdirməyə başladı. Bu baxımdan, qlobal iqlim dəyişikliyi probleminə qarşı effektiv mübarizənin təşkili məsələsi müasir dövrümüzün  ən mühüm çağırışlardan birinə çevrilib.

Ali məqsəd...

Qlobal problemlərə qarşı mübarizənin ən fəal iştirakçılarından biri kimi Azərbaycan daim mühüm təşəbbüsləri ilə seçilib. Təcrübə göstərir ki, ölkəmizin iştirakı və ya təşkilatçılığı ilə baş tutan demək olar ki, bütün məsələlər müsbət həll üçün olduqca əsaslı zəmin yaradır. Bu mənada, bir neçə gündən sonra Bakıda reallaşacaq COP29-un da mövcud problemlərə qarşı mübarizədə mühüm bir həlqəyə çevriləcəyinə ümid böyükdür. Artıq bir çox dövlətlər rəsmi Bakının ortaya qoyduğu bu müsbət davranışa dəstək verir, proses çərçivəsində yeni addımların atılması zərurətini səsləndirir, Azərbaycanın nümayiş etdirdiyi iradəni alqışlayır. Bu da təsadüfi deyil - son illərdə qlobal yaşıl prosesə özünün töhfələrini verən Azərbaycan iqlim dəyişikliyinin qarşısının alınması uğrunda bütün gücünü səfərbər edib. COP29 kimi nüfuzlu və beynədlxalq statusa malik tədbirin Bakıda reallaşması da məhz bu amildən qaynaqlanır. Bu tədbir BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflərinin Konfransıdır. Adıçəkilən konvesiyanın ali məqsədi isə iqlim sisteminə insanlar tərəfindən edilən və təhlükəli hesab oluna bilən bütün müdaxilələrin qarşısını almaqdır.

COP-un qlobal əhəmiyyəti...

COP-un (Conference of the Parties) tarixinə qısa ekskurs etsək, 1990-cı illərin ortalarından etibarən bu konfranslarda həm də Kioto Protokolu çərçivəsində danışıqların həyata keçiridiyini görə bilərik. Bu protokol isə inkişaf etmiş ölkələr üçün ziyanlı qazların emissiyalarını azaltmaq üçün hüquqi öhdəlikləri müəyyən edir. Qeyd edək ki, BMT-nin İqlim Dəyişikliyi Konfransının ilk sessiyası 1995-ci ildə Berlində keçirilib. COP müstəvisi iqlim dəyişikliyi probleminin mərkəzləşdirilmiş şəkildə müzakirəsi üçün yeganə beynəlxalq platformadır. İllik sessiya rotasiya əsasında BMT-nin regional qrupunu təmsil edən ölkələrdən birində keçirilir. Adıçəkilən Kiota Protokolu üzrə isə COP3-də 37 ölkə istixana qazı emissiyalarını azaltmağı öhdəliyini üzərinə götürüb. İldən ilə baş tutan tədbirlər çərçivəsində bu protokola qoşulan ölkələrin sayı durmadan artmaqdadır.

Aİ məsuliyyətdən qaçır...

Kioto Prtokolunu, COP-un zərurətini xatırlatmaqda məqsədimiz bəzi “siyasi dairələrin” rəhbərlərinin cılız və xırda maraqlara qapılaraq belə böyük bir missiyanı gözdən salmağa çalışma cəhdididr. Bəlli olduğu kimi, COP29 tədbirinə bir çox dövlətlərin başçıları, dövlət rəhbərləri, hökumət başçıları, ictimai-siyasi nümayəndələr, siyasət adamları, iqtisadçılar və ekoloqlar - bir sözlə, fərqli statuslu on minlərlə insan qatılacaq. Beləliklə, bir neçə gün “dünyanın qəlbi” Bakıda döyünəcək.

Amma bəzi “statuslu şəxs”lərin COP29-u fürsət bilərək özünün antimilli mahiyyətini, çirkin və siyasi etikadan kənar yanaşmalarını ortaya qoyması qəbuledilən ola bilməz. Məsələn, Avropa Komissiyasınln sədri Ursula Fon der Lyayenə COP29-a qatılmayacağını bəyan etməklə bir daha göstərdi ki, beynəlxalq ictimai rəy, qlobal problemlər, iqlim dəyişikliyi kimi bütün bəşəriyyətə fəlakət gətirə biləcək bir məsələ nə onu, nə də rəhbərlik etdiyi qurumu narahat etmir. Amma nəzərə alsaq ki, iqlim dəyişikliyü problemi birbaşa Avropa İttifaqı və onun üzv dövlətlərinin marağında olan məsələdir, burada “çuvaldakı cida” görünəcək - Fon der Lyayenin bu tədbirdə iştirak etməməsi sırf ermənipərəst mahiyyəti ilə bağlıdır. Çünki dünya ölkələri iqlimə daha çox ziyan verən, onu çirkləndirən Avropa İttifaqından yeni iqlim maliyyəsi gözlədiyi halda, Aİ məsuliyyətdən yayınmaq üçün COP-a gəlmir. Beləliklə, Fon der Lyayenin timsalında Aİ faktiki olaraq məsuliyyətdən qaçır.

Korrupsiya ittihamı - Qərbdən qərbə...

Maraqlıdır ki, vaxtilə Qərb mətbuatında “Merkelin davamçısı” elan edilmiş fon der Lyayen qısa zaman keçməmiş “saxta dublikat” ləqəbi aldı. Müəyyən mənada hər iki siyasətçini birləşdirən məqamlar vardı - hər ikisinin ilk ali vəziyəsi Almaniyada ailə məsələləri ilə bağlı nazirliyə rəhbərlik etmək olub. Merkelin Xristian Demokratik İttifaqındakı 8 illik sədrliyi dövrünün müəyyən dönəmində Fon der Lyayen bu ittifaqda müavin statusu tutub. Beləliklə, alman siyasətinin növbəti “parlaq nümayəndəsi” ümidi ilə 2019-c ildə Avropa Komissiyasının rəhbərliyinə gətirilib. Amma nəticə ortadadır:

- Fon der Lyayen Avropa İttifaqının maraqlarından deyil, lokal maliyyə mənafeyindən çıxış etməyə başladı;

- Onun sədrliyi dönəmində Avropa Komissiyasının beynəlxalq hüquqa zidd hərəkətləri çoxaldı;

- Konkret olaraq fon der Layen 35 milyardlıq korrupsiyada ittiham edildi.

Bütün bunlar onu göstərir ki, Fon der Layen heç də təmsil etdiyi qitənin maraqları üçün çalışmır - belə olsaydı, qlobal pandemiya vaxtı 1,8 milyardlıq doza üçün 35 milyardlıq “müqavilə” imzalamazdı. Hər halda bunu 2021-ci ildə Amerika nəşri “The New York Times” yazmışdı.

Fon der L?ayendən Avropanın imicinə zərbə...

Bu dəfə Fon Der Lyayenin ən primitiv davranışını görürük - siyasətçiyə xas olmayan addımını görürük. Fon der Lyayen elə bilir ki, bu tədbirdən yayınmaqla üzərindəki məsuliyyəti ata biləcək - xeyr, əslində Fon Der Lyayen Bakıda keçirilən tədbirdə iştirak etməli və təmsil etdiyi coğrafi məkanın iqlim dəyişikliyinə vurduğu ziyanların aradan qaldırılması yollarının axtarılmasına yardımçı olmalıdır. Necə olur ki, Fon Der Lyayenin sələfi Jan-Klod Yunker və ondan da öncə bu statusu daşımış Joze Mannuel Barrozu COP tədbirlərində yaxından iştirak edib. Demək ki, Fon Der Lyayenin məqsədi başqadır. Bu kimi daıranış isə ona baş ucağılı gətirməyəcək. Bu addımı ilə o Qərbin, xüsusilə Avropanın onsuz da antidemokratik olan imicini daha da qabardacaq...

P.İSMAYILOV

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:177
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Noyabr 2024 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see254

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see235

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see231

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see227

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see225

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see224

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see217

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see215

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see212

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see200

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see197

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see196

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see196

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see195

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see192

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see190

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see188

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see183

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see176

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri