Səbinə Xasayeva 28 May qəsəbəsində vətəndaşları qəbul edib
Newscenter.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
2024-cü il fevralın 5-də 11 saylı Binəqədi-Qaradağ seçki dairəsi üzrə Milli Məclisin deputatı Səbinə Xasayeva Binəqədi rayonundakı 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin binasında seçiciləri ilə növbəti görüşünü keçirib.
Deputat görüşdə seçicilərin müraciətlərini dinləyib, onlara lazımi tövsiyələr verilib və onları maraqlandıran sualları cavablandırıb. Müvafiq qurumlara təqdim edilmək məqsədilə vətəndaşların müraciətləri Milli Məclisin deputatı tərəfindən nəzarətə götürülüb.
Seçicilər onlara göstərilən diqqətə, səmimi qəbula görə minnətdarlıqlarını ifadə edib, onları narahat edən məsələlərin tezliklə həllini tapacağına əminliklərini bildiriblər.
Qəbulda Binəqədi rayon icra hakimiyyəti başçisinin 28 May qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsini müvəqqəti icra edən Əsəd Məmmədov iştirak edib.
Süleyman
Baxış sayı:84
Bu xəbər 05 Fevral 2025 17:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















