Icma.az
close
up
RU
“SeaBreeze” layihəsinin yalnız 10 faizini icra etmişik Emin Ağalarov

“SeaBreeze” layihəsinin yalnız 10 faizini icra etmişik Emin Ağalarov

Icma.az bildirir, GlobalInfo saytına əsaslanaraq.

“Ən maraqlı layihələrimizdən bəziləri artıq inşa mərhələsindədir. “SeaBreeze” layihəsinin birinci mərhələsi 6 kilometr uzunluğunda və 550 hektardır. Bunun təxminən yarısını tamamlamışıq, digər yarısı isə inşaat mərhələsindədir. Hazırda layihələndirdiyimiz 30 milyon kvadrat metrdən 3 milyonunu həyata keçirmişik. Yəni inkişaf baxımından hələ başlanğıc mərhələsindəyik və planlaşdırdıqlarımızın yalnız 10%-ni etmişik”.

Globalinfo.az “Teleqraf”a istinadla xəbər verir ki, bu barədə “Sea Breeze”in sahibi və təsisçisi, “Agalarov Development”in prezidenti Emin Ağalarov Bakıda keçirilən 1-ci Azərbaycan Beynəlxalq İnvestisiya Forumunda (AIIF-2025) qeyd edib.

O bildirib ki, daha 3 milyon kvadrat metr hazırda tikilməkdədir:

“Eyni zamanda müxtəlif ölçülü və dizaynda, fərqli məqsəd üçün nəzərdə tutulmuş süni adalarda rekreasiya əraziləri üzərində işləməyə başlamışıq. “Dreamliner” layihəsi Dubayın “Burj Al Arab” hotelindən ilham alıb. Mən bunu “Instagram anı” adlandırıram; gələcəkdə burada “selfi” çəkdiyimiz zaman harada olduğumuzu izah etməyə ehtiyac qalmayacaq.

“Nikki Beach” artıq iki mövsüm fəaliyyət göstərir. Növbəti böyük klaster isə gələn il mayın 1-dək tamamlanacaq, yəni təxminən 7-8 ay ərzində. Bu mərhələdə əlavə 5 min sakin mənzillərinin açarlarını alacaq. “Sea Breeze Marina” artıq tam fəaliyyət göstərir. Bu böyük mühəndislik strukturu bəzi qayıqlar üçün nəzərdə tutulub. Biz bir böyük marina əvəzinə 22 kilometr sahil boyunca beş marina inşa etməyə qərar verdik”.

O əıavə edib ki, “Half Moon” adası artıq inşa mərhələsindədir:

“Tikintiyə bu il başlamışıq və bu il də tamamlayacağıq. Artıq ilk otellər və kazino üçün təməl işlərinə başlamışıq. Half Moon” adasındakı 50 hektar sahə 1 milyon kvadrat metr müxtəlif tikinti layihələrinin həyata keçirilməsinə imkan verəcək. Bunun 350,000 kvadrat metri otellər və ticarət zonalarına, 650,000 kvadrat metri isə yaşayış sahələrinə ayrılacaq. Yay mövsümündə burada 35-dən çox restoran fəaliyyət göstərir, həmçinin 60-dan çox iaşə məntəqəsi və kafe mövcuddur, və bu say hər il tədricən artır. Sahil boyunca böyük bir promenadaya sahibik; gündüzlər idman və istirahət, gecələr isə restoranlar və klublar fəaliyyət göstərir.

Birinci mərhələ 550 hektardır. Layihənin ümumi uzunluğu 22 kilometrdir və 1,500 hektar sahə üzərində 30 milyon kvadrat metr tikinti həyata keçirmək planlaşdırılır ki, bu da 500,000 potensial sakini qarşılaya biləcək. Bu, gələcəyin vizionudur”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:105
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 22 Sentyabr 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see186

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see170

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see169

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see148

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see135

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Şəhid qızı olan məhkəmə hakimi yol qəzasında öldü

22 Dekabr 2025 20:56see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri