Icma.az
close
up
RU
Səbinə Salmanova ictimaiyyət nümayəndələri ilə görüşüb FOTOLAR

Səbinə Salmanova ictimaiyyət nümayəndələri ilə görüşüb FOTOLAR

Sia Az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin deputatı Səbinə Salmanova Sumqayıt şəhərində növbəti dəfə ictimaiyyət nümayəndələri ilə görüşüb. SİA xəbər verir ki, ayrı-ayrılqda baş tutmuş görüşlərdə Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhəri üzrə nümayəndəliyinin üzvləri, Sumqayıt Ağsaqqallar Şurasının təmsilçiləri, şəhid ailələri, müharibə veteranları və qazilər iştirak ediblər.

Millət vəkili Səbinə Salmanova iştirakçılara Cənab Prezident İlham Əliyevin ABŞ-yə işgüzar səfəri çərçivəsində üçtərəfli Vaşinqton görüşü və həmin görüşün nəticəsi olaraq imzalanmış Birgə Bəyannamə haqqında ətraflı məlumat verib.
O, bildirib ki, avqustun 8-də ABŞ Prezidenti Donald Tramp, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında keçirilmiş görüş regionun gələcəyi üçün mühüm tarixi əhəmiyyət daşıyır:

“Vaşinqtonda qəbul olunmuş Birgə Bəyannamə təkcə sülh çağırışı deyil, həm də Cənubi Qafqazda formalaşmış yeni siyasi reallıqların beynəlxalq hüquqi sənədlə təsdiqidir. Bu sənədin əsasını Prezident İlham Əliyevin uzaqgörən liderliyi, prinsipial siyasi mövqeyi və milli maraqları hər zaman üstün tutan fəaliyyət xətti təşkil edir. Azərbaycan təkcə 44 günlük Vətən müharibəsində deyil, həm də diplomatik müstəvidə qalib gəlib. Prezident İlham Əliyev hərbi zəfəri siyasi və hüquqi üstünlüklə tamamlayaraq regionda davamlı sülhün əsasını qoyub”.

Deputat daha sonra bildirib ki, Birgə Bəyannamədə yer alan ən mühüm müddəalardan biri də Azərbaycanla Naxçıvan arasında quru yolu ilə nəqliyyat əlaqəsinin qurulması, Zəngəzur dəhlizinin açılmasıdır:

“Bu layihə Prezident İlham Əliyevin illər öncə verdiyi vədin real nəticəyə çevrilməsinin bariz nümunəsidir. Vaşinqton görüşündə qəbul edilmiş sənəd göstərdi ki, Zəngəzur dəhlizi artıq regional deyil, beynəlxalq əhəmiyyətə malik strateji layihə kimi tanınır. Bu dəhliz Azərbaycanla Naxçıvanı birləşdirməklə yanaşı, Türk dünyasını da birləşdirir və yeni iqtisadi imkanların yaranmasına təkan verir. Eyni zamanda “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu (TRIPP)” adlı nəqliyyat layihəsi də regionda iqtisadi inteqrasiyanı gücləndirəcək və Azərbaycanın tranzit potensialını daha da artıracaq”.

Birgə Bəyannamənin siyasi nəticələrinə toxunan deputat Səbinə Salmanova bildirib ki, ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmi şəkildə son qoyulması ən önəmli hadisədir:

“Artıq Azərbaycan və Ermənistan XİN rəhbərləri tərəfindən imzalanmış birgə müraciət əsasında bu formatın ləğvi prosesi başlanılıb. Minsk qrupu uzun illər ərzində problemin həllinə deyil, onun dondurulmasına xidmət edib. Prezident İlham Əliyev bu prosesi uğurla yekunlaşdıraraq tarixi ədaləti bərpa edib. Torpaqlarımızı öz gücümüzlə azad etdik və beləliklə, bu formatın da siyasi həyatı başa çatdı.

ABŞ səfərinin mühüm nəticələrindən biri də Prezident Donald Trampın “Azadlığı Müdafiə Aktı”na edilmiş 907-ci düzəlişin icrasını dayandıran sənədi imzalaması oldu. Bu, Azərbaycan üçün əhəmiyyətli diplomatik və siyasi qələbədir. 1992-ci ildən bəri ölkəmizə qarşı qərəzli yanaşmanın simvolu olan bu düzəlişin dayandırılması Prezident İlham Əliyevin ABŞ rəhbərliyi ilə qurduğu qarşılıqlı etimadın və siyasi dialoqun bariz nəticəsidir. Bu qərar Azərbaycan-ABŞ münasibətlərinin inkişafında yeni mərhələnin əsasını qoyacaq”.

Görüş tədbir iştirakçılarılarının çıxışları ilə davam edib.

Sumqayıt Ağsaqqallar Şurasının üzvləri, müharibə veteranları və şəhid ailələrinin nümayəndələri çıxışlarında Prezident İlham Əliyevin ABŞ səfəsinin nəticələrini yüksək dəyərləndiriblər.

Qeyd olunub ki, Azərbaycanın həm döyüş meydanında, həm də siyasi-diplomatik müstəvidə əldə etdiyi uğurlar xalqın birliyi və Prezidentə olan etimadı sayəsində mümkün olub.

Şəhid ailələrinin nümayəndələri xüsusi vurğulayıblar ki, övladlarının müqəddəs qanı yerdə qalmayıb. Onların canı bahasına azad edilən torpaqlarda bu gün dövlətimizin siyasi qələbəsi və sülh təşəbbüsləri davam edir. Bu uğurlar şəhidlərin ruhuna ən böyük ehtiramdır.

Qərbi Azərbaycan İcmasının Sumqayıt şəhəri üzrə nümayəndəliyinin üzvləri isə çıxışlarında Vaşinqton Bəyannaməsini gələcək nəsillər üçün siyasi təhlükəsizlik təminatı kimi qiymətləndiriblər. Onlar bu sənədin Qərbi Azərbaycanlıların doğma yurdlarına qayıdışı üçün hüquqi və siyasi zəmin yaratdığına, Prezident İlham Əliyevin rəhbərliyi ilə bu məqsədə tezliklə nail olunacağına əmin olduqlarını bildiriblər.

Görüş səmimi dialoq mühitində keçirilib və iştirakçılar tərəfindən müxtəlif məsələlərlə bağlı suallar və təkliflər səsləndirilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://sia.az
archiveBu xəbər 14 Avqust 2025 15:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see325

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see305

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see299

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see286

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see286

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see281

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see276

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see274

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see248

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see236

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see235

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see234

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see232

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see228

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see226

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see219

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see215

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see213

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see209

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see188
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri