Icma.az
close
up
RU
SDQ ilə yeni Suriya hakimiyyəti arasında toqquşmalar yalnız təhlükəsizlik məsələsi deyil Politoloqdan AÇIQLAMA

SDQ ilə yeni Suriya hakimiyyəti arasında toqquşmalar yalnız təhlükəsizlik məsələsi deyil Politoloqdan AÇIQLAMA

Redaktor.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Məlum olduğu kimi, Suriya ordusu Hələbdə PKK/YPG-nin mövqelərini bombalamağa başlayıb. Hazırda şəhərdə hökumət qüvvələri ilə ABŞ-nin dəstəklədiyi Suriya Demokratik Qüvvələri (SDQ) adlanan kürd silahlıları arasında qızğın döyüşlər gedir.

Qeyd edək ki, SDQ 2025-ci ilin sonunadək silahları təhvil verəcəyinə dair Suriyanın müvəqqəti hökuməti ilə anlaşma imzalasa da, vədinə xilaf çıxıb. 

Mövzu ilə bağlı Redaktor.az-a danışan politoloq Vüqar Zifəroğlu bildirdi ki, Suriyada Suriya Demokratik Qüvvələri ilə mərkəzi hakimiyyət arasında baş verən toqquşmalar artıq Əsəd dövrünə aid ziddiyyətlərdən yox, Əsədin devrilməsindən sonra yaranan yeni siyasi reallıqlardan qaynaqlanır:

"Keçid hakimiyyəti vahid dövlət idarəçiliyini bərpa etmək, silahlı qrupları mərkəzləşdirmək və paralel güc mərkəzlərini ləğv etmək məqsədi güdürdü. SDQ isə nəzarət etdiyi əraziləri və müstəqil hərbi-siyasi statusunu itirmək riskini öz təhlükəsizliyi üçün qəbul etmir. Nəticədə inteqrasiya cəhdləri uğursuz olub və qarşıdurma silahlı fazaya keçib. Münaqişədə etnik faktor da mühüm rol oynayır. SDQ-nin əsas dayağını kürd silahlı birləşmələri təşkil edir və onlar siyasi status və hüquqi təminat tələb edirlər. Keçid hakimiyyəti isə etnik silahlı strukturların parçalanmaya yol aça biləcəyindən ehtiyatlanır".

Siyasi şərhçi qeyd etdi ki, xarici güclərin mövqeyi də konfliktin gedişatına təsir edir.

"ABŞ SDQ-ni İŞİD-lə mübarizədə əsas tərəfdaş hesab edir və onun ləğvinə qarşı çıxır. Türkiyə isə SDQ-ni PKK ilə əlaqəli görür və legitimləşdirilməsinə etiraz edir. Rusiya və İran Əsədin devrilməsindən sonra əvvəlki mövqelərini qismən itirsələr də, Suriyada təsir imkanlarını tam itirməyiblər və hazırda baş verən prosesləri diqqətlə izləməkdədirlər. Beləliklə, SDQ ilə yeni Suriya hakimiyyəti arasında toqquşmalar yalnız təhlükəsizlik məsələsi deyil, eyni zamanda dövlətin mərkəzləşməsi, etnik separatizm, resurslara nəzarət və xarici güclərin maraqları ilə bağlıdır", - deyə Vüqar Zifəroğlu əlavə etdi.

Nuriyyə NATİQQIZI

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:103
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 09 Yanvar 2026 12:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see769

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see210

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see202

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see175

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see164

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see158

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see152

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see151

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see150

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see149

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see148

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see145

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see140

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see138

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see136

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see133

Arsenal 19 yaşlı istedad üçün külli miqdarda pul ödəməyə hazırdır

08 Yanvar 2026 09:43see132

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see132

Biznes rəhbərlərinin təchizat zəncirini yaxşılaşdırmaq üçün 6 üsul

08 Yanvar 2026 07:03see131

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri