Icma.az
close
up
RU
“Seçicilərin etimadını doğrultmaq hər bir deputatın borcudur” Bəs borcunuzu niyə ödəmirsiniz, Ülvi müəllim? Yeni Gündəm

“Seçicilərin etimadını doğrultmaq hər bir deputatın borcudur” Bəs borcunuzu niyə ödəmirsiniz, Ülvi müəllim? Yeni Gündəm

Yenigundem saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Seçicilərin etimadını doğrultmaq hər bir deputatın borcudur. Mən də bunu özümə borc hesab edirəm. Dediklərimi əməlimlə göstərmişəm.

Verdiyim sözə sadiq qalmışam. Bizim prinsipimiz az danışıb çox iş görməkdir. Bu günə qədər hər zaman qapımız bütün seçicilərin üzünə açıq olub.”

DogruXeber.az” xəbər verir ki, parlament seçkiləri öncəsi canfəşanlıq zamanı bu sözləri idmançı deputat Ülvi Quliyev müsahibəsində deyib.

2005-ci ildən bəri Milli Məclisdə oturan, fəaliyyətsizliyi ilə Nəsimi və Yasamal sakinlərini özündən narazı salan, seçkiqabağı pafoslu cümlələri ilə sanki ilk dəfə namizədliyini irəli sürmüş kimi özünü cəmiyyətə fərqli sırımağa çalışan biznesmen deputat Ülvi Quliyev, yerli medianın məlumatına görə, deputat ola bilməmə ehtimalını da düşünərək, paytaxt rayonlarından birinə icra başçısı gedə bilmək üçün əlaqələr qururmuş.

İşini ehtiyatlı tutmaq, bütün ehtimalları nəzərə alıb ona hazır olmaq əsl biznesmenlərə xas xüsusiyyətdir.

Yeri gəlmişkən, idmançı deputatın oğlu Orxan Quliyev 18 yaşından Londonda ailə üzvlərinin adalarının baş hərflərindən ibarət olan “GUANO LTD” şirkətini təsis edib. Həmçinin Türkiyədə eyni adlı “GUANO DANIŞMANLIK TİCARET LİMİTED Şirkəti”nin, “LOĞMAN -3” KİÇİK MÜƏSSİSƏSİ-nin, “DİLER İNŞAAT” MƏHDUD MƏSULİYYƏTLİ Cəmiyyəti-nin, Sankt-Peterburqda “Xoçu kebab” və “Xoçu şaşlık” restoranlar şəbəkəsinin, “NEO GROUP Ltd” ticarət şirkətinin, İngiltərədə “MARKETING SOLE PROJECT LTD” şirkətinin və daha bir neçə bizneslərin də Orxan Quliyevin olduğu deyilir.

18 yaşından iş həyatına atılmaq və birbaşa bu qədər nailiyyətlər əldə etmək Azərbaycan məmurlarının övladları üçün artıq normal sayılır. Xatırlayırsınızsa, Fövqəladə Hallar Nazirliyi yanında Tikintidə Təhlükəsizliyə Nəzarət Agentliyinin rəisi Cəbrayıl Xanlarovun oğlunun da 15 yaşından və eləcə də Ziya Məmmədovun oğlunun bir neçə şirkət rəhbəri olduqları barəsində də məhz araşdırmaçı jurnalist Cavanşir Həsənli rəsmi faktlarla birlikdə məlumatlar yayımlamışdı. Bütün bunlar isə ölkənin pullarının dövlətin məmurları tərəfindən xaricə axıdılması deməkdir. Eyni zamanda, Ülvi Quliyevin “az danışıb, çox iş gördüyü”nün sübutudur.

Milli Məclisdə illərdir” ağzına su alıb oturan”, təmsil etməli olduğu rayonun sakinlərinin problemlərini dilinə gətirməsə də, özünə ölkədə və ölkə xaricində “topdağıtmaz” səltənətlər qurub-yaradacaq qədər çox çalışıb.

Növbə vəzifə səlahiyyətlərinə – yəni vətəndaş problemlərinə gəlincə Ülvi müəllim dərhal keçir Ağsaqqal moduna və problemləri aidiyyatı qurumlar qarşısında məsələ qaldırıb, tələb etmək yerinə, vətəndaşlara məsləhət verir ki, “bu bizim işimiz deyil, ona filan qurum baxır”.

Məsələn, təqribən bir ay əvvəl Yasamal rayonunda Yeni Yasamal 2, Dairəvi yol, birinci döngə küçəsinin bir qrup sakinləri redaksiyamıza müraciət edərək, sözügedən küçənin – “Alimlərin binasına gedən yol” adlandırılan yolun təmirsiz olduğundan, yağışda palçıqdan, günəşli havada isə hər maşın keçəndə toz-duman içində olduğundan gileyləndilər.

Biz də öz növbəmizdə Yasamal sakinlərininin bu problemini aidiyyatı qurumlar qarşısında tələb etməli olan deputat Ülvi Quliyevin köməkçisi ilə telefon əlaqəsi saxlayıb məsələni diqqətinə çatdırdıq. O, xahiş etdi ki, məsələni rəsmi şəkildə Milli Məclisə göndərək.

Onu da etdik. Lakin, bir neçə gün sonra köməkçi müraciəti rəsmi istədiyinə baxmayaraq, özü telefonla bizimlə əlaqə saxlayıb, həmin yolun “Gəncə alım” MTK və “188” MTK-ya gedən yol olduğuna görə onların təmir etməli olduğunu dedi.

Təbii ki, bu “cavab” bizi qane etmədi. Sanki biz deputatdan bu işi kimin etməli olduğunu soruşmuşduq.

Deyir, “biz işimizi gördük. Bizim işimiz yazıb göndərmək idi, etdik”.

Hörmətli Ülvi müəllim, yazıb göndərmək üçün deputat olmağa ehtiyac yoxdur. Yerli sakinlər özləri bizə yazıb göndəribsə, demək ki, bunu özləri də bacarır. Elə biz özümüz də yazıb hətta möhürlə, blankla aidiyyatı qurumlara göndəririk.

Qaldı ki, qurumların reaksiyasına, o da ayrı bir dərd. Əgər filan qurumlar öz işlərini icra edəcək olsaydılar, inanın ki, bu xalqın sizlərə ehtiyacı olmazdı, Ülvi müəllim. Necə deyərlər, siz necə, digər məmurlar – qurum rəhbərləri də elə. Səlahiyyətlərindən başqa hər işi görürlər.

Qeyd edək ki, qarşıdakı günlərdə məsələ ilə bağlı sözügedən ərazidə yerli sakinlərin də iştirakı ilə hazırlayacağımız videoreportajı təqdim edəcəyik.

Mövzunu davam etdirəcəyik.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:140
embedMənbə:https://yenigundem.az
archiveBu xəbər 15 Yanvar 2025 16:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see289

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see250

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see238

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see237

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see209

Yeni yaradılan Komando briqadasının komandiri kimdir? VİDEO

27 Yanvar 2026 05:37see197

Londonda Cənubi Qafqazda sülh və regional təhlükəsizlik məsələləri müzakirə olunub

28 Yanvar 2026 06:56see185

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see179

Saat 10:00 da qaz kəsiləcək Bu ərazilərdə

28 Yanvar 2026 09:42see175

Çin şirkəti Anta Sports Puma nın ən böyük səhmdarı olacaq

27 Yanvar 2026 22:03see175

Qarabağ ın vingeri MLS liqasında?

27 Yanvar 2026 17:12see163

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see162

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see162

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see154

Liverpul Qarabağ la oyunun hazırlığını başa vurdu FOTOLAR

27 Yanvar 2026 19:28see152

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see151

Məhyəddin Aydəmirov vəfat etdi Foto KONKRET

27 Yanvar 2026 00:38see146

Əhalinin faktiki yaşayış yerinə əsaslanan məlumat bazası hazırlanır Zaur Əliyev

27 Yanvar 2026 10:58see145

“Everton” “Lids”lə oyun məğlubiyyətdən qurtarıb VİDEO

27 Yanvar 2026 02:12see144

Generalın oğlunun təhdid etdiyi fenomen KİMDİR? FOTO

26 Yanvar 2026 17:18see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri