Icma.az
close
up
RU
Derbinin cəzaları bəlli oldu

Derbinin cəzaları bəlli oldu

Footbal-plus saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Türkiyə Futbol Federasiyasının nəzdində fəaliyyət göstərən Nizam-İntizam Komitəsi həftəiçi ölkə kubokunun 1/4 final mərhələsi çərçivəsində baş tutan qalmaqallı ''Fənərbaxça'' - ''Qalatasaray'' derbisi (1:2) ilə bağlı sövqləri açıqlayıb.

Xatırladaq ki, matçın sonlarına yaxın iki klubun ehtiyat zonası arasında dava-dalaş düşmüşdü. ''Fənər''dən Fred ilə Mərt Hakan Yandaş, ''Qalatasaray''dan Kərəm Dəmirbay ilə Barış Alpər Yılmaz qırmızı vərəqə almışdı. Əsas qalmaqal isə Joze Mourinyo ilə Okan Buruk arasında yaşanmışdı. Portuqaliyalı mütəxəssis həmkarının burnunu sıxmış və bu hərəkətinə görə qırmızı vərəqə almışdı.
Beləliklə, cəzalar bəlli olub. ''Fənərbaxça''nın artıq sabah ''Trabzonspor''a qarşı oyunu var. ''Qalatasaray''ın isə bu tur oyunu yoxdu. ''Fənər'' NİK tərəfindən cəzaların daha tez açıqlanmasını tələb edib.
Maraqlıdı ki, Mourinyo ''rəqibə fiziki xəsarət yetirmək'' maddəsi ilə sövq edildiyi üçün ona 5-10 oyun arası cəza veriləcəyi güman edilirdi. Hər halda Türkiyə mətbuatı məhz bunu iddia edirdi. Amma portuqaliyalı mütəxəssis yalnız 3 oyunluq cəza alıb. Üstəlik onun cəzası superliqa oyunlarına şamil edilməyəcək.
Eyni cəza Fredə də verilib. ''Sambaçı'' da 3 oyunluq cəzasını gələn mövsüm kubokda çəkəcək. Mərt Hakan Yandaşa 1 oyunluq cəza verilib. Mourinyonun köməkçiləri - Salvatore Foti ilə Sandro Zufiç də cəzadan qurtula bilməyib. Zufiç qapıçılar üzrə məşqçidisə, Foti Mourinyonun əsas köməkçisidi. Onların hər ikisinə 4 oyunluq cəza verilib. Mourinyonun cəzası yalnız kubok oyunlarına aid edildiyi üçün o, sabah ''Trabzonspor''la oyunda komandanın başında yer alacaq.
''Qalatasaray''lı isimlərin cəzaları isə daha sonra açıqlanacaq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:186
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 05 Aprel 2025 15:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ADY də səhər xaosu: Sərnişinlər daha hara şikayət etsin? Məmurların özbaşınalığı davam edir KONKRET

05 Oktyabr 2026 09:06see322

Çağla Bozun narkotik testi müsbət çıxdı: Saçında kokain aşkarlanıb

04 Oktyabr 2026 01:38see302

Girnə sahillərində batan gəminin daha bir sərnişinin meyiti tapılıb

04 Oktyabr 2026 05:27see280

Ən zərərli qida məhsulu müəyyən edildi

04 Oktyabr 2026 09:48see275

Duru yağ zərərlidir? Mütəxəssis açıqladı

04 Oktyabr 2026 06:09see265

Tuxel Xorvatiya üzərindəki tarixi qələbədən sonra: “Oyun bir an belə səngimirdi”

04 Oktyabr 2026 00:45see263

Millətlər Liqası: İngiltərədən darmadağın, İspaniyadan növbəti qələbə

04 Oktyabr 2026 00:43see248

Tiffani Tramp süni intellektə görə çətin vəziyyətə düşdü FOTO

04 Oktyabr 2026 11:14see234

Qızıl və gümüş ucuzlaşıb

04 Oktyabr 2026 11:04see226

Prezident mükafatçısı olan gənc mühəndis evləndi FOTO/VİDEO

04 Oktyabr 2026 13:11see217

Bahar qəsəbəsində ev uçqunu: bir nəfər həyatını itirib

04 Oktyabr 2026 12:56see217

Rusiyanın təxminən 700 ballistik raketi var Zelenski

04 Oktyabr 2026 16:54see214

Buxarada Şərqin ruhu, Qərbin sənəti

04 Oktyabr 2026 00:29see212

2030 a qədər Azərbaycan iqtisadiyyatında nələr dəyişəcək? HƏDƏFLƏR

04 Oktyabr 2026 09:51see210

Gəncə terrorundan 6 il ötür

04 Oktyabr 2026 00:45see208

Yuxusuzluğun gözlənilməz səbəbi məlum oldu

04 Oktyabr 2026 04:04see195

Almaniyada yüngülmotorlu təyyarə qəzaya uğrayıb 2 nəfər ölüb

04 Oktyabr 2026 17:33see182

“Google” “Android Auto”dakı aylardır davam edən problemi həll edir

05 Oktyabr 2026 04:15see173

İti pəncərədən atan şəxs polis tərəfindən saxlanıldı VİDEO

04 Oktyabr 2026 19:03see163

Azərbaycan millisi Litvanı qəbul edir YENİLƏNİR

04 Oktyabr 2026 08:15see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri