Səbuhi Qurbanov bu kollecə direktor təyin edildi
Milli.az saytına istinadən Icma.az xəbər verir.
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni təyinat olub.
Milli.Az xəbər verir ki, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Səbuhi Qurbanova Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktoru vəzifəsinin icrası həvalə olunub.
Qeyd edək ki, Səbuhi Qurbanov ötən il Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir.
O, bakalavriat təhsilini Bakı Dövlət Universitetində "Riyaziyyat", magistratura təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində "Biznesin təşkili və idarə edilməsi" ixtisasları üzrə alıb. Əmək fəaliyyətinə Şəki şəhər 11 nömrəli orta məktəbdə riyaziyyat müəllimi kimi başlayan S.Qurbanov sonradan həmin məktəbdə direktor müavini, Şəki şəhər 20 nömrəli orta məktəbdə direktor, həmçinin Şəki-Zaqatala Regional Təhsil İdarəsində baş məsləhətçi vəzifələrində çalışıb.
2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:246
Bu xəbər 11 Fevral 2026 10:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















