Icma.az
close
up
RU
Səbinə Salmanova: “Azərbaycan etibarlı tərəfdaş, verdiyi sözə sadiq dövlətdir”

Səbinə Salmanova: “Azərbaycan etibarlı tərəfdaş, verdiyi sözə sadiq dövlətdir”

Icma.az, Cebheinfo portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Azərbaycan Prezidenti İlham Əliyevin “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimində iştirakı ölkəmizin enerji siyasəti tarixində mühüm hadisə kimi yadda qalıb. 

Dövlətimizin başçısının mərasimdə səsləndirdiyi fikirlər Azərbaycanın davamlı inkişaf modelinə sadiqliyini, enerji təhlükəsizliyinin möhkəmləndirilməsini və “yaşıl enerji” strategiyasının ardıcıl şəkildə həyata keçirildiyini aydın şəkildə ortaya qoyub”.

"Cebheinfo.az" xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Səbinə Salmanova bildirib.Deputatın sözlərinə görə, son illər Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft sektorunun inkişafı dövlət siyasətinin əsas prioritetlərindən birinə çevrilib:

“Enerji sahəsində həyata keçirilən islahatlar da məhz bu strateji məqsədlərə xidmət edir. “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsi bərpaolunan enerji mənbələrinin ölkənin enerji balansındakı payının artırılmasına, ənənəvi enerji resurslarından asılılığın azaldılmasına mühüm töhfə verir.

Layihə eyni zamanda Azərbaycanın beynəlxalq iqlim təşəbbüslərinə qoşulmaqla qlobal ekoloji çağırışlara adekvat cavab vermək iradəsini nümayiş etdirir. Təmiz enerji istehsalı atmosferə atılan zərərli tullantıların azalmasına və ətraf mühitin mühafizəsinə real töhfə deməkdir.

S.Salmanova bildirib ki, Prezident İlham Əliyev “Xızı–Abşeron” Külək Elektrik Stansiyasının istismara verilməsini Azərbaycanın həyatında əlamətdar bir gün kimi qiymətləndirib:

“Bu mühüm addım ölkənin enerji təhlükəsizliyinin daha da möhkəmləndirilməsi, iqtisadiyyatın şaxələndirilməsi və bərpaolunan enerji mənbələrinin geniş tətbiqi istiqamətində həyata keçirilən ardıcıl siyasətin məntiqi nəticəsidir.

Yeni stansiyanın istifadəyə verilməsi təkcə enerji istehsalının həcminin artması anlamına gəlmir, eyni zamanda Azərbaycanın müasir çağırışlara uyğun, ekoloji cəhətdən məsuliyyətli inkişaf modelini seçdiyini nümayiş etdirir. Bu layihə ölkəmizin zəngin külək potensialından səmərəli istifadənin real nümunəsi olmaqla yanaşı, enerji balansında təmiz və dayanıqlı mənbələrin payının artırılmasına xidmət edir. 

Stansiyanın fəaliyyəti regionların sosial-iqtisadi inkişafına, innovativ texnologiyaların tətbiqinə və yeni imkanların yaranmasına da şərait yaradır.

Bu baxımdan “Xızı–Abşeron” Külək Elektrik Stansiyası Azərbaycanın gələcəyə hesablanmış enerji siyasətinin mühüm tərkib hissəsi və “yaşıl inkişaf” kursunda yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilir”.

Parlamentari onu da bildirib ki, Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas məqamlardan biri Azərbaycanda bərpaolunan enerji sahəsində həyata keçirilən layihələrin əsasən xarici investorların iştirakı ilə reallaşdırılmasıdır:

“Bu layihələr artıq genişmiqyaslı xarakter alıb və indiyədək bu sahəyə yüz milyonlarla dollar həcmində investisiya yönəldilib. Bu fakt Azərbaycanın “yaşıl enerji” sahəsində beynəlxalq maraq dairəsində olduğunu açıq şəkildə göstərir.

Azərbaycan dövləti xarici sərmayələrin qorunmasına daim xüsusi həssaslıqla yanaşıb və bu prinsip uzun illərdir ardıcıl şəkildə təmin olunur. Ölkəmizdə icra olunan çoxsaylı neft və enerji kontraktları onilliklər ərzində dəyişməz şəkildə həyata keçirilib. Qəbul edilmiş qərarlara və bağlanmış müqavilələrə sonradan heç bir müdaxilə olunmayıb – nə paraqraf, nə maddə, nə də bir söz dəyişdirilib.

Bu yanaşma gələcəkdə də dəyişməyəcək. Məhz bu sabitlik və hüquqi etibarlılıq xarici investorların Azərbaycana inamını formalaşdıran əsas amillərdəndir. Prezidentin çıxışında əks olunan bu yanaşma onu göstərir ki, Azərbaycan etibarlı tərəfdaş, verdiyi sözə sadiq dövlətdir. 

Burada öhdəliklər qanunla qorunur, razılaşmalar dəqiqliklə icra olunur. Sözün imza qədər dəyərli olması isə ölkəmizin beynəlxalq investisiya mühitində qazandığı yüksək nüfuzun əsas dayaqlarından biri kimi qiymətləndirilir”.

"Cebheinfo.az" 

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:129
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 10 Yanvar 2026 16:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri