Icma.az
close
up
RU
ŞƏBƏKƏ MARKETLƏRİNİN QADINLARIN VƏ GƏNCLƏRİN MƏŞĞULLUĞUNDA ROLU ARAŞDIRMA

ŞƏBƏKƏ MARKETLƏRİNİN QADINLARIN VƏ GƏNCLƏRİN MƏŞĞULLUĞUNDA ROLU ARAŞDIRMA

Azpolitika.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Müasir dövrdə inkişad etmkdə olan bir çox ölkədə, o cümlədən postsovet məkanında pərakəndə ticarət sektoru iqtisadi inkişafın əsas hərəkətverici qüvvələrindən birinə çevrilib. Bu sahədə baş verən dəyişikliklərin ön sıralarında isə şəbəkə marketlərinin artan rolu dayanır. Bu marketlər təkcə istehlakçılar üçün geniş çeşid təqdim etməklə kifayətlənmir, həm də əhəmiyyətli sayda yeni iş yerləri yaradaraq sosial-iqtisadi inkişafa töhfə verir. Xüsusilə qadınlar və gənclər üçün yaradılan iş imkanları, onların işgüzar həyatda inteqrasiyasını asanlaşdırır və işsizliyin azaldılmasında önəmli rol oynayır.

Şəbəkə marketləri, geniş işçi qüvvəsinə ehtiyac duyduqları üçün müxtəlif təbəqələrdən olan insanlara iş imkanları yaradırlar. Bu müəssisələrdə kassir, satış məsləhətçisi, anbardar, təmizlikçi və digər vəzifələr üzrə işçilərə ehtiyac duyulur. Bu vəzifələr, xüsusilə təcrübəsiz gənclər və ailə məsuliyyətləri səbəbindən çevik iş qrafiklərinə ehtiyacı olan qadınlar üçün əlverişli hesab olunur.

Azərbaycan da bu baxımdan istisna deyil. Ölkənin aparıcı pərakəndə satış şəbəkələri olan “Bravo”, “Araz”, “Oba”, “Rahat”, “Bazarstore” və digərləri təkcə ərzaq və istehlak mallarının əlçatanlığını artırmaqla kifayətlənməyib, eyni zamanda minlərlə vətəndaş üçün, xüsusilə qadınlar və gənclər üçün yeni iş yerləri yaradıblar.

Şəbəkə marketlərinin məşğulluq sahəsində rolu

Rəsmi statistik məlumatlara görə, hazırda Azərbaycanda 4.000-dən çox market filialı fəaliyyət göstərir. Onlardan təkcə "Oba Market" MMC-nin 2024-cü ilin sonuna olan göstəricisinə əsasən 1.300-dən çox filialı fəaliyyət göstərir və bu şəbəkədə 9.000-dən artıq işçi çalışır. Bu işçilərin təxminən 58%-ni qadınlar, 40%-ni isə 18-35 yaş aralığındakı gənclər təşkil edir. Eyni zamanda, “Araz Supermarket” şəbəkəsi 400-dən çox mağazası ilə ölkənin müxtəlif bölgələrində fəaliyyətini genişləndirərək 6.000-dən çox əməkdaşa daimi iş imkanı təqdim edir.

Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2023-cü ildə pərakəndə ticarət sahəsində 250 mindən çox insan işləmişdir ki, onların da təxminən 45%-ni qadınlar təşkil edir. Bakı, Sumqayıt, Gəncə kimi böyük şəhərlərdə fəaliyyət göstərən "Bravo", "Neptun" kimi şəbəkələr də hər il yüzərlə yeni iş yeri yaradır. Məsələn, "Bravo" marketləri ötən il ölkə üzrə 500-dən çox yeni vakansiya açmışdır ki, bunun da 60%-i qadınlara, 30%-i isə 18-35 yaş arası gənclərə təqdim edilmişdir.

Şəbəkə marketlərinin qadin və gənclər üçün yaratdiği imkanlar

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 2024-cü il statistikasına əsasən, ölkədə 880 min qadın rəsmi əmək müqaviləsi ilə işləyir.

Ölkədə təqribən 500 min qadın dövlət, 350 min qadın isə özəl müəssisələrdə çalışır. Bu göstərici əvvəlki illərlə müqayisədə artım nümayiş etdirir. Xüsusilə xidmət və ticarət sektorunda qadınların payı 2023-cü ildə 44.3% təşkil edib.

Bununla yanaşı, qadınlar hələ də əmək bazarında müəyyən çətinliklərlə qarşılaşırlar. Dünya Bankının hesabatına əsasən, qadınların 62 faizi, kişilərin isə 75 faizi işçi qüvvəsi kimi çıxış edir. Qadınların 58 faizi, kişilərin isə 71 faizi məşğul əhali hesab edilir. Ən kəskin gender fərqi müəyyən sektor və peşələr üzrə müşahidə edilir: qadınlar qeyri-mütənasib olaraq daha az maaş alan sektorlarda və peşələrdə cəmləşiblər .

Dünya Bankının son hesabatına əsasən, Azərbaycanda qadınların əmək bazarına qatılım səviyyəsi 62%-dir. Bu, regional kontekstdə müsbət göstərici sayılsa da, qadınlar əsasən aşağı maaşlı və qeyri-rəhbər vəzifələrdə təmsil olunurlar. Şəbəkə marketləri bu mənada nisbətən inklüziv mühit yaratmaqla qadınların ilk iş təcrübəsi, maliyyə müstəqilliyi və sosial iştirakçılıq səviyyəsini artırır.

2023-cü ilin sonunda Dövlət Statistika Komitəsi tərəfindən yayımlanan məlumata görə, Azərbaycanda 15-29 yaş arası gənclər arasında işsizlik səviyyəsi 10.1% təşkil edir.Ölkə üzrə işsizlik göstəricisinin 6 faiz olduğu nəzərə alındıqda, gənclər arasında işsizliyin daha ciddi problem olduğunu göstərir.

Xüsusilə şəhərlərdə təcrübəsiz gənclərin ilk iş tapmaqda çətinlik çəkməsi davam edən sosial-iqtisadi çağırışlardan biridir. Şəbəkə marketləri bu sahədə önəmli boşluğu doldurur.

Marketlərdə müştəri xidmətindən logistikaya qədər müxtəlif vəzifələrə təcrübəsiz gənclər qəbul olunur və daxili təlim proqramları vasitəsilə onların bacarıqları inkişaf etdirilir. Bir çox şəbəkələr hətta gənc işçilər üçün xüsusi təlim proqramları hazırlayaraq onların satış, müştəri xidməti və anbar idarəçiliyi kimi sahələrdə ixtisaslaşmasına kömək edir. Məsələn, "Araz" supermarketləri gənc işçilər üçün "Karyera Startı" adlı xüsusi proqram həyata keçirir. “Bravo” və “Rahat” kimi şirkətlər təlimlər, mentorluq və karyera yüksəlişi üçün daxili sistemlər yaradıblar. Nəticədə gənclər qısa müddətdə məsul vəzifələrə irəliləyə bilirlər.

Regionlarda qadın və gənclərin işlə təmin olunmasında şəbəkə marketlərin rolu

Əvvəllər əsasən Bakıda cəmlənmiş bu şəbəkələr artıq bölgələrə də yayılıb. Şəbəkə marketlərinin Gəncə, Sumqayıt, Şəki, Quba, Şirvan, Qax və digər şəhərlərdə filiallar açması regionda yaşayan qadın və gənclərə iş imkanları yaradıb. Məsələn, "Araz" və "Oba" marketlərinin bölgələrdəki yeni filiallarında çalışanların təxminən 60%-i qadın və ya 18-30 yaşlı gənclərdir.

Bu, regionlarda kənd təsərrüfatından və qeyri-rəsmi məşğulluqdan asılılığın azalmasına, qadınların ailə gəlirinə töhfə verməsinə və gənclərin miqrasiya meyllərinin azalmasına səbəb olur.

Ümumiyyətlə , şəbəkə marketləri, qadınlar və gənclər üçün aşağıdakı imkanları yaradır:

-təcrübəsizlər üçün iş imkanları: Marketlər, təcrübəsiz gənclər üçün ilkin iş təcrübəsi qazanmaq imkanı yaradır;

-çevik iş qrafiki: Ailə məsuliyyətləri olan qadınlar üçün çevik iş qrafiki təklif olunur;

-karyera inkişafı: İşçilər, müxtəlif təlimlər və təcrübə proqramları vasitəsilə karyera inkişafı imkanlarına malikdirlər;

-əmək bazarına inteqrasiya: Gənclər və qadınlar, bu müəssisələrdə işləməklə əmək bazarına inteqrasiya olurlar.


Nə etmək olar?

Lakin bu müsbət dinamika ilə yanaşı, müəyyən çətinliklər də qalır. Əmək haqqının aşağı olması, iş saatlarının bəzən uzun olması, bəzi hallarda əmək müqavilələrinin qeyri-rəsmi bağlanması kimi hallar zaman-zaman ictimai müzakirə mövzusuna çevrilir. Bu səbəbdən şəbəkə marketlərdə bir sıra istiqamətlərdə tədbirlərin həyata keçirilməsnə ehtiyac var. Belə ki,

a)Marketlərdə daha şəffaf və ədalətli əmək münasibətləri formalaşdırılmaq üçün əmək şəraiti daha da yaxşılaşdırılmalıdır;

b)Qadınlar və gənclər üçün ixtisasartırma və rəhbər vəzifələrə irəliləyiş imkanları genişləndirilməli, karyera inkişafı imkanları artırılmalıdır.

c)Sosial təminatları gücləndirilmək, uşaq baxımı dəstəyi və sığorta təminatları iş həyatının davamlılığını artırmaq olar;

d) Şəbəkə marketlərinin genişlənməsi üçün vergi güzəştləri və subsidiyalar tətbiq edilməlidir;

e) Müştərilərə daha yaxşı xidmət üçün təlim və mentorluq proqramlarının genişləndirmək, peşə hazırlığı və işə uyğunlaşdırma sahəsində dövlət-özəl tərəfdaşlığı gücləndirilmək mümkündür və s.

Yekun olaraq qeyd edə bilərik ki, son illər Azərbaycanda şəbəkə marketləri yalnız iqtisadi inkişafın deyil, həm də sosial rifahın artırılmasında mühüm rol oynayır. Qadınların və gənclərin əmək bazarına inteqrasiyasını gücləndirərək, onların peşəkar və şəxsi inkişafına kömək edir. . Onların məşğulluğa verdiyi töhfə, regionların dirçəlişi, gender və yaş bərabərliyinə dəstək aspektindən qiymətləndirildikdə, bu sektora dövlət siyasəti səviyyəsində dəstək göstərilməsi zəruri görünür. Daha dayanıqlı və inklüziv əmək bazarına keçid yolunda bu tip şəbəkələrin inkişafı strateji alət kimi qəbul olunmalıdır.

İsmayıl İsmayılov

“AzPolitika.info”

Qeyd: Məqalə Veysəloğlu Şirkətlər Qrupunun, Azərbaycan Mətbuat Şurasının və Ticarət Şəbəkələrinin İnkişafı İctimai Birliyinin “Orta və kiçik biznesin inkişafında pərakəndə sektorun rolu” mövzusundakı birgə müsabiqəsinə "Şəbəkə marketlərinin yeni iş yerlərinin (qadın və gənc) yaranmasında daşıdığı missiya" istiqaməti üzrə təqdim olunur.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 02 May 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

AzTV sədrinin əcəl, yoxsa dirçəliş zəngi? Helikopter arzusu və 6 7 minlik qonorar...

06 Noyabr 2025 08:35see295

Şəbnəmin fanatına etdiyi hərəkət qınandı VİDEO

05 Noyabr 2025 22:09see220

Bu il Şahdəniz yatağından qaz və kondensat hasilatı sabit qalıb

06 Noyabr 2025 14:50see219

Bu bölgədə məktəblər üçün yeni avadanlıqlar alınacaq 715 minlik LAYİHƏ

06 Noyabr 2025 19:30see210

Serialların uşaq psixologiyasına MƏNFİ TƏSİRLƏRİ

06 Noyabr 2025 23:04see198

Necə rahat oynadığımızı gördünüz? “Qarabağ”ın prezidenti

06 Noyabr 2025 01:16see147

İbrahim Kalın HAMAS la Qəzzada atəşkəsi müzakirə edib

06 Noyabr 2025 06:01see146

“Brügge” “Barselona” ilə oyunda hesabda 3 dəfə irəli çıxsa da, qələbə qazana bilməyib VİDEO

06 Noyabr 2025 02:26see140

“Qalatasaray”dan qələbə, “Barselona” xal itirdi Çempionlar Liqası

06 Noyabr 2025 02:45see140

Kadi Borgesin “Çelsi” ilə oyunda aldığı zədəsi ciddi ola bilər

06 Noyabr 2025 01:11see136

“İsrail dayanmayacaq” Katzdan SƏRT XƏBƏRDARLIQ KONKRET

05 Noyabr 2025 17:59see136

Araz Naxçıvan ın kapitanı: Püşk səbətində yer alan komandalar arasında zəif rəqib yox idi

06 Noyabr 2025 23:55see133

Paramount antisemit aktyorların qara siyahısını tərtib etdi

06 Noyabr 2025 07:01see132

TƏBİB də tabeli tibb müəssisələrinin fəaliyyəti ilə bağlı müzakirələr aparılıb

05 Noyabr 2025 18:44see131

“İlin modeli” seçildi Fotolar

07 Noyabr 2025 09:52see129

Rusiya müharibəyə danışa bilməyən əlil əsgərlər göndərir...

07 Noyabr 2025 00:06see129

Saatda 140 la gedən maşında intim əlaqədə oldular

06 Noyabr 2025 02:32see128

“Belə bir fikir olsa, dəstəkləyərəm” Video

06 Noyabr 2025 01:58see128

Noyabr ayında bu bürcləri xoş sürprizlər gözləyir

06 Noyabr 2025 11:45see128

Süni intellekt 140 yaşa çatmağın yollarını ortaya qoydu..?

07 Noyabr 2025 00:46see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri