Şəbnəmdən aparıcılara irad: Sifarişli şəkildə Vəfanı mənim adımla reklam edirsiniz Azərbaycanda özəl xəbərlər, araşdırmalar, təhlillər və müsahibələrin tək ünvanı
Azxeber.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Müğənni Şəbnəm Tovuzlu növbəti dəfə aparıcılara xəbərdarlıq edib.
AZXEBER.COM xəbər verir ki, "Rəngarəng" verilişinə səs yazısı yollayan müğənni qadağasını açıqlayıb.
Şəbnəm ad çəkmədən ətrafında olan dost bildiyi insnların gizli şəkildə Vəfanı reklam etdiyini iddia edib:
"Mən bütün aparıcı dostlarıma demişəm, illərlə hər birinizlə dostluq edirik. Mən istəmirəm ki, mənim adımı o qadınla (red. Vəfa Şərifova) ilə birlikdə çəkəsiniz. İllərdir adımı onla hallandırdınız, əl altından onun reklamını apardınız. Mənə yarı düşmən, yarı dost olanlar mənim üzərimdən onu qaldırdılar. Artıq bəsdir! İnsanlar da bezib. Mənim böyüklərim bu gün səhər mənə zəng edirlər ki, Zaur Nəbioğlu sənin dostundur. Amma hər şey sakitləşəndən sonra bu gün efirdə yenə sənin adını çəkir onunla bərabər. Bu reklam olunmaq yolu sifarişlidirsə son dəfə deyiəm ki, bunu mənim üzərimdən etməyin. Mənim adımı o qadının adı ilə birlikdə çəkməyin! Ona sərf edir, çünki bu reklam ona lazımdır. Amma mən bunu istəmirəm, artıq bezmişəm. Bundan sonra belədir!"
Aysel
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 18 Dekabr 2024 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















