Saxta elanlarla yarım milyon ələ keçirmişdilər Cəzaları bəlli oldu
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Ölkə.az APA-ya istinadən xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.
Hökmə əsasən, A.Məlikov 6 il 2 ay, Q.Əliyev 4 il müddətinə azadlıqdan məhrum edilib.
Qeyd edək ki, hər iki şəxs sosial şəbəkələrdə saxta elanlar yerləşdirərək, Xəzər rayonu və digər ərazilərdə eyni torpaqları 50 nəfərə yaxın vətəndaşa satmaqda və 500 min manatadək pul mənimsəməkdə ittiham olunurlar.
Onlar sənədləşmə prosesində iştirak edərək, özlərini torpaq sahibi qismində müştərilərə təqdim edib.
Vətəndaşların şikayətləri əsasında faktla bağlı cinayət işi başlanılıb, onlara Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq - qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) 178.2.2 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə (və ya təkrar törədildikdə) 178.2.4 (xüsusi növ ixtisaslaşmış zərərçəkmişlərə və ya müəyyən üsullarla törədildikdə (xüsusən elektron məlumat sistemlərindən istifadə etməklə)178.3.2 ( külli miqdarda ziyan vurmaqla törədildikdə) 320.1 (saxta sənədin hazırlanması, satılması və ya təqdim edilməsi) 320.2 (saxta sənədlərdən istifadə etmə) maddələri ilə ittiham elan olunub, barələrində həbs qətimkan tədbiri seçilib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 09 Oktyabr 2026 15:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















