Icma.az
close
up
RU
Seansda xəstələrindən soyunmalarını tələb edən psixiatr

Seansda xəstələrindən soyunmalarını tələb edən psixiatr

Icma.az bildirir, Kulis.az saytına əsaslanaraq.

3 noyabr tanınmış amerikalı psixiatr, psixoanalizin Avropa məktəbinin banilərindən biri Vilhelm Reyxin anım günüdür.

Kulis.az bu münasibətlə onun həyatı v ə yaradıcılığı haqqında maraqlı faktları təqdim edir.


XX əsrin əvvəlində psixologiya elmində Ziqmund Freydin sayəsində böyük bir irəliləyiş oldu. Freydin psixologiyanı yenidən canlandırarkən ən əhəmiyyətli tapıntısı libido (cinsi enerji) anlayışı idi.

Freydlə eyni dövrlərdə gənc bir psixoloq olan Vilhelm Reyx də diqqəti üzərinə çəkməyi bacarmışdı.

Reyxin fərqi təcrübələrə söykənməyən elmi şərh və düşüncələri rədd etməsi və haqqında danışılmış hər hansı bir fakt təcrübə ilə isbat edilmiş olsa belə, qətiyyətlə üstündə dayanılmasının lazım olduğunu düşünməsi idi. Reyx qısa müddətdə parlayaraq Freydin baş assistenti olmuşdu. Ancaq bu, onun üçün çətin bir dövrü də başlatmışdı.

Freyd sivilizasiyanın cinsi ehtiyaclarını basdıraraq qurulduğunu vurğulamış və bütün insanlığın ruhi xəstəliklərlə qarşı-qarşıya olduğunu bildirmişdi. Reyx isə tam bu nöqtədə problemin həllinin mümkün olduğunu söyləmiş və Beynəlxalq Ruh Təhlili Dərnəyindən atılmasına səbəb olacaq hadisələrin başlamasına səbəb olmuşdu.

Reyx ruhi xəstəliklərin mənşəyində ictimai problemlər iştirak edirsə, buna qarşı mübarizə aparılmasının lazımlı olduğunu söyləyir, əks halda, elmi məsuliyyətin bir tərəfə buraxılmış olacağını söyləyirdi. Freyd və digərləri ilə razılaşmayaraq, Almaniyada Sexpol ("Cinsi siyasət") dərnəyini qurdu. Qısa müddətdə on minlərlə işçi dərnəyə müraciət etmiş, bir çox problemin üzərində heç dayanılmadığı aydın olmuşdu. Ancaq qısa müddətdə yayılan bu düşüncə təhlükəli olaraq qəbul edilmiş və Reyx faşizmin ilk qığılcımlarının görünməyə başladığı ölkəsini tərk etmə zamanının gəldiyini anlamaq məcburiyyətində qalmışdı.

Daha sonra araşdırmalarını artırmış, Freydin “şüuraltı” dediyi anlayışın xroniki əzələ sıxılmalarıyla eyni şey olduğunu vurğulamışdı.

Vilhelm Reyx "Vegeterapiya" adını verdiyi bitki mənşəli sağaltma üsulunu istifadə edərək bütün ruhi problemlərin orqazm gücsüzlüyü, ya da qorxusu deyilən faktdan qaynaqlandığını vurğulamışdı. Ancaq bu mövzuda ona qarşı çıxan populist ruh təhlilçilərinin orqazmın nə olduğundan xəbərsiz olduğunu da müşahidə və qeyd etmişdi.

Daha sonra bəzi tapıntıları onu hüceyrə elminə və tibbi araşdırmalara gətirib çıxardı. Bütün pullarını araşdırmalarını həyata keçirdiyi laboratoriyasını ərsəyə gətirmək üçün xərclədi.

O, xərçəngin mənşəyinin ruhi çöküntüyə səbəb olan alın yazısına boyun əymə olduğunu kəşf etdi.

Reyx "Orqon" (həyat) enerjisini ortaya çıxardı. Bu enerjini istifadə edərək xərçəngin müalicəsini inkişaf etdirdi. Qalaktikaların meydana gəlmə və təkamülünü "orqonomiya" adı verdiyi elmlə doğruya ən yaxın şəkildə açıqladı. Hər kəsin istifadə edə biləcəyi Orqon cihazını icad etmişdi.

Orqon enerjisi əskikliyinin şəxsiyyət zirehiylə (əzələ sıxılması, şüuraltı, orqazm gücsüzlüyü) yanaşı getdiyini taparaq bir çox xəstəliyi müalicə edilə biləcəyini söyləmişdir.

Xərçəng, vərəm, ürək xəstəlikləri, əsəb və psixoloji xəstəliklərin yaratdığı həddindən artıq sıxılma və ardınca yaratdığı stresslərin və sonda bədəndəki həyat enerjisinin (orqon) bütün bədənə çatmamasına səbəb olacaq qədər təsirli olduğu təqdirdə yerli ölümə səbəb ola biləcəyini söyləmişdi.

1930-cu ildən sonra Vilhelm Reyx terapiya seansları zamanı xəstələrinin fiziki reaksiyalarına daha çox diqqət yetirməyə başladı. 1930-cu illərin sonlarına doğru o, psixoanalizin bir çox böyük tabularını pozmağa başladı; xəstələrinin yanında oturur, onlara toxunurdu.

Kişi və qadın xəstələrindən bəzən tamamilə soyunmalarını tələb edirdi. Sadəcə şikayətlərini dinləyib “Niyə belə düşünürsən?” sualının cavablarını qeyd etmək əvəzinə onlarla söhbət edir, suallarına cavab verirdi.

Bu yanaşma analitik neytrallığı sarsıdırdı. Bir psixoanalitik, transferans adlanan prosesdə xəstələrin keçmiş arzularını, məhəbbətlərini, nifrətlərini və nevrozlarını əks etdirən boş bir proyektor ekranı kimi olmalı, xəstə ilə dialoqa girməməli idi. Reyx, psixoanalizdə mövcud olan bu tabuların xəstələrin nevrozlarını daha da gücləndirdiyini görərək, xəstələrinin onun da bir insan olduğunu anlamasını istəyirdi və tədricən bu tabulardan uzaqlaşdı.

O, xəstələrin “bədən zirehləri"nə qəsdən müdaxilə edir, onların əzələlərini boşaltmaq və beləliklə, gərginliklərini azaltmaq məqsədilə barmaqları və ya ovucuyla xəstələrinin müxtəlif nahiyələrinə toxunurdu. Məqsəd xəstələrin hərəkətlərinin yumşalması və nəfəs alışlarının sakitləşməsini təmin etmək idi. Bədən "zireh"inin bu şəkildə pozulması nəticəsində uşaqlıq dövründə şüuraltına basdırılmış xatirələr yenidən xatırlanırdı.

Reyx xəstələrinin bədənlərində müşahidə etdiyi enerji axınına “bioelektrik” adını vermiş və bu terapiyaya “orqazmoterapiya” deyirdi. Lakin sonradan siyasi səbəblərdən bu terapiyadan imtina etmişdi.

Ancaq bütün bu səyləri və kəşfləri qarşılığında davamlı olaraq gözdən salınmağa çalışıldı. Sonda "Harpers Pazaar" adlı jurnalın Mc.Cartinin dövründə başlatdığı kampaniyasında ağlagəlməz günahlandırmalarla mühakimə olundu. İnstitutu bağlanıldı və kitabları yandırıldı. 2 il cəza aldı və həbsxanada (qəribə bir şəkildə) infarktdan öldüyü açıqlandı. (1957) O dövrdə psixiatr orqon enerji aparatını qazanc məqsədi güdmədən insanlara yaymağı arzulayırdı.

Bu gün isə "orqonomiya" elmi araşdırmaları daha çox Almaniyada az bir büdcəylə həyata keçirilir.

Dünyanın nüfuzlu rəqəmsal festivalı ilk dəfə İstanbulda UniDestin Təhsil Mərkəzi ödənişsiz xaricdə təhsil konsultasiyalarına start verdi "Mən burda yaxşıyam, sən də yaxşı ol" - Salyanda Həsən Kürün xatirəsi anılıb
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:132
embedMənbə:https://kulis.az
archiveBu xəbər 03 Noyabr 2025 14:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Radio milli və informasiya təhlükəsizliyimiz üçün mühüm vasitədir” Hikmət Babaoğlu

23 Oktyabr 2026 12:18see418

Vüqar Oruc: “İnternet tarifləri artırılmamalı, xidmətin keyfiyyəti yüksəldilməlidir”

23 Oktyabr 2026 13:49see332

Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb (Yenilənib)

23 Oktyabr 2026 12:58see326

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see273

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see239

Rayonların subsidiyası kəsildi: Qalan pul hansı sahələrə xərclənəcək?

23 Oktyabr 2026 16:03see236

Yeniyetmələrdə görmə zəifliyinin yaranma səbəbləri nələrdir? PAŞA QƏLBİNUR

23 Oktyabr 2026 12:12see229

Yanlış dərman istifadəsi nələrə səbəb ola bilər? PROFESSOR AÇIQLADI

23 Oktyabr 2026 17:14see212

Alimlər ağrını daha yüngül hiss etməyə kömək TAPDILAR

23 Oktyabr 2026 15:23see209

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see199

Qeyri neft qaz mallarının mənşəyinin müəyyən edilməsi qaydası təsdiqlənib

23 Oktyabr 2026 17:40see198

“AccessBank”ın rəhbər şəxsi bankdan ayrıldı

23 Oktyabr 2026 16:42see196

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see196

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see195

İkili idarəetmə bitir, səhiyyədə yeni dövr başlayır

23 Oktyabr 2026 19:04see190

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see187

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see186

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see180

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see179

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri