Icma.az
close
up
RU
Səbayıl Bağırov: “Futbolda heç vaxt gec deyil” MÜSAHİBƏ

Səbayıl Bağırov: “Futbolda heç vaxt gec deyil” MÜSAHİBƏ

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Karyerasını Qırğızıstanın “Ozqon” klubunda davam etdirən azərbaycanlı futbolçu Səbayıl Bağırov Apasport.az-a müsahibə verib.

– Legioner həyatı yaşayacaqsan, uğurlar arzu edirəm. Nəyə görə “Ozqon”u seçdin? Bildiyimizə görə, komandada azərbaycanlı futbolçular çıxış edir. Qərarını verərkən bu faktor rol oynadı?
– Təşəkkür edirəm. “Ozqon”un mənə təqdim etdiyi layihə və hədəflər diqqətimi çəkdi. Klubun mənə olan inamını hiss etdim. Komandada azərbaycanlı futbolçuların olması adaptasiya baxımından müsbət amildir. Amma qərarımın əsas səbəbi bu olmadı. Menecerim Gvanzav Maqamadovla birlikdə bütün variantları dəyərləndirdikdən sonra karyeram üçün ən uyğun seçimin “Ozqon” olduğuna qərar verdik.

– Orada çıxış etmiş həmyerlilərimizlə məsləhətləşdin?
– Bəli, müəyyən söhbətlərimiz oldu. Klub, çempionat və ümumilikdə ölkə barədə məlumat aldım. Onların fikirləri mənim üçün faydalı oldu. Amma son qərarı menecerimlə birlikdə özüm verdim.

– Bildiyimizə görə, sənə yerli klublardan da təkliflər var idi. Legioner həyatı yaşamağa üstünlük verdin. Bəs digər xarici klublardan da təkliflərin olmuşdu?
– Bəli, həm Azərbaycandan, həm də xaricdən müəyyən təkliflər almışdım. Menecerimlə birlikdə bütün variantları analiz etdikdən sonra “Ozqon”un mənim üçün ən doğru seçim olacağını düşündük.

– Legioner həyatı yaşamağın gələcəkdə Azərbaycan milli komandasına dəvət almağın üçün üstünlük yarada bilər? Özün bu barədə nə düşünürsən?
– Hər bir futbolçunun ən böyük hədəflərindən biri milli komandanın formasını geyinməkdir. Mən də bu məqsədlə çalışıram. Düşünürəm ki, futbolçu üçün əsas olan harada çıxış etməsi yox, meydanda göstərdiyi performansdır. Qarşıda məni yeni çağırışlar gözləyir və əlimdən gələni edəcəyəm ki, özümü ən yaxşı tərəfdən göstərim. Futbolda heç vaxt gec deyil. Əsas odur ki, öz üzərində işləməyi dayandırmayasan və məqsədlərinə inamını itirməyəsən. Mən də bu inamla yoluma davam edirəm.

"İmişli"nin yay hazırlıq planı bəlli oldu Qvineyalı hücumçu "Araz-Naxçıvan"da - RƏSMİ AFFA UEFA B məşqçilik kursu üçün müraciətlərin qəbuluna başlayıb Milli Mətbuat Gününə həsr edilmiş intellektual yarış keçirilib - FOTO Bayıl stadionunda əsaslı yenidənqurma işləri yekunlaşmaq üzrədir
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:86
embedMənbə:https://apasport.az
archiveBu xəbər 15 İyul 2026 10:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see290

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see254

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see241

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see240

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see229

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see226

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see224

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see216

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see212

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see212

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see212

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see201

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see198

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see188

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see187

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see184

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see182

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri