Icma.az
close
up
RU
Şaxta Babaya inanmaq uşağa zərər verirmi?

Şaxta Babaya inanmaq uşağa zərər verirmi?

Baku.ws portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Şaxta Babaya inanmaq uşağın psixikasına mənfi təsir göstərmir. Əksinə, əgər böyüklər bu inancı səmimi və qayğı ilə dəstəkləyirlərsə, o, uşağın emosional və idrak inkişafında mühüm rol oynayır.

BAKU.WS xəbər verir ki, bu barədə "Gazeta.Ru"ya Perm Politexnik Universitetinin mütəxəssisləri məlumat veriblər.

Ekspertlərin fikrincə, nağıl qəhrəmanına inanmaq uşaqlarda təsəvvürü, emosional özünüidarəni və öz dəyərini hiss etmə bacarığını inkişaf etdirir. Bundan başqa, bu inanc uşaqlara yaxşılıq, ədalət və qayğı haqqında ilkin təsəvvürlər qazandırır.

"Psixologiya nöqteyi-nəzərindən Şaxta Babaya inanmaq uşağın inkişafında vacib mərhələdir. Bayramın yaratdığı sevinc mühiti "mən yaxşıyam" hissini formalaşdırır ki, bu da pozitiv özünəinamın və psixoloji rifahın təməlini qoyur", – deyə Perm Politex Universitetinin "Sosiologiya və politologiya" kafedrasının dosenti, psixologiya üzrə fəlsəfə doktoru Olqa Yureva bildirib.

Alimlərin fikrincə, bu ənənə təkcə psixoloji deyil, həm də mədəni və sosial əhəmiyyətə malikdir. O, nəsillər arasında bağlılıq hissi yaradır, ailəni ortaq emosiyalar və mərasimlərlə birləşdirir.

"Valideynlər üçün Şaxta Babaya inanc - uşağa qayğı göstərmək və isti xatirələr yaratmaq vasitəsidir. Bu, həm uşaqlar, həm də böyüklər üçün dəyərlidir", – deyə "Fəlsəfə və hüquq" kafedrasının assistenti, klinik psixoloq Mixail Suxoquzov qeyd edib.

Uşaq psixologiyası baxımından möcüzəyə inam ehtiyacı təbii haldır və bu, adətən 5 yaşına qədər davam edir. Bu dövrdə uşaqlar hələ reallıqla fantaziyanı tam ayıra bilmədiklərindən, sehrli düşüncə tərzi oyunlara və gündəlik həyata asanlıqla daxil olur.

Bununla belə, uşaqların "həqiqəti öyrənməyə" reaksiyası fərqli olur.

Belə ki, 3–4 yaşlı uşaqlarda Şaxta Baba bəzən qorxu doğura bilər və əslində onun valideyn olduğunu başa düşmək, əksinə, narahatlığı azalda bilər. Digərlərində isə bu "sirr"in açılması çaşqınlıq və emosional reaksiya doğura bilər.

Mütəxəssislərin fikrincə, bu barədə açıq danışmaq üçün ən uyğun yaş 9–10 yaş arasıdır (əgər uşaq özü sual verməyibsə). Bu zaman vacibdir ki, uşağa Şaxta Babanın bayram və ailə ənənəsinin simvolu olduğu izah edilsin, "möcüzə"nin isə valideynlərin sevgi ilə yaratdığı bir hiss olduğu vurğulansın.

Psixoloqlar xəbərdarlıq edirlər ki, uşağa travma verən, möcüzənin bitməsi deyil, böyüklərin davranışıdır.

Xüsusilə, "ata deyil, o, əsl Şaxta Babadır" kimi açıq yalanlar təhlükəlidir.

"Belə davranış uşaqda etibar hissini sarsıda, yaxınlarına qarşı daxili narahatlıq və inamsızlıq yarada bilər. Bu, psixologiyada "qazlaytinq"ə bənzər bir təsirdir", – deyə Mixail Suxoquzov izah edib.

Bununla yanaşı, mütəxəssislər bildiriblər ki, Şaxta Babaya inamı əvvəldən formalaşdırmamaq da tamamilə normaldır.

"Əgər ailə başdan deyirsə ki, Şaxta Baba – bayramın simvoludur, hədiyyələr isə sevdiklərimizin sevgisinin ifadəsidir, bu, uşaqlığı möcüzədən məhrum etmir. Sadəcə, bu sehr başqa yollarla - qayğı, birlik və yaradıcılıqla yaradılır", – deyə Suxoquzov əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:215
embedMənbə:https://baku.ws
archiveBu xəbər 19 Dekabr 2025 21:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bal orqanizmə necə zərərli ola bilər?

21 Sentyabr 2026 19:22see282

17 ci körpəsini dünyaya gətirdi

22 Sentyabr 2026 00:57see266

Dünyanın ən böyük neft ehtiyatlarına malik ölkələri açıqlandı SİYAHI

21 Sentyabr 2026 21:13see262

Üzeyir Hacıbəylinin musiqi nəzəriyyəsi sahəsindəki fəaliyyəti

21 Sentyabr 2026 19:02see252

Neftçi dən transfer bombası: Türkiyə klubu ilə razılıq əldə olundu

22 Sentyabr 2026 00:42see252

Xalq artisti Ramiz Həsənoğlu əməliyyat olundu (Foto)

21 Sentyabr 2026 22:32see247

Xərçəng və qidalar barədə həqiqət “Total hücum”dur?

22 Sentyabr 2026 09:03see240

Tramp süni intellektin gələcək inkişafını dəstəkləyib

21 Sentyabr 2026 21:24see239

Qazlı içkilər içənin mədəaltı vəzisi çökür Xəbərdarlıq

21 Sentyabr 2026 23:00see231

ABŞ nin yeddi hava limanında uçuşlar dayandırılıb

21 Sentyabr 2026 23:31see231

Kişilərin libidosu bu yaşda zirvəyə çatır Alimlər açıqladı

22 Sentyabr 2026 20:39see228

Çox qısa və çox uzun yuxu sürətlənmiş qocalma əlamətləri ilə əlaqələndirilib

21 Sentyabr 2026 21:06see216

Saxta kosmetik məhsulu necə tanımaq olar? Səhiyyə Nazirliyindən VACİB XƏBƏRDARLIQ

22 Sentyabr 2026 10:39see215

Azərbaycan ordusunun sosial təminatında yeni mərhələ: hərbçilərin əməkhaqqı artımı və sosial islahatları ŞƏRH

22 Sentyabr 2026 17:58see211

Qızılca ilə bağlı son vəziyyət açıqlandı RƏSMİ

22 Sentyabr 2026 13:33see209

Nəsiminin ürəyi tapıldı şairin sonrakı taleyi, yaxud Şamaxı zəlzələdən sonra “NƏSİMİ BAĞLARI”NDAN REPORTAJ VİDEO

22 Sentyabr 2026 18:05see205

Sədr: “AzerGold” mineral resurs bazasının genişləndirilməsi üzrə işləri 4 mərhələdə həyata keçirir

22 Sentyabr 2026 14:36see195

Məşhur modelin oğlunun ölüm səbəbi açıqlandı

22 Sentyabr 2026 16:59see194

Alim: Ermənistanın Eçmiədzin kilsəsi Alban kilsələrinin yox olmasına səbəb olub

22 Sentyabr 2026 20:31see190

U 17 millisi Gəncədə

22 Sentyabr 2026 20:42see179
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri