Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

Bazar 60 faiz kiçilib...

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

Sazın və tarın yaddaşını oyadan sənətşünas

Sazın və tarın yaddaşını oyadan sənətşünas

Icma.az, Xalq qazeti portalına istinadən məlumatı açıqlayır.

Onilliklərdən bəri beynəlxalq sənət məclislərində iştirak etmək, musiqi nümunələrini toplayıb nota köçürmək, kitablar yazmaq, tələbələr yetişdirmək və ən başlıcası, Azərbaycan musiqisini müxtəlif ölkələrdə səsləndirmək, dünyada geniş tanıtmaq... Bu onun tale yazısı, sənət missiyasıdır. Söhbət milli musiqimizin dərin qatlarını və geniş üfüqlərini incəliklərinə qədər araşdıran, qardaş Türkiyə ilə Azərbaycan arasında müsiqi körpüsü salan sənət vurğunu, türklük sevdalısı, sənətşünaslıq doktoru İlqar İmamverdiyevdən gedir.
O, sazın simlərində xalqın yaddaşını oxuyub, tarın səsində Azərbaycanın ruhunu dinləyib. Musiqini xalqın tarixini, dünyagörüşünü, sevincini və kədərini yaşadan mənəvi xəzinə kimi qəbul edib. Bu xəzinənin ayrı-ayrı nümunələrini toplamaq, araşdırmaq, sistemləşdirmək və gələcək nəsillərə çatdırmaq isə onun yaradıcılıq yolunun əsas istiqamətinə çevrilib.
İlqar İmamverdiyev 23 sentyabr 1956-cı ildə Gəncədə anadan olub. Musiqiyə marağı və ifaçılıq istedadı hələ uşaqlıq illərindən özünü göstərib. 1967–1972-ci illərdə Fikrət Əmirov adına 1 saylı Uşaq Musiqi Məktəbində, 1972–1976-cı illərdə Qənbər Hüseynli adına Orta İxtisas Musiqi Texnikumunda təhsil alıb. Növbəti mərhələdə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasının tar ixtisasını bitirib.
Bu sənət məktəbləri onun yalnız peşəkar musiqiçi kimi formalaşmasına deyil, milli musiqi irsinin məsuliyyətini dərindən dərk etməsinə də mühüm təsir göstərib. 1981-ci ildən Bakı Musiqi Akademiyasında fəaliyyətə başlayan alim bir müddət xalq çalğı alətləri kafedrasında çalışıb. İfaçılıq təcrübəsi sonralar onun elmi araşdırmalarına dolğunluq gətirib.
1994-cü ildə sənətşünaslıq namizədi, 2009-cu ildə sənətşünaslıq doktoru elmi dərəcəsi alan İmamverdiyev 2015-ci ildə professor diplomuna layiq görülüb. Onun yaradıcılıq irsində 200-dən artıq elmi məqalə və 70-dən çox kitab xüsusi yer tutur.
İlqar İmamverdiyevin elmi fəaliyyətində saz sənəti xüsusi yer tutur. Saz onun üçün, sadəcə, musiqi aləti deyil, dastanlarımızın, aşıq sözünün, el məclislərinin və xalq yaddaşının daşıyıcısıdır. Şifahi ənənə ilə yaşadılan saz havalarının zaman keçdikcə unudulması təhlükəsini nəzərə alan alim onların toplanmasına, araşdırılmasına və nota köçürülərək qorunmasına xüsusi diqqət yetirib.
“Azərbaycanın 20 saz havası”, “Azərbaycanın 40 saz havası”, “Aşıq Mikayıl Azaflının saz havaları”, “Şirvan aşıqlarının saz havaları”, “Koroğlu havaları”, “Saz havaları antologiyası”, “Dədə Şəmşir ifaçılığı sənətində ənənəvi saz havaları” və digər əsərlər bu istiqamətdəki fəaliyyətinin mühüm nümunələridir.
Bu kitabların əhəmiyyəti yalnız musiqi materiallarının toplanması ilə məhdudlaşmır. Onlar həm də Azərbaycan folklorunun və aşıq sənətinin yaddaş kitablarıdır. Bir zamanlar yalnız ustadın ifasında və şifahi şəkildə yaşayan hava nota köçürülərək kitab səhifəsinə düşür və bununla da gələcək nəsillərə ötürülmək imkanı qazanır.
Alimin yaradıcılıq dairəsi sazla bitmir. Onun tədqiqatlarında Azərbaycan xalq mahnıları, muğam, rəqs havaları, tar sənəti, aşıq yaradıcılığı, bayatılar, zurna-balaban ifaçılığı və digər istiqamətlər geniş əksini tapıb. “Azərbaycan muğam inciləri”, “Azərbaycan rəqs havaları”, “Azərbaycan instrumental xalq musiqi örnəkləri”, “Azərbaycan musiqi mədəniyyətində bayatılar – manilər”, “Türk dünyasının kültürəl dəyəri, Tar” və digər əsərləri milli musiqi irsinin müxtəlif sahələrini əhatə edir.
Xüsusilə Azərbaycan rəqslərinin araşdırılması və “Azərbaycan rəqs havaları atlası” kimi çoxcildli layihələr milli musiqi mədəniyyətinin sistemləşdirilməsi baxımından diqqətəlayiqdir.
İlqar İmamverdiyevin yaradıcılıq yolunda Türkiyə mərhələsi də mühüm yer tutur. 2000–2006-cı illərdə Ərzurum Atatürk Universitetində dosent kimi fəaliyyət göstərən alim 2007-ci ildən Qaziantep Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyasında çalışıb, 2011-ci ildən isə professor kimi elmi-pedaqoji və yaradıcılıq fəaliyyətini davam etdirib.
Azərbaycan və Anadolu musiqi ənənələrinin müqayisəli şəkildə öyrənilməsi, ortaq türk musiqi mədəniyyətinin müxtəlif istiqamətlərinin araşdırılması onun əsərlərində xüsusi yer tutur. “Azərbaycan və İran Türklərinin aşıq-ifaçılıq sənətinin qarşılıqlı əlaqələri”, “Azərbaycan aşıq ifaçılığı sənəti”, “Bir millət, iki dövlət, Azərbaycan–Türkiyə” kimi əsərlər bu elmi istiqamətin nümunələridir.
Alimin yaradıcılıq coğrafiyası da genişdir. Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Qazaxıstan, Özbəkistan, Gürcüstan, İtaliya, Moldova, İran və İraq kimi ölkələrdə keçirilən beynəlxalq tədbirlərdə iştirak edib. Konqres və simpoziumlarda elmi məruzələrlə çıxış etməklə yanaşı, tar və saz ifaları ilə Azərbaycan musiqisini də təqdim edib.
Onun ifaları Azərbaycan və Türkiyə televiziya kanallarında yayımlanıb. “Qaçaq Nəbi”, “Papaq”, “Bəyin oğurlanması”, “Doğma sahillər” filmlərində, eləcə də müxtəlif televiziya və cizgi filmlərində tar, saz, bağlama və ud ifaçısı kimi iştirak edib. 2015-ci ildə “Klassik saz havaları” adlı 54 havadan ibarət SD albomunun yayımlanması da onun ifaçılıq fəaliyyətinin mühüm nümunələrindəndir.
Bu gün İlqar İmamverdiyevin yaradıcılıq yolu davam edir. Yeni kitablar, araşdırmalar və musiqi nümunələri onun milli mədəniyyətə xidmətinin hələ də davam etdiyini göstərir. Onun fəaliyyətinin əsas mənası isə yalnız çoxsaylı əsərlərdə deyil, Azərbaycan musiqisinin yaddaşını qoruyaraq gələcək nəsillərə çatdırmaq missiyasındadır.

Namiq QƏDİMOĞLU 
XQ

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 23 Sentyabr 2026 12:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see620

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see434

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see429

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see398

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see381

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see378

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see339

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see278

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see263

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see261

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see243

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see240

Qarabağda biznes niyə ticarət və xidmət sektoruna yönəlir?

06 Noyabr 2026 16:51see222

Səhiyyə xidməti ilə bağlı ŞAD xəbər Növbəti ildən başlayır Rəsmi

06 Noyabr 2026 14:01see220

"Anar Bayramovun tapşırığı ilə tədbirlər planı hazırlanır”

06 Noyabr 2026 13:49see219

Международный проект Ассоциации региональной молодёжи: Симпозиум по региональной урбанизации и бизнес дипломатии под лидерством Азербайджана

06 Noyabr 2026 18:33see216

Bazar 60 faiz kiçilib...

06 Noyabr 2026 20:51see215

Vergi Məcəlləsinə yeni təklif: İkinci əl” bazarına necə təsir edəcək?

06 Noyabr 2026 17:48see214

Səhiyyə sahəsində problemlərin həlli ilə bağlı tədbirlər planı hazırlanır

06 Noyabr 2026 13:44see205

Berdıyev Qarabağ üzərində qələbəni şərh etdi

07 Noyabr 2026 00:28see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri