SAYBU karyerasının 10 cu ilində ilk albomunu təqdim edib “Məcnun”
Xalq qazeti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan rep səhnəsinin nümayəndəsi Səbuhi Məcnunlu, səhnə adı ilə SAYBU, yaradıcılığının təxminən 10-cu ilində ilk studiya albomunu təqdim edib.
XQ xəbər verir ki, “Məcnun” adlanan albom 22 trekdən ibarətdir və ifaçının yaradıcılığında yeni mərhələnin başlanğıcı kimi təqdim olunur.
Albomda Okaber, FAHREE, Jabeel və Gekko G ilə dörd birgə iş yer alıb. Layihənin əsas fərqləndirici cəhətlərindən biri isə onun vahid obraz və süjet xətti üzərində qurulmasıdır.
“Məcnun”da dinləyici əvvəlcə əyləncə, həyatın müxtəlif tərəfləri və gənclik enerjisi ilə qarşılaşır. Albom irəlilədikcə bu xətt dəyişir və əsas obrazın hadisələri, həyatı və ətrafındakı dünyanı anlamağa çalışdığı daha düşüncəli mərhələyə keçir. Bu mərhələdən sonra axtarış başlayır — həqiqəti tapmaq, yaxud ən azı onu dərk etmək cəhdi albomun əsas istiqamətlərindən birinə çevrilir.
Beləliklə, 22 trek ərzində “Məcnun” yalnız musiqi toplusu deyil, əyləncədən dərkə, dərk etmədən axtarışa doğru gedən bir daxili səyahət kimi formalaşır. Layihənin sonrakı hissələrində isə bu axtarışın nəticələri və gənc nəslə yönələn fikirlər ön plana çıxır.
SAYBU albom vasitəsilə öz yaradıcılıq təcrübəsini və həyat haqqında düşüncələrini dinləyici ilə bölüşür, xüsusilə gənclərə müxtəlif mesajlar çatdırmağa çalışır.
“MAJNUN”un 22 trekdən ibarət olduğu və albomda Okaber, FAHREE, Jabeel və Gekko G ilə əməkdaşlıqların yer aldığı ayrıca albom təqdimatlarında da qeyd olunub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:148
Bu xəbər 17 Avqust 2026 19:36 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















