Icma.az
close
up
RU
“Sayılmayan qoldan sonra psixoloji düşüş yaşadıq” Azər Məmmədov

“Sayılmayan qoldan sonra psixoloji düşüş yaşadıq” Azər Məmmədov

Icma.az, futbolpress-az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Misli Premyer Liqasının VI turunda evdə “Sumqayıt”la 1:1 hesablı bərabərə qalan “Kəpəz”in baş məşqçisi Azər Məmmədov matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Futbolpress.az xəbər verir ki, mütəxəssis ilk növbədə qarşılaşma haqqında fikirlərini bölüşdü:

– Maraqlı oyun alındı və azarkeşlərin bu matçdan zövq aldığını düşünürəm. Qələbə qazanıb “Sumqayıt”la aramızdakı xal fərqini artırmaq istəyirdik, lakin 1 xal da önəmlidir. Bizi möhtəşəm şəkildə dəstəkləyən Gəncə azarkeşlərinə və futbolçularıma təşəkkür edirəm. Sayılmayan qolumuzdan sonra komandada bir qədər psixoloji düşüş yarandı və qol buraxdıq. Buna baxmayaraq, oyunçular xarakter göstərərək hesabda geridən gəlib heç-heçə etdilər. Hətta son dəqiqələrdə Kennet Kalunqa şansını dəyərləndirsəydi, qələbə də qazana bilərdik.

– Ləğv olunan qol epizoduna təkrar baxmısınız? Hakim qərarı haqqında nə düşünürsünüz?

– Hələlik epizodun təkrarına baxmağa vaxtım olmayıb. Hakim epizoda yaxın idi və VAR-da da incələndi. Əgər belə qərar verilibsə, deməli, doğrudur. Yenə də təkrarı izlədikdən sonra tam rəy bildirə bilərəm.

– Gəncədəki 4 matçlıq seriyada toplanan 7 xal sizin üçün qənaətbəxşdir?

– Biz hər matça qələbə üçün çıxırıq, lakin komandamız 80-90 faiz yenidən qurulub. “Kəpəz” artıq 5 ildir ki, hər mövsüm yenidən formalaşdırılır və bu şəraitdə stabillik yaratmaq çətindir. Hər matçda qalib gəlmək mümkün deyil, bu baxımdan 4 oyuna 7 xal toplamağımızı yaxşı nəticə hesab edirəm.

– “Kəpəz” uzun fasilədən sonra geri dönüş etməyi bacardı. Qələbə qazanmağa tam olaraq nə çatmadı?

– Geri dönüş statistikası haqqında məlumatım yox idi. Komandamız bu gün həqiqətən daxili xarakterini nümayiş etdirdi. Hücumların son nöqtəsini qoymaqda müəyyən problemlərimiz var. Bir çox futbolçumuzda təcrübə çatışmazlığı var və yekun vurulacaq zərbələrdə dəqiqlik çatmadı.

– Mövsümün əvvəlindəki gözləntilərə rəğmən yaxşı xal ehtiyatınız var, lakin sosial şəbəkələrdə “Gəncəbasar”ın adından istifadə edərək şəxsinizə və “Kəpəz”ə qarşı müəyyən kampaniyalar aparılır. Belə hallara reaksiyanız necədir?

– “Gəncəbasar” klubunun yaradılmasına ən çox sevinənlərdən biriyəm, şəhərimizdə komanda sayı çox olmalıdır. Lakin danılmaz həqiqətdir ki, Gəncədə 1 nömrə həmişə “Kəpəz”dir. Sosial şəbəkələrdəki bəzi qeyri-səmimi azarkeşlər isə məqsədli şəkildə bu cür paylaşımlar edirlər. Onlar komandanın kiçik uğurlarına da sevinməli, rəhbərliyə və futbolçulara dəstək olmalıdırlar.

– Gəncə stadionundakı möhtəşəm atmosfer futbolçulara necə təsir edir? Milli fasilədə nələri dəyişməyi planlaşdırırsınız?

– Oyundan öncə futbolçulara dedim ki, 15 min azarkeşin buradakı futboldan həzz almağa haqqı var və bizim borcumuz onlara həmin sevinci bəxş etməkdir. Heyətimizdə ilk dəfə bu qədər böyük azarkeş kütləsi önündə oynayan futbolçular var. Onlarda həyəcanın olması normaldır, lakin zamanla öyrəşəcəklər. Fasilə dövründə də daha yaxşı hazırlaşıb növbəti matçlarda daha yaxşı oyun nümayiş etdirəcəyik.

– Adama Fofana matç bitdikdən sonra uzun müddət meydanda qaldı və vura bilmədiyi epizodları müzakirə edirdi. Onun emosional halı ilə bağlı hansısa psixoloji söhbət aparacaqsınız?

– Fofananın xasiyyəti belədir, o, çox istəkli və iddialı futbolçudur. Bir az deyingənliyi var, lakin bu, komanda daxilində heç bir problem yaratmır. O, aqressiyasını belə büruzə verir və heç kimə ziyan vurmur.

– Gələcəklə bağlı əsas hədəflər nədir? Növbəti mövsümdən daha iddialı komanda qurulacaq, yoxsa əsas məqsəd Premyer Liqada yeri qorumaqdır?

– Bir gəncəli və “Kəpəz” azarkeşi kimi bu sual məni də həmişə düşündürüb. Son 5 ildə klub həm rəhbərlik, həm sponsor, həm də heyət baxımından hər mövsüm dağılıb və yenidən yığılıb. Bu şəraitdə köhnə “Kəpəz”i bərpa etmək çox çətindir. Kluba həm maliyyə, həm də güvən baxımından daxili stabillik lazımdır. Komandanı addım-addım gücləndirmək lazımdır ki, gələcəkdə çempionluq uğrunda mübarizə apara bilək. Əks halda, hər il heyət dağılarsa, komanda ancaq liqada qalmaq uğrunda oynayacaq.

– “Sumqayıt”ın baş məşqçisi tribunadan gələn kənar fit səslərinin futbolçulara mane olduğunu bildirdi. Bu amil haqqında nə deyə bilərsiniz?

– Mən də eşidirdim. Lakin bu səslər hər iki komandanın oyunçularına təsir edirdi. 15 minlik azarkeş kütləsinin içində həmin fiti kimin çaldığını tapmaq çətindir. Təbii ki, belə hallar oyunçuların konsentrasiyasını pozur, lakin böyük kütlədə bunun qarşısını almaq çətindir.

Ayxan Zayıdzadə

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:174
embedMənbə:https://futbolpress.az
archiveBu xəbər 20 Sentyabr 2026 22:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri