Icma.az
close
up
RU
“Sizin ağanız mənəm” Həbs edilən başçı

“Sizin ağanız mənəm” Həbs edilən başçı

Icma.az, Metbuat portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Dövlət Təhlükəsizlik Xidmətinin Balakənin sabiq icra başçısı İslam Rzayevin həbsi ilə bağlı görüntüləri yaymasından sonra onun personası yenidən müzakirə mövzusuna çevrilib. Dünəndən bəri mediada Rzayevin əməllərinə dair yeni faktlar tirajlanır.

Metbuat.az bu mövzuda maraqlı məlumat əldə edib. Balakən sakinlərindən biri saytımıza açıqlamasında deyib ki, 14 il icra başçısı vəzifəsində çalışan İslam Rzayev özünü dövlət qulluqçusu deyil, rayonun ağası kimi aparırmış. Tabeliyində çalışan şəxslərlə kobud rəftar onun xarakteri üçün vazkeçilməz xüsusiyyət olub.

Məlumatlara görə, İslam Rzayev təkcə icra hakimiyyətinin əməkdaşlarına deyil, hətta ona tabe olmayan vəzifəli şəxslərə də qanunsuz göstərişlər verirmiş. O, regional təhsil idarəsinin müdiri, baş həkim, maliyyə idarəsinin rəisi, sosial təminat şöbəsinin sədri və digər vəzifəli şəxsləri həmişə təzyiq altında saxlayıb. Balakəndə müxtəlif dövlət qurumlarına rəhbərlik edən məmurları tez-tez kabinetinə çağırıb məzəmmət etmək Rzayevin sevimli məşğuliyyətlərindən biri olub. Balakənlilər onun dilindən "Bakıdakıları yaddan çıxarın, sizin ağanız mənəm" sözlərini tez-tez eşidirmiş. Onun razılığı olmadan rayonun heç bir xəstəxanasına baş həkim, heç bir məktəbə direktor təyin edilmirmiş. Hətta seçkili qurum olan bələdiyyələr də icra başçısının öz “üsulları” ilə formalaşırmış.

Balakəndə idarə və təşkilat rəhbəri olan bəzi məmurların bu münasibətdən narazı qaldığı üçün Rzayevdən tez-tez mərkəzə şikayət etdiyi bildirilir.

İslam Rzayev son iki ildə haqqında ən çox şikayət edilən icra başçılarından biri olub.

Nazim Hüseynzadə / Metbuat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:121
embedMənbə:https://metbuat.az
archiveBu xəbər 16 Dekabr 2025 12:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri