Icma.az
close
up
RU
“Səbrin də bir həddi var. Nə qədər olar?!” Mürvət Həsənli hiddətləndi

“Səbrin də bir həddi var. Nə qədər olar?!” Mürvət Həsənli hiddətləndi

Icma.az, Yenisabah saytına istinadən bildirir.

“And olsun Allaha, sahibkar artıq öz işi ilə məşğul ola bilmir. Həftənin ən azı dörd gününü ayrı-ayrı dövlət qurumlarının yaratdığı əsassız problemləri həll etməyə sərf edir. Sahibkar istehsalı artırmağı, yeni iş yerləri yaratmağı, investisiya qoymağı düşünməli olduğu halda, vaxtını və enerjisini süni maneələrin aradan qaldırılmasına sərf edir”.

“Yeni Sabah” xəbər verir ki, bu barədə “Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası” İctimai Birliyinin sədri Mürvət Həsənli öz “Facebook” səhifəsində yazıb. O bildirib ki, sahibkar sadəcə qanunun işləməsini, ədalətli münasibəti və fəaliyyətinə əsassız müdaxilə edilməməsini istəyir:

“Cənab Prezident dəfələrlə açıq şəkildə bildirib ki, sahibkarı, fermeri incitmək olmaz, onların fəaliyyətinə maneələr yaradılmamalıdır. Bəs bu tapşırıqları kim eşitməli və kim icra etməlidir? Əgər hər hansı dövlət qurumu qanunsuz və əsassız şəkildə fermeri incidirsə, sahibkarın normal fəaliyyətinə mane olursa, bu, artıq yalnız bir vətəndaşa və ya sahibkara qarşı haqsızlıq deyil. Bu, ölkədə həyata keçirilən sahibkarlığın inkişafı siyasətinə və dövlət başçısının müəyyən etdiyi xəttə zidd yanaşmadır. Marqarita pizza

Sahibkar dövlətdən imtiyaz istəmir. Sahibkar sadəcə qanunun işləməsini, ədalətli münasibəti və fəaliyyətinə əsassız müdaxilə edilməməsini istəyir. Ən vacib məsələlərdən biri də budur: bu gün sahibkara yaradılan hər bir əsassız problem sabah onun maliyyə vəziyyətinə birbaşa təsir edir. Sahibkarı heç bir əsas olmadan zərərə salmaq onun istehsal imkanlarını zəiflədir, iş yerlərini risk altına qoyur və nəticədə vergi öhdəliklərini vaxtında və tam şəkildə yerinə yetirməsində ciddi problemlər yarada bilər.

Unutmaq olmaz ki, sahibkarın zərəri yalnız sahibkarın şəxsi problemi deyil. İstehsal azalırsa, məşğulluq azalır; müəssisənin gəliri azalırsa, büdcəyə ödənilən vergilər də risk altına düşür. Yəni sahibkara yaradılan süni maneənin nəticəsi sonda iqtisadiyyata və dövlət büdcəsinə də təsir edir.

Ona görə də sahibkarın vaxtını bürokratiyaya və süni problemlərin həllinə deyil, istehsala, inkişafa, yeni iş yerlərinin yaradılmasına və ölkə iqtisadiyyatına töhfə verməyə sərf etməsinə imkan verilməlidir. Sahibkara problem yaratmaq yox, işləməsinə şərait yaratmaq lazımdır”.

Nazim Hacıyev


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:78
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 15 Sentyabr 2026 10:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see405

Bakı Ekspo Mərkəzdə Musa Yaqubun “İpəkyolu” nəşriyyatı tərəfindən çap olunmuş “Gül bağçası” kitabı təqdim olundu

23 Oktyabr 2026 22:09see323

Körpələrdə yüksək hərarət fonunda qıcolmalar

24 Oktyabr 2026 01:51see243

Tramp saxta addan isitfadəyə görə konqresmeni istefaya çağırdı

23 Oktyabr 2026 23:46see235

Dövlət Bağçalı İlham Əliyevə təşəkkür ETDİ

23 Oktyabr 2026 22:34see225

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see216

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see216

Ronaldo tarixə düşdü

24 Oktyabr 2026 04:57see214

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see210

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see204

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see201

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see198

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see196

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see193

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see192

Gəzdikcə doymadığın, ayrıldıqca darıxdığın şəhər REPORTAJ

24 Oktyabr 2026 13:48see183

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see183

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see178

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see178

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri