Icma.az
close
up
RU
Seçenov Universitetində Azərbaycan ilə Rusiya arasında tibb sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Seçenov Universitetində Azərbaycan ilə Rusiya arasında tibb sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

Icma.az, Azertag portalına istinadən məlumat yayır.

Moskva, 13 may, AZƏRTAC

İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetində (MDTU) Azərbaycanın Rusiyadakı səfiri Rəhman Mustafayevlə universitetin rəhbərliyi, o cümlədən universitetdə təhsil alan azərbaycanlı tələbələrlə görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşdə tibb təhsili və elm sahəsində əməkdaşlığın cari məsələləri, eləcə də Seçenov Universitetinin Bakı filialının 10 illik fəaliyyətinin yekunları müzakirə olunub.

Moskva Dövlət Tibb Universitetinin rektoru Pyotr Qlıboçko qeyd edib ki, hazırda Bakı filialında 697, Moskvada isə daha 179 tələbə təhsil alır. O, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin məzunu və fəxri professoru olduğunu xüsusi vurğulayıb. Məhz onun təşəbbüsü ilə universitetin Bakı filialı açılıb.

“Mehriban Əliyevanın universitetə gəlişindən və rəhbərliklə görüşündən sonra, eləcə də Azərbaycan Prezidentinin dəstəyi ilə qısa müddətdə filialın açılışı prosesinə start verildi. Bu layihənin əsasını təşkil edən yardım və dəstəyə görə Prezident İlham Əliyevə və Mehriban xanım Əliyevaya səmimi minnətdarlığımızı bildiririk”, - deyən rektor iyul ayında Bakı filialının 10 illik yubileyini təntənəli şəkildə qeyd edəcəyini əlavə edib.

Pyotr Qlıboçko həmçinin məlumat verib ki, Bakı filialının bazasında müasir simulyasiya mərkəzi yaradılıb və burada təkcə filialın tələbələri deyil, həm də Azərbaycan Tibb Universitetinin tələbələri təcrübə keçiblər. Bundan əlavə, hazırda elmi klasterin yaradılması layihəsi müzakirə olunur ki, bu da birgə tədqiqat işi üçün yeni imkanlar açacaq.

Səfir Rəhman Mustafayev bildirib ki, Azərbaycanda MDTU və onun Bakı filialının Azərbaycan üçün yüksək ixtisaslı tibbi kadrlarının hazırlanmasında rolu yüksək qiymətləndirilir. O, universiteti bitirmiş və Moskvada çalışan azərbaycanlı həkimlərin Rusiyada Azərbaycan icmasının ən fəal kontingenti olduğunu və Azərbaycan ilə Rusiya arasında dostluq və əməkdaşlığın möhkəmlənməsində mühüm rol oynadığını xüsusi vurğulayıb.

Səfir R.Mustafayevin Moskva Dövlət Tibb Universitetinə səfəri çərçivəsində Seçenov Universitetində təhsil alan azərbaycanlı tələbələrlə görüşü olub.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:128
embedMənbə:https://azertag.az
archiveBu xəbər 13 May 2025 19:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see224

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see195

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see178

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see173

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see170

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see147

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see146

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see144

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see144

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see144

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see140

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see138

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see137

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see132

Mehdiyev işi nə görə o da ifadəyə çağırıldı

12 Yanvar 2026 19:46see127

Naxçıvanın sosial iqtisadi inkişafı haqda hesabat tədbiri keçirildi Fotolar

12 Yanvar 2026 20:51see127

“Liverpul” İngiltərə Kuboku matçında “Barnsli”ni darmadağın edib VİDEO

13 Yanvar 2026 01:56see124

“Real”ın baş məşqçisi Xabi Alonsonun müqaviləsinə xitam verilib

12 Yanvar 2026 21:43see123

La Liqa: “Sevilya” “Selta”ya məğlub olub

13 Yanvar 2026 02:11see123

Qida Təhlükəsizliyi Agentliyi sahibkarları narazı salıb: “Balaca bir obyektimiz var, nə istəyirlər bizdən?”

13 Yanvar 2026 13:48see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri