Icma.az
close
up
RU
Səbinə Salmanova: Azərbaycan və Türkiyə münasibətləri bir millət, iki dövlət anlayışına söykənən münasibətdir

Səbinə Salmanova: Azərbaycan və Türkiyə münasibətləri bir millət, iki dövlət anlayışına söykənən münasibətdir

Cebheinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

Ötən gün Türkiyənin Kahramanmaraş şəhərində “Azərbaycan” məhəlləsinin təntənəli açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti cənab Rəcəb Tayyib Ərdoğanın iştirakı ölkələrimiz arasındakı sarsılmaz dostluğun, qardaşlığın və mənəvi birliyin növbəti bariz nümunəsidir.

"Cebheinfo.az" xəbər verir ki, bu sözləri Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyə arasındakı münasibətlər sadəcə diplomatik və strateji tərəfdaşlıqdan ibarət deyil – bu, bir millət, iki dövlət anlayışına söykənən sarsılmaz, dərin və mənəvi bağlara malik bir qardaşlıq münasibətidir: 

“Tarixin müxtəlif dövrlərində ölkələrimiz bir-birinin yanında olub, sevinci də, kədəri də birgə yaşayıb, çiyin-çiyinə irəliləyib. Türkiyə 44 günlük Vətən müharibəsi zamanı Azərbaycanın yanında olduğunu açıq və qəti şəkildə bəyan etmişdi. Bu, təkcə siyasi dəstək deyildi. Bu, mənəvi güc, xalqın ruhuna ruh qatan səmimi qardaşlıq çağırışı idi. Azərbaycan xalqı bu dəstəyi heç vaxt unutmayacaq. 

Eyni şəkildə, 2023-cü ilin fevralında Türkiyədə baş vermiş dağıdıcı zəlzələ zamanı Azərbaycan dərhal yardım əli uzatdı. Qardaş Türkiyənin yaralarını sarmaq üçün yüzlərlə xilasedici, tibbi personal, humanitar yardım və yenidənqurma dəstəyi göndərildi. Qardaş ölkə dağıdıcı zəlzələdən sonra yenidənqurma və bərpa mərhələsində Azərbaycan xalqının və dövlətinin böyük dəstəyini gördü. 

Məhz bu ağır günlərdə göstərilən həmrəylik və yardımlaşma iki ölkə arasında illərlə formalaşan qardaşlıq bağlarını daha da möhkəmləndirdi. “Azərbaycan” məhəlləsinin inşası və istifadəyə verilməsi bu həmrəyliyin davamı olaraq, Azərbaycan-Türkiyə münasibətlərində unudulmaz bir səhifə açdı”.

“Prezident İlham Əliyev açılış mərasimində çıxışı zamanı bildirdi ki, “Azərbaycan hər zaman Türkiyənin yanında olub, Türkiyə də hər zaman Azərbaycanın yanında olub və bu gün “Azərbaycan” məhəlləsinin açılışında əziz qardaşımla birlikdə iştirakım bir daha bizim birliyimizin, dostluğumuzun təzahürüdür”. 

Hesab edirəm ki, bu qardaşlıq münasibətləri zamanla deyil, əməllərlə sübut olunub. Prezident Rəcəb Tayyib Ərdoğan isə çıxışında Azərbaycan dövlətinə və xalqına dərin təşəkkürünü bildirərək, bu layihəni iki xalq arasındakı sarsılmaz birliyin simvolu kimi dəyərləndirdi”, - parlamentari əlavə edib.

S.Salmanova onu da qeyd edib ki, “Azərbaycan” məhəlləsi təkcə yaşayış yeri deyil, həm də dostluq və qardaşlığın nəsillərə ötürüləcəyi bir məkandır:

“Bu məhəllə gələcəkdə də Azərbaycan-Türkiyə münasibətlərinin necə möhkəm təməl üzərində qurulduğunu və hər iki xalqın sevincli və çətin günlərdə bir-birinin yanında olduğunu hər kəsə xatırladacaq. Hesab edirəm ki, iki liderin bu mərasimdə birgə iştirakı təkcə dövlət başçılarının qarşılıqlı hörmətinin deyil, həm də xalqlar arasında əbədi birliyin və ortaq taleyin göstəricisidir”.

"Cebheinfo.az" 

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 20 İyun 2025 12:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hər kəs Makronun xəyanətindən danışır...

21 Dekabr 2025 23:03see164

Əfsanəvi əqrəb qurtarışı təkrarlandı VİDEO

21 Dekabr 2025 23:53see163

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see162

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see160

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see151

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see149

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see147

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see140

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see138

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see138

Oxumağa gəlmişdilər, Donbasda həyatlarına son qoydular...

22 Dekabr 2025 01:19see133

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see132

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see130

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see130

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see129

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see128

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see126

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see126

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see126

Zelenski bir neçə regional rəhbəri vəzifədən azad etdiZelenski bir neçə regional rəhbəri vəzifədən azad etdi

22 Dekabr 2025 06:18see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri