Icma.az
close
up
RU
Şəbnamə dən Molla Nəsrəddin ə uzanan yol

Şəbnamə dən Molla Nəsrəddin ə uzanan yol

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Pərvanə MƏMMƏDLİ
Filologiya elmləri doktoru

"Molla Nəsrəddin" jurnalının Azərbaycan mətbuatı tarixində ilk satirik mətbu orqan olduğu elm aləminə çoxdan bəllidir. Amma  "Molla Nəsrəddin" nə qədər ana dilində ona bənzər bir mətbu nümunə də olub. Güney Azərbaycanın mətbuat tarixini araşdırarkən çox nadir və maraqlı  tarxi mənbələrlə qarşılaşdım. Məlum oldu ki, XIX əsrin 90-cı illərində, iki yerə bölünmüş Azərbaycanın o biri hissəsində - Güney Azərbaycanda, Təbriz şəhərində 1892-ci ildən başlayaraq "Şəbnamə" adlı kiçik formatlı mətbu nümunə görünməyə başlayıb. Onun səhifələrində xalqı narahat edən sosial problemlərə toxunulur, mövcud quruluşdakı çatışmazlıqları tənqid edən kəskin yazılar hazırlanırdı.

Gizli çap olunan "Şəbnamə" adətən gecələr qapı və divarlara yapışdırılırdı. Səhər açılanda artıq əhalinin gur olduğu bazar, məktəb və mədrəsələrdə yayılır, əldən-ələ gəzirdi. Gecələr yayımlandığı üçün də adı "gecə vərəqləri" mənasını daşıyırdı.

O dövrdə dövlət qəzetlərinin çox zaman maraqsız və cansıxıcı olduğundan çətinliklə satılır, əhalinin müəyyən bir qisminə məcburi abunə formasında paylanırdı. Belə "darıxdırıcı" ruznamələr (farsca "qəzetlər" anlamındadır) xalq arasında "zornamələr" adını qazanmışdı. Belə qəzetlərdən birini vaxtilə M.F.Axundov "İran" qəzetinin münşisinə..." məqaləsində kəskin tənqid etmişdi.

Lakin pulsuz yayılan, içərisi baməzə, duzlu yazılarla və gülməli şəkillərlə dolu olan iri vərəqələri sadə xalq böyük həvəslə oxuyurdu. Savadlıların barmaqla sayıldığı o dövrdə bu qəzetə maraq o qədər çox idi ki, bəzən məhəllə-məhəllə gəzib, onu oxutdurmaq üçün yazı-pozu bilən adam soraqlayırdılar.

Haqqında söhbət açdığımız qəzetin naşiri və redaktoru istedadlı publisist Əliqulu Səfərov idi. Tanınmış güneyli araşdırıcı Səməd Sərdar Niyanın yazdığına görə, Ə.Səfərov cavan yaşlarında atasının yanında Rusiya və Türkiyədə ticarətxanaların idarəsi ilə məşğul olurdu. Səfərov soyadını da, görünür, Rusiyada olduğu dövrlərdən işlətməyə başlamışdı. Bu ölkələrdə İran hökuməti tərəfindən sürgün edilmiş siyasi mühacirləri və yerli mütərəqqi fikirli ziyalılar ilə sıx təmasda olurdu. Sonralar xalqa xidmət etməkdən ötrü ticarəti tərk edib vətənə dönür.

Maarifçilik hərəkatının önündə gedən ziyalılar həmin illərin 80-ci illərindən etibarən ölkəyə fayda gətirmək və xalqa əməli xidmət etmək niyyətilə yeni məktəblər, kitabxanalar açır, elmi-bədii kitabların yazılması, tərcüməsi və çapı ilə məşğul olur, yeni qəzet və jurnallar təsis edirdilər. Dövrün ən qabaqcıl zümrəsini təşkil edən bu ziyalılar çox zaman gizli cəmiyyətlər, siyasi qruplar daxilində birləşərək, mövcud quruluşa qarşı mücadilə aparırdılar.

Belə ziyalılardan biri də Əliqulu xan Səfərov idi. O, ölkəsini konstitusiya ilə idarə olunan, hər sahədə inkişaf etmiş, xarici istismarçılardan asılı olmayan azad bir dövlət kimi görmək istəyirdi.

Ə.Səfərov qəzeti xalqı oyatmağın ən təsirli vasitələrindən biri hesab edirdi. Əvvəlcə o öz həmfikirləri ilə bərabər gizli bir mərkəz yaradır. "Gizli əncümən" adlanan bu mərkəzdə Əliqulu Səfərovla yanaşı, dövrün görkəmli vətənpərvər ziyalıları M.Tərbiyət, S.M.Şəbustəri, H.Ədalət iştirak edirdilər. 1892-ci ildə Ə.Səfərov Təbrizdə qeyri-leqal olaraq "Şəbnamə" adlı, kiçik ölçülü satirik dərgi-vərəqə buraxmağa nail olur. Tarixçi Ə.Kəsrəvinin yazdığına görə, Ə.Səfərov "Gizli əncümən"in üzvü olmaqla bərabər, Məhəmmədəli Mirzənin gizli polis rəisi idi. Məhəmmədəli Mirzəyə gələn raportlar, məktublar Əliqulu xanın əlindən keçirdi. O bu vəzifəsindən istifadə edərək əlbir və həmfikir olduğu yoldaşlarını polisdən qoruyur, həm də ölkədə baş verən cinayətləri, mənfi halları açıb "Şəbnamə"də yayır, geniş kütlələri xəbərdar edirdi.

O dövrdə "Şəbnamə" adı altında  gizli çap olunan nəşr nümunələrinə çox rast gəlmək olardı. Məşrutə inqilabı ərəfəsində gizli halda yayılan qəzet, vərəqə və bəyannamələrə "Şəbnamə" deyilirdi.

İngilis şərqşünası Edvard Braun 1914-cü ildə Londonda çap etdirdiyi "Müasir İranın ədəbiyyat və mətbuat tarixi" kitabında "Şəbnamə"nin 1892-ci ildə Təbrizdə meydana gəldiyini, müntəzəm deyil, müvafiq vaxtlarda çap olunduğunu, redaktorunun və oradakı bir çox məqalələrin müəllifinin Əliqulu xan Səfərov olduğunu və çox zaman Ağaqulu imzasından istifadə etdiyini, gizli çap olunub yayımlandığını, yeni ideyalarla zəngin, çox düşündürücü və satirik olub səhifələrinin əksəriyyətinin karikaturalarla bəzədildiyini qeyd edir, onu çox yüksək qiymətləndirir. Ən başlıcası isə E.Braun nüsxəsi günümüzə qədər gəlib çıxmayan bu qəzetin saylarından birini 1906-cı ildə gördüyünü yazır, oxucuları "Şəbnamə"nin satirik üslubu ilə tanış etmək üçün qəzetdəki yazıları örnək gətirir.

E.Braun "Şəbnamə"nin həmin sayındakı yazıların türkcə (Azərbaycan türkcəsi) yazıldığını, səhifənin tən yarısının şəkillərlə bəzədildiyini qeyd edir. Lakin qəzetin nəşri tarixinin və məkanını göstərilmədiyini həmçinin redaktor və müəllifləri haqda heç bir məlumat verilmədiyini bildirir.

Əliqulu Səfərovun jurnalistlik fəaliyyəti tək "Şəbnamə" ilə bitmir. "Şəbnamə" primitiv "jelatin üsulu" ilə hazırlandığından onu texniki cəhətdən böyük tirajla yaymaq mümkün deyildi. Ona görə də Ə.Səfərov məsləkdaşları da daxil olmaqla litoqrafiya üsulu ilə müasir mətbuat orqanlarına yaxın olan qəzet nəşr etmək fikrinə düşür. 1898-ci ildə demokratik yolu, yeni məzmunu ilə seçilən "Ehtiyac" və "İqbal" qəzetlərini, 1906-cı ildə isə satirik "Azərbaycan" jurnalını nəşr edir. O, həmçinin Mirzə Cəlilin "Molla Nəsrəddin" jurnalı ilə əməkdaşlıq quraraq jurnalın səhifələrində satirik felyetonlarla çıxış etmişdi.

Öncə qeyd edildiyi kimi, Ə.Səfərov bir müddət Rusiya və Qafqazda yaşayıb fəaliyyət göstərmişdi. Qafqazın mütərəqqi ziyalları ilə yaxından əlaqə saxladığı üçün, çox ehtimal ki, onun Cəlil Məmmədquluzadə ilə tanışlığı və dostluğu olub. "Molla Nəsrəddin" jurnalının ilk nömrələrində çıxış etməsi ("Xortdan" imzası ilə) bir neçə mənbə tərəfindən təsdiq olunub. Belə güman etmək olar ki, C.Məmmədquluzadə Ə.Səfərovun özü və yaradıcılığı ilə "Molla Nəsrəddin"in nəşrindən öncə tanış imiş.

Fikrimizi əsaslandırmaq üçün yenə də mənbələrə müraciət edirik. Məhəmməd Tağı Sidqinin şəxsi arxivində onun 1903-cü ildə Qurbanəli Şərifzadəyə yazdığı məktubunda, az da olsa, "Şəbnamə"  qəzeti haqda məlumata rast gəlirik. M.T.Sidqi dostu T.Şərifzadəyə qəzet haqqında qısaca məlumat verdikdən sonra ona yüksək dəyər verib yazır ki, başqa dövlətlərin paytaxt qəzeti məqamında olan "Şəbnamə"nin mənfəəti, istər millət, istər məmləkət, istərsə də dövlət üçün qəzetdən artıqdır".

Ən nəhayət, mətbuat tariximizin görkəmli araşdırıcılarından olan Əziz Mirəhmədov əsərlərindən birində (Azərbaycan "Molla Nəsrəddin". B. 1980) gələcək "Molla Nəsrəddin" redaktorunun satirik yaradıcılığı ilə XIX əsrin son dövründə Təbrizdə gizli buraxılan satirik "Şəbnamə" arasında müəyyən yaxınlıq olduğunu güman etdiyini yazır. O, "Şəbnamə" ilə bərabər, İstanbulda Azərbaycanın görkəmli yazıçısı M.Ə.Talıbov tərəfindən nəşr edilən "Şahsevən" qəzetinin də adını çəkir. Lakin bu, başqa bir mövzu olduğuna görə biz ona toxunmuruq. Mətbuat tariximızlə bağlı sanballı əsərlərin müəllifi, M.Cəlil irsinin ardıcıl tədqiqatçısı Ə.Mirəhmədov bu fikrində yanıla bilməzdi.

Yuxarıda yazılanlardan bu qənaətə gəlmək olar ki, "Molla Nəsrəddin" jurnalı çap olunmamışdan hələ 14 il öncə 1892-ci ildə Təbrizdə Azərbaycan dilində "Şəbnamə" adlı kiçik formatlı satirik mətbu orqanı nəşr edilmişdi. Gələcək "Molla Nəsrəddin" jurnalının redaktoruna "Şəbnamə" bir qaynaq kimi müəyyən təsir göstərmişdi. Sadə ana dilində yazılan gülməli şəkillərlə bəzədilən, xalq tərəfindən böyük rəğbətlə qarşılanan bu kiçik formatlı məxfi qəzet Mirzə Cəlildə xalqa hər cəhətdən yaxın olan bir jurnal çıxarmaq ideyasını doğurmuş, "Molla Nəsrəddin" kimi möhtəşəm bir satirik mətbu orqanının  meydana çıxmasına səbəb olmuşdu.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:130
embedMənbə:https://525.az
archiveBu xəbər 20 İyun 2025 19:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şahin Mustafayev Tehranda iddiaları təkzib etdi

01 Oktyabr 2026 09:18see264

Gevondyan: Azərbaycanla münaqişənin həllindən sonra Rusiya əsas təsir rıçağını itirib

01 Oktyabr 2026 09:49see176

Gecələri zəhərə çevirən xorultuya son Yeni cihaz hazırlandı

01 Oktyabr 2026 08:47see174

Tramp: ABŞ “İraqı şərəf və ləyaqətlə” tərk etdi

01 Oktyabr 2026 10:34see170

Ukrayna F 16 sız qala bilər Xəbərdarlıq

01 Oktyabr 2026 09:00see168

Pul yığıram, bəs sonra? İnvestisiyaya başlamaq istəyənlər üçün ilk addımlar

01 Oktyabr 2026 10:36see167

ML: 3 cü tur başlayır

01 Oktyabr 2026 10:36see166

Saməddin Əsədov: Etimad quruculuğu nəqliyyat dəhlizləri boyunca da bərqərar olmalıdır

01 Oktyabr 2026 11:08see166

İlham Əliyev: Etibarlı məlumat informasiya mühitinin keyfiyyət göstəricisinə çevrilməlidir

01 Oktyabr 2026 10:31see166

Təyyarədə həyəcanlı anlar: Sərnişin stüardessanı dişlədi

01 Oktyabr 2026 12:26see165

Azərbaycanla Türkiyə arasında 500 milyon dollarlıq sazişlər imzalanıb 14 təyyarə, radar və müdafiə sistemləri alınır

01 Oktyabr 2026 08:35see164

Ronaldo dönəmi başa çatır

01 Oktyabr 2026 08:43see164

Kriştianu Ronaldu Portuqaliya millisində çıxışını davam etdirməyi planlaşdırmır

01 Oktyabr 2026 10:29see163

“Kəpəz”də stadion qalmaqalı: 12 min manat deyildi, 5 min manat ödənilirdi?

01 Oktyabr 2026 10:03see162

Suriyada mikroavtobusa silahlı hücum: 7 ölü, 4 yaralı

01 Oktyabr 2026 10:31see162

Milli Məclisin Anım Günü ilə bağlı BƏYANATI TAM MƏTN FOTO

01 Oktyabr 2026 09:12see161

Ronaldunun bacısından sərt mesaj: “CR7, sən daha çoxuna layiq idin!”

01 Oktyabr 2026 09:19see161

Azərbaycanda yeni agentlik fəaliyyətə başladı

01 Oktyabr 2026 10:04see159

Bu gündən əsgərlərin ehtiyata buraxılmasına başlanılıb

01 Oktyabr 2026 09:01see157

Millətlər Liqası: Yığmammız növbəti sınağına çıxır

01 Oktyabr 2026 08:42see153
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri