Icma.az
close
up
RU
Səbinə Salmanova: “Laçına həyat yenidən qayıdır”

Səbinə Salmanova: “Laçına həyat yenidən qayıdır”

Icma.az, Cebheinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“Vətən müharibəsində əldə etdiyimiz qələbə nəticəsində imzalanmış üçtərəfli Bəyanata əsasən, 2020-ci il dekabrın 1-də Laçın rayonu bir güllə atılmadan və qan tökülmədən işğaldan azad edildi”. 

"Cebheinfo.az" xəbər verir ki, bunu Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Laçının işğaldan azad edilməsi Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik müstəvidə qələbəsi deməkdir:

“Laçın səfalı yaylaqları, zəngin tarixi, milli-mədəni irsi ilə Azərbaycan xalqının incilərindən biridir. Xatırlayırsınızsa, 1992–1993-cü illərdə ölkəyə rəhbərlik edən AXC-Müsavat cütlüyünün məsuliyyətsiz və avantürist idarəçiliyi nəticəsində Azərbaycanın həm dövlət suverenliyi, həm də ərazi bütövlüyü təhlükə altına düşmüşdü. 

Bu səriştəsiz siyasətin davamı olaraq, əsrlər boyu igidlik dastanları ilə yadda qalan Laçın rayonu 1992-ci ilin mayında Ermənistan silahlı qüvvələrinin işğalına məruz qaldı. Bu müqəddəs diyarın işğalı isə Azərbaycan üçün təkcə hərbi-siyasi yox, həm də mənəvi və strateji məğlubiyyət idi.

Həmin dövrün rəhbərliyi xalqı müdafiəsiz qoyaraq, şəxsi hakimiyyət maraqlarını milli maraqlardan üstün tutdular. On minlərlə sakin doğma yurd-yuvasından didərgin düşdü. İşğal dövründə Ermənistan tərəfi də Cenevrə konvensiyaları ilə üzərinə düşən öhdəliklərini kobud şəkildə pozaraq, Laçın rayonunda coğrafi adların dəyişdirilməsi, rayonun təbii resurslarının talan edilməsi və qazanc mənbəyinə çevrilməsi, məqsədyönlü məskunlaşma siyasəti apararaq, demoqrafik tərkibin dəyişdirilməsi kimi qeyri-qanuni əməllərlə məşğul oldu, soyqırımları, bir çox digər hərbi cinayətlər törətdilər.

Bütün bunlar isə dünya ictimaiyyətinin gözü qarşısında baş verdi. Çox təəssüflər olsun ki, haqdan, ədalətdən danışanlar bütün bunları da susqunluqla qarşılayırdılar. Azərbaycan digər məsələlərdə olduğu kimi, Laçını da işğaldan azad etməklə beynəlxalq hüququ bərpa etdi”.

S.Salmanova bildirib ki, işğal dövründə laçınlılar heç vaxt doğma yurdlarına qayıtmaq ümidini itirmədilər:

“Onlar illərlə “bir gün mütləq qayıdacağıq” inamı ilə yaşadılar. Bu ümid Müzəffər Ali Baş Komandan, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun qazandığı tarixi Zəfər sayəsində reallığa çevrildi. 2020-ci ilin 44 günlük Vətən müharibəsindən sonra imzalanan üçtərəfli bəyanata uyğun olaraq, 1 dekabr 2020-ci ildə Laçın rayonu bir güllə atılmadan, bir damla qan tökülmədən işğaldan azad edildi. Bu hadisə Azərbaycanın həm hərbi, həm də siyasi-diplomatik müstəvidə parlaq qələbəsinin təzahürü oldu”.

Parlamentari qeyd edib ki, işğaldan azad olunmuş digər ərazilərimiz kimi, Laçına da həyat yenidən qayıdır, burada sürətli bərpa-quruculuq işləri aparılır:

“Artıq Laçın da daxil olmaqla işğaldan azad edilmiş ərazilərin bir çoxunda keçmiş məcburi köçkünlərin qayıdışı təmin olunur. İşğaldan azad edilmiş ərazilərimiz dünyanın ən gözəl yerlərindən birinə çevrilir. Bütün bunlar isə dövlətimizin gücünü və xalqımızın gələcəyə inamını nümayiş etdirir”.

"Cebheinfo.az"
 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 01 Dekabr 2025 14:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see502

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see299

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see290

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see289

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see280

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see264

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see264

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see259

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see246

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see242

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see235

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see230

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see230

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see230

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see227

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see226

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see223

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see215

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see214

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see212
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri