Icma.az
close
up
RU
Faizlər enəcək? Artan kredit portfeli bazarda yeni gözləntilər yaradır

Faizlər enəcək? Artan kredit portfeli bazarda yeni gözləntilər yaradır

Bakivaxti portalından verilən məlumata əsasən, Icma.az bildirir.

2025-ci ilin noyabrının əvvəlinə olan məlumatlara görə, ölkədə kredit qoyuluşları 31 milyard 169.4 milyon manat təşkil edib. Bu göstərici cari ilin əvvəli ilə müqayisədə 6.4% çoxdur.

Bu dövrdə dövlət bankları tərəfindən kredit qoyuluşları 7 milyard 561.5 milyon manat, özəl banklar tərəfindən 21 milyard 842.4 milyon manat, qeyri-bank kredit təşkilatları tərəfindən isə 1 milyard 765.5 milyon manat təşkil edib.

Bu göstəricilər iqtisadi aktivliyə və investisiya meyllərinə necə təsir edir? Kredit qoyuluşlarının artması fonunda kredit faizlərinin aşağı düşməsi mümkün ola bilərmi?

İqtisadçı Murad Cəlalov Bakıvaxtı.az-a açıqlamasında bu sualları cavablandırıb.

Onun sözlərinə görə, investisiyalar iki şaxəli ola bilər. Bura banklar və ya şirkətlər tərəfindən qoyulan investisiyalar, o cümlədən bankdan kredit götürərək digər sahələrə qoyulan investisiyalar daxildir:

"Əgər faiz dərəcələri yüksək olarsa, şirkətlər böyük məbləğdə vəsaiti banklara yatırım edirlər. Nəticədə əldə olunan illik gəliri götürmək istəyirlər. Çünki faiz dərəcələri yüksək olanda gəlirlilik yüksək olur. Bütövlükdə faiz dərəcəsinin aşağı olması sahibkarlar və dövlət üçün müsbət haldır. Ona görə ki, sahibkarlar digər sahələrə investisiya yatırmaq üçün bankdan müəyyən məbləğdə kredit götürür. Bankdan götürülən kredit isə faizi ilə birlikdə geri ödənilir və dövlət bundan xeyir götürür".

Murad Cəlalov: Faiz dərəcəsinin aşağı olması sahibkarlar və dövlət üçün müsbət haldır

M.Cəlalov hesab edir ki, investisiyalardan gələn gəlir büdcənin artımına səbəb olur. Həmçinin sahibkarlar qazanc əldə etmiş olurlar.

"Bu baxımdan uzun müddət çərçivəsində kredit qoyuluşları artarsa, faiz dərəcələri aşağı düşə bilər və insanlar daha çox kredit götürərək digər sahələrə investisiyalar yatıra bilərlər. Bu addımın isə şirkətlər, vətəndaşlar və dövlət üçün olduqca müsbət təsirləri ola bilər", - deyə müsahibimiz əlavə edib.

Gülşən Şərif

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:115
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 03 Dekabr 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see223

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see204

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see178

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see132

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri