Saymon Steel: “İnkişaf etməkdə olan ölkələrə kömək üçün innovasiya və resurslara ehtiyac var” KONKRET
Icma.az, Konkret.az portalına istinadən məlumatı açıqlayır.
“COP29 təkcə iqlimin maliyyələşdirilməsi üzrə yeni hədəfin müəyyən edilməsini deyil, həm də dünyada iqlimlə bağlı fəaliyyətin gücləndirilməsi zərurətini müzakirə edir”.
KONKRET.az xəbər verir ki, bunu BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının icraçı katibi Saymon Steel COP29-da İqlim Maliyyəsi üzrə altıncı Yüksək Səviyyəli Nazirlər Dialoqu zamanı bildirib. O, problemlərin həllinə konstruktiv yanaşmanın zəruriliyinə işarə edərək, maliyyənin iddialı iqlim fəaliyyətinin açarı olduğunu deyib: “Uyğunlaşma layihələrinə qrant və kredit şəklində daha çox vəsait daxil olmağa başlayıb. Ancaq vurğulamaq üçün vacib məqamlar var: artan şəffaflıq, əlçatanlıq və sərfəlilik. Biz maliyyəyə çıxışı asanlaşdırmaq, yollarını tapmaq üçün bütün imkanlardan istifadə etməliyik. Borc böhranının ortasında maliyyələşmə daha əlçatan ola bilər. Bundan əlavə, inkişaf etməkdə olan ölkələrə kömək etmək üçün daha çox innovasiya və resurslar gətirilə bilər. Beləliklə, Bakıda söhbət təkcə iqlimin maliyyələşdirilməsi üzrə yeni hədəfin müəyyən edilməsindən getmir. Söhbət hər yerdə iqlimlə bağlı fəaliyyətin gücləndirilməsindən gedir”.
Vəli Həsənoğlu,
KONKRET.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 14 Noyabr 2024 12:42 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















