Icma.az
close
up
RU
Sədaqət Hüseynova: Miqren irsi meyilliliyi olan xəstəlikdir

Sədaqət Hüseynova: Miqren irsi meyilliliyi olan xəstəlikdir

Icma.az, Azertag portalına istinadən məlumat verir.

Bakı, 18 aprel, AZƏRTAC

Miqren dünyada insanların həyat fəaliyyətinə mühüm təsir göstərən nevroloji xəstəliklər arasında ilk pillələrdədir. Dünya əhalisinin il ərzində 15 faizə qədəri miqrendən əziyyət çəkir. Xroniki gedişə malik miqren intensiv ağrılarla müşahidə olunur. Əsas xüsusiyyəti ağrı tutmalarının çox güclü olması, başın bir yarısında yerləşməsi və sutkalarla davam etməsidir. Miqren irsi meyilliliyi olan xəstəlikdir. Əgər valideynlərdən biri miqrenlə xəstədirsə, övladın miqren olma ehtimalı 50, hər ikisi xəstədirsə, bu ehtimal 75 faizə qədər yüksəlir. Statistika göstərir ki, miqren qadınlarda daha tez-tez rast gəlinir. Kişilərdə isə klaster tipli baş ağrıları üstünlük təşkil edir. Miqren adətən məktəb yaşlarından başlayır, qadınlarda klimaks dövrünə qədər davam edir. Klimaks dövründə hətta miqrenin intensivliyi azala və yaxud itə bilir.

Bunu AZƏRTAC-a müsahibəsində "Azərbaycan Miqren Mütəxəssisləri" İctimai Birliyinin sədri, professor Sədaqət Hüseynova deyib.

Professorun sözlərinə görə, miqren mərkəzi sinir sisteminin xəstəliyidir və xroniki gedişlidir: "Miqrenin müxtəlif formaları var. Aurasız miqren başın bir yarısında olan, pulsasiyaedici xarakterli ürəkbulanma, qusma ilə müşayiət olunan baş ağrılarıdır. Eyni zamanda, auralı deyilən miqren forması da mövcuddur. Bu tutmalar zamanı xəstələr tutmadan əvvəl sensor, vizual auralar hiss edə bilirlər. Auralar gözün qarşısında olan müxtəlif nöqtələr, ziqzaqlar, qaranlıq və ya bədənin bir tərəfində olan hissiyyat pozulması şəklində ola bilər. Xronikləşməyə meyilli xəstəlikdir. Onun müalicəsinin düzgün aparılması xronikləşmənin və həyat keyfiyyətinin pozulmasının qarşısını almağa səbəb olur.

Müasir dövrdə miqrenin müalicəsinə yanaşma iki istiqamətdədir. Birincisi ağrı tutmalarının müalicəsidir. Həmin dövr üçün çox böyük yeniliklər var. Miqren tutmaları üçün xüsusi dərmanlar qrupu işlənib hazırlanıb. Onların bir hissəsi bu gün Azərbaycanda var və biz həmin xəstələrə daha çox yardım edə bilirik. Xroniki miqrenin, yəni 15 gündən çox davam edən baş ağrısı qeydə alınan miqrenin, müalicə prinsipi tamamilə yenilənib və 3-6 ay ərzində müalicə aparılır. Bunlar miqrenli xəstələrdə həm tutmaların sayını, həm də intensivliyini azaltmağa kömək edir və həyat keyfiyyətinin pozulmasının qarşısını alır. Bu ağrılar böyük sosial və iqtisadi problem yaradır".

Miqren xəstələrinin sosial həyatdan da uzaqlaşdığını deyən S.Hüseynova fikirlərinə belə davam edib: "Ayın 15-20 günü güclü baş ağrıları içində olan adam əmək qabiliyyətini itirir, sosial həyatdan uzaqlaşır. Belə xəstələrdə həyəcan, depressiya kimi hallar inkişaf edir. Ona görə də, miqrenin diaqnozunun erkən və düzgün qoyulması, müalicəsinin düzgün aparılması bu gün çox aktual məsələdir.

Miqren ağrıları zamanı xəstələr müxtəlif ağrıkəsicilərdən istifadə edirlər. Həmin ağrıkəsicilər tez-tez istifadə olunduqda miqrenin kliniki gedişi pozulur və ikincili bir baş ağrısı yaranır. Buna "overuse medication"dan, yəni dərmanların ifrat istifadəsindən yaranan baş ağrısı deyilir. Bu, miqrenin gedişini pisləşdirir və insanın həyat keyfiyyətini aşağı salır. Həmçinin, ikinci bir müalicə, yanaşma tələb edir. Ümumiyyətlə, düzgün müalicə nəticəsində miqrenin idarə olunmasında əhəmiyyətli yaxşılaşma mümkündür".

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:216
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Aprel 2025 23:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dövlət Mahnı Teatrında “Maykl Cekson” tribyut konsert keçirilib (Foto)

18 Oktyabr 2026 10:14see315

Velosiped sürən 6 yaşlı uşaq qəzanın qurbanı oldu ÖZƏL

18 Oktyabr 2026 18:44see279

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see270

Ferhat Göçer Eyyub Hüseynzadənin təşkil etdiyi konsertdə “Ey, Əziz Anam, Azərbaycan”ı oxudu VİDEO

18 Oktyabr 2026 10:06see269

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see261

Məşhur müğənni 10 il müddətinə həbs edilə bilər

18 Oktyabr 2026 17:39see255

Arda Güler möhtəşəm qola imza atdı VİDEO

18 Oktyabr 2026 23:54see250

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see237

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see225

Tanınmış türk brendinin corabları Belarusda qadağan edilib…

18 Oktyabr 2026 21:08see224

Azərbaycan himni altında İran bayraqları: Almaniyadakı aksiyanın arxasında hansı maraqlar dayanır? TƏHLİL

19 Oktyabr 2026 00:05see219

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see217

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see206

Füzuli teatrı Şəhər Günündə “Tıq tıq xanım” tamaşası ilə uşaqları sevindirdi FOTO

18 Oktyabr 2026 12:24see194

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see191

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see190

Hicab savaşının pərdəarxası RAKURS

18 Oktyabr 2026 19:10see180

Videokolposkopiya ginekologiyada müasir müayinə. VİDEO

18 Oktyabr 2026 08:00see179

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see178

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri