Icma.az
close
up
RU
“Səbail”in hücumçusu Ceyms Eziaşidən SENSASİON AÇIQLAMA: “Ən böyük arzum…” REPORTAJ KONKRET

“Səbail”in hücumçusu Ceyms Eziaşidən SENSASİON AÇIQLAMA: “Ən böyük arzum…” REPORTAJ KONKRET

Icma.az xəbər verir, Konkret.az saytına əsaslanaraq.

Azərbaycanda futbolun təşəkkül dövrü ötən əsrin əvvəllərinə təsadüf etsə də, ilk uğurlar 1960-cı illərdən başlayır. Məhz həmin vaxt ölkəmizdə futbol bumu hökm sürürdü və hər bir əyalətdə bu idman növünə böyük həvəs və rəğbət vardı. Paytaxt küçələri sanki idman meydanlarını xatırladırdı. Seleksiyaçı məşqçilər də tez-tez məhəllələrə baş çəkir, istedadlı uşaqları gözaltı edirdilər. Banişevski, Babayev, Semiqalazov, Buruxti kimi futbolçuların ustalığını da məşqçilər məhz küçə oyunlarında müəyyən etmişdilər. 1960-cı illərdə isə “Neftçi”nin ilk uğuru yeni mərhələnin başlanğıcını qoydu.

Azərbaycanda futbol inkişaf etdikcə uşaq-gənclər idman məktəblərində (UGİM) futbol bölmələri də fəaliyyət göstərməyə başladı. Zaman keçdikcə həmin bölmələrin yetirmələri Azərbaycanın adlı-sanlı futbolçularına çevrildilər. Nəzərə almalıyıq ki, peşəkarların yetişməsi üçün əlverişli şəraitlə yanaşı, zamana da ehtiyac var. Lakin təəssüf ki, Azərbaycanda futbolun yaranmasından bir əsrdən artıq vaxt keçsə də, onun inkişafı ilə bağlı mənzərə heç də ürəkaçan deyil. Bu tənəzzülün əsas səbəbi isə bəlkə də elə məhəllələrdə əvvəlki tək kütləvi futbol oyunlarının olmamasıdır.

Hazırda ölkədə yeni müasir tipli meydançalar tikilsə də, hər bir uşağın bu şəraitdən istifadə etmək imkanı yoxdur. Deməli, vəziyyət dəyişib və şərtlər də 60-cı illərdəki kimi deyil.

Bununla belə bütün dövrlərdə futbola maraq göstərən uşaqların istəyi eyni olub. Böyük xəyallar quran fidan balalar məşqə həvəslə gəlir, müəllimlərin verdiyi tapşırığı can-başla yerinə yetirirlər. Hadisələrin sonrakı inkişafı isə proseslərə ciddi təsir edir. Növbəti mərhələnin başa çatmasını əngəlləyən bir çox amillər var və həmin proses diqqətlə təhlil edilməlidir. Bu gün Azərbaycan futbolunun inkişafına mane olan da məhz həmin əngəllərdir. Bu reportajda uşaq futbolçuların fəaliyyətini izləməklə real vəziyyətə aydınlıq gətirmək fikrindəyəm. Bu məqsədlə üz tutduğum konkret məkan isə “Səbail” futbol klubunun nəznində fəaliyyət göstərən akademiya oldu.

Əvvəlcə kənarda dayanıb məşq edən uşaqlara tamaşa etdim. Meydançada çevik hərəkətlərlə maraqlı performans göstərən balacalar sanki arzularının arxasınca pərvazlanan göyərçinə bənzəyirdilər. Verilən hər bir tapşırığa əməl edir, məşqçinin göstərişlərini dərhal yerinə yetirirdilər. Kim bilir, bəlkə də bu uşaqlar arasında gələcəyin ulduz futbolçuları böyüyür. Axı dünya şöhrətli ulduzların da futbola ilk gəlişi elə belə başlayıb. Onlar da əvvəlcə  futbolun əlifbasını öyrəniblər. Bu fidanlara da futbolun bütün incəlikləri öyrədilir, qaydalar yüksək səviyyədə aşılanır.

“Səbail” Futbol Akademiyasında yeni nəsil peşəkarların yetişməsi üçün kompleks tədbirlər həyata keçirilir və mövcud çətinliklərə baxmayaraq, məşqlər ardıcıl və nizamlı şəkildə davam etdirilir. Bunun nəticəsidir ki, az müddətdə çoxsaylı uğur qazanan akademiyanın yetirmələri Azərbaycanın ayrı-ayrı komandalarının diqqətini cəlb ediblər, hətta bəzilərinin transferi də baş tutub. Bir sözlə, akademiyada bir ayrı ab-hava, ahəng hökm sürür və bütün proseslərə sözün əsl mənasında peşəkar yanaşma var.

Akademiyanın koordinatoru,  veteran futbolçu Mirbağır İsayevlə söhbətimizdə uşaq futbolunda xeyli problemin olduğunu dedi və əsasən  mütəxəssis çatışmazlığından gileyləndi:

– Hazırda Azərbaycanda uşaq futbolu acınacaqlı durumdadır. Heç bir diqqət göstərilmir. Hamı narazılıq edir, amma çıxış yolu göstərən yoxdur. Futbolla vidalaşanlar Premyer Liqada, 1-ci liqada işləməyə qaçırlar. Futbol biliciləri bu sahəyə can yandırmır, maraqlanmır, tövsiyələrini vermirlər. Bilirsiniz niyə? Ona görə ki, burda pul yoxdur. Yəni məsələnin kökündə maddiyyat dayanır. O baxımdan problem uşaqlarda deyil, mütəxəssislərdədir. Əgər bu sahəni inkişaf etdirmək istəyiriksə, ilk növbədə təcrübəli məşqçilər cəlb olunmalıdır.

Sonra diqqətini meydançada məşq keçən uşaqlara yönəldən Mirbağır müəllim bunları əlavə etdi:

– Gördüyünüz komanda 12 yaşlı uşaqlardan təşkil edilib.  Hazırda heyətdə 23 futbolçu var və onların böyük əksəriyyəti perspektivli oyunçudur. Hətta bir neçəsi Türkiyənin “Ankaragücü” klubunun diqqət mərkəzindədir.

Uşaqları da söhbətə cəlb etmək məqsədilə onlara yaxınlaşdım. Meydandakı fəallıqlarından geri qalmayacaq şəkildə müsahibəyə qoşuldular.  Söhbətə İlk olaraq Arzuman İbrahimov başladı:

– Burada futbolun sirlərini öyrənməyə çalışıram. Arzum böyük futbolçu olmaq və Azərbaycan millisi ilə dünya çempionatına qatılmaqdır. Məşqlərimiz yüksək səviyyədə keçilir və yalnız futbola fokslanmışıq. Məşqçimiz bizimlə böyük qardaş kimi davranır. Bu, bizim oyunumuza da təsir edir.

Xarici çempionatları diqqətlə izlədiyini deyən Arzuman əlavə etdi ki, daha çox İngiltərə Premyer Liqasının oyunlarına baxır:

– “Arsenal”ın azarkeşiyəm. Düzdür, “Arsenal” İngiltərədə çempion ola bilməsə də, bu  komandanın oyununu  daha çox bəyənirəm.

– ‘Arsenal”da səni cəlb edən nədir?

– “Mançester Siti”nin oyun sistemi mənə maraqlı gəlir. Onlar, ümumiyyətlə, fərqli futbol oynayır. Amma “Arsenal” əsl futbol nümayiş etdirir. Dəqiq ötürmələr, müdafiədən çıxmaq, rəqib qapısına təzyiq adamı valeh edir.

– Bu gün sənin yaşıdlarının çoxunun bənzəmək istədiyi futbolçu var. Bəs sən öz oyununla  kimə oxşamaq istərdin?

– “Real”ın müdafiəçisi Dani Karvahala. Təbii ki, komanda yoldaşlarımın əksəriyyəti Ronaldoya bənzəmək istəyir. Onları başa düşürəm, Ronaldo bir fenomendir və hər kəs onun kimi olmaq arzusundadır. Amma mən müdafiənin sağ cinahında oynadığımdan Karvahalın oyununu daha çox bəyənirəm. Çalışıram ki, onun kimi müdafiədə təmkinli olum və imkan düşəndə hücuma kömək edim.

Bu, 12 yaşlı uşağın mühakiməsidir. Onun meydanda olduğu kimi, nitq manevrlərinə də heyran qalmamaq olmur. Məntiqli cavabları və fərqli yanaşmaları Arzumanın gələcəkdə məşhur futbolçu olacağına işarədir.

Söhbət əsnasında digər uşaqlar da onları yaşıl meydançaya gətirən amillərdən danışdılar. Bildirdilər ki, hər birinin arzusu peşəkar futbolçu olmaqdır. Bunun üçünsə məşqləri davam etdirmək, bir sözlə, futbolla nəfəs almaq lazımdır.

Arzumanın komanda yoldaşları Ayxan Babazadə, Yusif Nəci, Ceyms Eziaşi, Əhməd Eyvazov, Rişad Rəncbər, Ömər Sadıqlı, Yusif Əliyev və İbrahim Müzəffərli də perspektivli uşaqlardır. Telman Hacıyevin və Yusif Eyvazovun 11 yaşı olsa da, özlərindən böyük uşaqlarla eyni komandada oynamaq üçün xüsusi istedada malikdirlər.

Komandanın digər üzvlərinin cavabları da Azərbaycan futbolunun gələcəkdə əmin əllərdə olduğunun göstəricisidir.

Xüsusi diqqətimi cəlb edən digər məqam isə komandanın əcnəbi hücumçusu, nigeriyalı Ceyms Eziaşinin Azərbaycan ədəbi dilində aydın danışması oldu. Ceymsin ən böyük arzusu üzərində üçrəngli bayrağımız olan Azərbaycan milli komandasının forması ilə Braziliya komandasının qapısına qol vurmaqdır.

Digər oyunçu Yusif Nəci isə  U-12 liqasının ən az top buraxan, ən yaxşı qapıçısıdır. O isə gələcəkdə “Barcelona”nın qapıçısı olmaq iddiasındadır.

Musa Əliyev və Timur İsrafilli də Azərbaycanın ən yaxşı stopperləri olmaq istəyirlər.

Tofiq Həsənov, Məhəmməd Mahmudov, Həsən Abbasov və Həsən Həsənlinin isə ən böyük hədəfi milli komandada oynamaqdır.

Əbülfəz Cavanşirov və Səid Süleymnazdə də tanınmış futbolçu olmaq arzusundadırlar.

Bu “fədailər”ə futbolu daha çox sevdirən isə məşqçiləri Ülvi Tanrıverdiyevdir. “Səbail” Futbol Akademiyasının 12 yaşlılardan ibarət komandasının baş məşqçisi olan Ülvi müəllim deyir ki, onun komandası AFFA-nın təşkil etdiyi “U-12” liqasında uğurla çıxış edir, ümumən uşaqların oyunundan çox razıdır.

Məşqçi danışdıqca yadıma bir anlıq 1990-2000-ci illərin əvvəlləri düşür. O vaxtlar da uşaq futbol məktəblərinin məşqçiləri Ülvi müəllim kimi həvəsli idilər və bildirirdilər ki, Azərbaycan futbolunun gələcəyi bu uşaqların çiyinlərindədir. Amma illər keçdikcə nə həmin uşaqlar göründü, nə də Azərbaycan futbolu dirçəldi. Əslində erkən yaşlarda futbolla məşğul olan uşaqların yeniyetmə dövründə it-bat olmasının maraqlı səbəbi var. Ülvi müəllim belə izah elədi ki, xarici ölkə klublarının hamısının akademiyası mövcuddur:

– Uşaqlar orada qalır, qidalanır, eyni zamanda orada orta məktəb dərsləri tədris olunur. Amma bizdə vəziyyət fərqlidir. Azərbaycanda futbolçu  15-16 yaşı ötəndən sonra onu gördüm deyən tapılmır. Səbəbi isə odur ki, həmin yaşda oğlan uşaqları fərqli olur və bir qədər sərbəstlik istəyir. Bunun üçün həmin uşaqlar hökmən məşqçi nəzarətində olmalıdır. Xüsusi rejimlə saxlanmalıdırlar,  yeməklərindən tutmuş, yatmaqlarına qədər nəzarət altında olmalıdırlar. Xarici ölkələrin futbol akademiyalarında bu hallara tam riayət edilir və yeniyetmələrə xüsusi diqqət ayrılır. Bizdə isə valideynlərin “internat fobiyası” var. Heç kim uşağını gözündən uzağa buraxmaq istəmir. Hamı oğlunu oxutmağa çalışır  və nəticədə uşaq nə düz-əməlli təhsil alır, nə də futbolçu olur. Əslində isə belə olmamalıdır. Uşağa həm valideyn, həm də müəllimlər dəstək verməlidir. Amma uşağın özündən də çox şey asılıdır. O, karyerasında baş verəcək neqativlərə görə ruhdan düşməməli, daim mübariz əhval-ruhiyyədə olmalıdır.

Sonda Ülvi müəllim uşaqlara inandığını deyir və bildirir ki, Azərbaycan futbolunu hazırkı vəziyyətdən çıxarmağın yolu yalnız uşaq futbolunda sistemi dəyişməkdən keçir. Bunun üçünsə peşəkar yanaşma ilə bərabər, xarici ölkələrin futbol klublarının təcrübəsi də öyrənilməlidir.

Hazırladı: Natiq Səlim

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://konkret.az
archiveBu xəbər 08 Aprel 2025 12:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri