Icma.az
close
up
RU
Menu

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

Yenidən məhkəmədə üz üzə gələcəklər

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

“Sədd”ini yıxıb keçdik, Ohanyan!

“Sədd”ini yıxıb keçdik, Ohanyan!

Icma.az, Xalq qazeti portalına istinadən məlumat yayır.

İrəvanda düşmən siyasətçiləri separatizm birləşdirir

Ermənistanın daxili siyasətini ziqzaqvarı adlandıranlar qətiyyən yanılmırlar. Bu ölkənin nə hakimiyyətinin, nə də müxalifətinin ardıcıl, sabit siyasi xətti var. Əgər bu iki düşərgənin məhz diplomatik müstəvidə dəyişməz bir göstəricisi varsa, o da işğalçılığa meylin, “böyük Ermənistanın” sərhədlərini cızmağın, revanşist xəyalların hələ də beyinlərindən silinməməsidir.

O ki qaldı, sülh istəyi, qonşularla yaxın münasibətlərin qurulması meyillərinə, o zehniyyətdə bunların yeri görünmür. Bir ölkənin ki, bütün müstəvilərdə nümayiş etdirdiyi ikiüzlü, təxribatçı hərəkətləri qonşular üçün təhlükə mənbəyinə çevrilir, o cəmiyyət üçün sülhün də arxa plana keçməsi təəccüblü deyil. İqtidarlı-müxalifətli Ermənistan dünya birliyinə özünü sülhpərvər, bölgənin “aborigen xalqı” olduğunu car çəkməklə bütün günahları qonşuların, konkret olaraq, Azərbaycanın ayağına yazmaqla məşğuldur. Elə daxildəki siyasi ab-hava da buna köklənib.

“Qarabağ klanı” Paşinyana qarşı revanşa hazırlaşdığını və arsenalında olan bütün vasitələri işə saldığını gizlətmək belə istəmir. Son vaxtlar “demokratik” (“Sərhədsiz reportyorlar” təşkilatı söz azadlığı indeksində Ermənistanı bölgənin “ən azad və demokratik ölkəsi” kimi göstərib – red.) Hayastanın yazılı və elektron “azad” mediası bu klanın nümayəndələrinə, deputatlarına səxavətlə yer ayırır. Artıq qəzet səhifələrində və onlayn mediada ehtiyatla ölkənin növbəti rəhbərinin adları müzakirə olunmağa başlanılıb. Proseslərin bu şəkildə davam etməsi Paşinyanın istefası və ya devrilməsinə doğru apara bilər.

***

Qoca diplomat Vardan Oskanyanın sərsəm açıqlamaları soyumamış Ermənistanın keçmiş müdafiə naziri, parlamentdəki “Ermənistan” fraksiyasının lideri Seyran Ohanyan mikrofonu ələ keçirib. Qarabağ ermənisi Seyran deyir ki, Azərbaycanla müharibəyə səbəb Ermənistanın indiki rəhbərliyinin əməlləri olub. Bu iqtidarı “diplomatik varisliyi” məhv etdiyini bildirən Ohanyan bununla Azərbaycana İrəvandakı hakimiyyətin zəifliyini və qeyri-kafiliyini göstərdiyini ərz edib. Onun sözlərinə görə, Nikol Paşinyan hökuməti son 30 ildə danışıqlar prosesində toplanmış bütün “baqajı”, o cümlədən ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin “səylərini” öz addımları ilə məhv edib.

“Diplomatik varislikdən” dəm vuran hay generalının diqqətinə bəzi məqamları çatdırmağa ehtiyac var. “Varislik” məsələsi Qarabağ klanının uydurması, fantaziyasıdır. Rəsmi Bakı əvvəldən Azərbaycanın ərazi bütövlüyünü təmin etməyən hər hansı planı rədd edirdi. Eyni zamanda, Qarabağda yaşayan ermənilərə Azərbaycanın tərkibində ən yüksək muxtariyyət statusu təklif edilmişdi. Amma bu təklifdən İrəvanda ardıcıl və sistemli şəkildə, həm də təkəbbürlə imtina olunurdu. Əgər ortada “miras” varsa, bu, Bakının Xankəndidəki separatçı rejimin “hökmdarlarının” təkəbbürlü inadından qıcıqlanması, Qarabağı geri qaytarmağın gücdən başqa yolunun qalmadığını başa düşməsidir. Təbii ki, bu “mirasa” Azərbaycan Ordusunun topladığı hərbi bacarıqları və müasir silahları da əlavə etsək, nəhayət, ədalətin bərpasının reallığa çevriləcəyi qaçılmaz idi.

Seyran Ohanyan Ermənistan hakimiyyətini sərhəddə vəziyyəti qəsdən gərginləşdirməkdə, o cümlədən Tovuz döyüşlərində (2020-ci ilin yayında Tovuz istiqamətində ermənilərin təxribatını nəzərdə tutur – red.) ittiham edib. Onun sözlərinə görə, Paşinyan bu hərəkətləri ilə Bakını münaqişənin hərbi yolla həllinin mümkünlüyünə inandırıb: “Azərbaycan başa düşdü ki, adekvat olmayan hökumətlə – nə özünü müdafiə edə, nə də danışıqlar apara bilən səriştəsiz rəhbərliklə üz-üzədir”. Bu məqamda Ohanyanın diqqətinə faktoloji dəqiqləşməni çatdırmalı olacağıq. Rəsmi Bakı, onun dediyi kimi, bu “kəşfiyyatı” 2020-ci ilin yayında deyil, 2016-cı ilin aprelində, Qarabağ klanının nümayəndəsi Serj Sarkisyanın Ermənistan prezidenti olduğu dövrdə həyata keçirib.

Əlahəzrət fakt onu da deyir ki, Aprel döyüşləri təkcə Azərbaycan üçün deyil, həm də dörd il sonrakı müharibədə müqavimətin mənasızlığını “kəşf edərək”, siyasi səhnədən geri çəkilməyə, hakimiyyəti “xalqın içindən gələn inqilabçı hərəkat”a təslim etməyə tələsən Sarkisyanın özü üçün də “kəşfiyyat döyüşü” oldu.

Topal Ohanyanın növbəti qənaətinə diqqət yetirək: “Əgər siyasi iradə və təşkilatçılıq olsaydı, Ermənistan və “Artsax”, heç olmasa, dağlıq və meşəlik ərazilərdə düşmənin irəliləyişini dayandıra bilərdi. Lakin hakimiyyət müdafiə olunmaq əvəzinə təxribatlara və hərəkətsizliyə əl atıb”. S.Ohanyanın bu şərhində, məlum olduğu kimi, bir hissəsi dağlıq və meşəlik ərazidən deyil, qarışıq, hətta düzənlikdən keçən müdafiə istehkamlarını nəzərdə tutduğu məlumdur. Görünür, Azərbaycan Ordusunun bir neçə yerdə, o cümlədən düzənlikdə asanlıqla üzə çıxardığı, onun özünün adını daşıyan “keçilməz müdafiə xətti”ni darmadağın etməsi faktı ilə “strateq-general” razılaşmaq istəmir. Əgər Ohanyan, doğrudan da, dağlıq və meşəlik ərazidəki üstünlüyündən danışmaq istəyirsə, onu da xatırladaq ki, Azərbaycanın bu cinahda da qələbəsi heç də erməni hərbçilərinin səhvləri ucbatından olmayıb. Bu qələbə Azərbaycan əsgərinin yüksək peşəkarlığı və qəhrəmanlığı sayəsində əldə olunub. Üstəlik, dağlıq və meşəlik ərazini yarmağın ilk presedenti 2016-cı ilin aprelində Lələtəpədə – yəni, Ermənistanda Qarabağ klanının hakimiyyətdə olduğu dövrdə baş verib. Ohanyan, nədənsə, bu faktı da nəzərə almır.

Azərbaycan Prezidenti İlham Əliyev hələ 2020-ci ilin noyabrında Koçaryanın, Sarkisyan ehtiyatsız cəfəngiyyatını qabaqcadan görərək demişdi: “Biz Koçaryanın, Sarkisyanın ordusunu məhv etdik. Onlar torpaqlarımızda hər şeyi məhv etdilər. Bu dəfə Qarabağ ərazisində üzlərini göstərməkdən çox qorxdular. Medallarını çıxarıb gizlətdilər. Hanı? Bu dəmir parçaları indi uzaq bir yerdədir. Biz sizi məğlub etdik! Sizi – Koçaryanı, Sarkisyanı, Azərbaycan xalqının cəlladlarını, Xocalı cəlladlarını məğlub etdik. Ordunuzu məhv etdik”.

Ola bilsin ki, Seyran Ohanyan Ali Baş Komandanımızın bu sözlərini unudub. Eybi yoxdu, bundan sonra ona bunu tez-tez xatırladırıq.

Fikrət SADIXOV,
Qərbi Kaspi Universitetinin professoru, politoloq

– Separatçı Seyran Ohanyanın elementar diplomatiyadan xəbəri olsaydı, ən azı, Bakıda məhkəməsi davam edən erməniəsilli təqsirləndirilən şəxslərin ifadələrini dinləyər, yaxud oxuyar və belə səbatsız açıqlamalar verməzdi. Onda dediyi “diplomatik varisliy”in nədən ibarət olduğunu anlayardı. Birdəfəlik ləğv edilmiş “dqr” liderlərinin o zaman hansı işlərlə məşğul olduqlarını onların öz dilindən eşitməsi Ohanyanın gözündəki pərdəni qaldırardı. Qarabağda separatçı rejimin mövcud olduğu vaxt hansı “diplomatik varislik”dən söhbət gedə bilərdi?

ATƏT-in Minsk qrupunun həmsədri olan ölkələr, eləcə də Qərbin bir sıra dövlətləri uzun müddət həmin separatçıların başlarını sığalladılar. Görünür, Azərbaycanın siyasi iradəsi, peşəkar diplomatik fəallığı, regional və beynəlxalq amilləri nəzərə alaraq, öz torpaqlarını öz gücü ilə işğaldan azad etməsi hay siyasilərin və hərbçilərin beyinlərində müəyyən təlatümlər yaradıb. Ohanyan bu reallığı çox yaxşı başa düşür, sadəcə, qəbul etməkdə çətinlik çəkir. Əgər söhbət ohanyanların mübarizə apardıqları Paşinyandan gedirsə, o da anlayış üçün heç bir şey etməyib. Əksinə, Xankəndidəki separatçı rejimə həm siyasi, həm hərbi, həm də maliyyə köməkliyi göstərib. Məhkəmədə bütün bunlar fakt və sübutlarla üzə çıxır. Yəni, 5 il bundan əvvəl Paşinyanın yerində həmin Ohanyan olsaydı belə hadisələrin axarı dəyişə bilməzdi. Azərbaycan gec-tez öz torpaqlarını işğalçılardan azad etməli idi və etdi. Nəticələr göz qabağındadır. Qarabağ ermənisi Seyran Ohanyan bu bəyanatı ilə başqa məsələlərə də toxunmağa çalışırsa, bu zaman özünü peşəkar diplomat kimi qələmə verməyə çalışmasın. Bizim üçün, o, əli dinc xocalıların qanına bulaşmış hərbi canidir. Hesab edirəm ki, vaxt gələcək, o da “Qarabağ klanı”nın rəhbərləri və üzvləri kimi Bakıda müttəhimlər kürsüsündə oturmalı olacaq. Məhkəmə isə onlar barəsində ədalətli hökmünü mütləq verəcək.

Tofiq ABBASOV,
siyasi şərhçi

– Ermənistanın birinci prezidenti Levon Ter-Petrosyan, sonra Robert Koçaryan, dalınca Serj Sarkisyan çox təhlükəli, mənfur risklərlə müşayiət olunan siyasət yürüdüblər. Məqsəd Azərbaycan torpaqlarının işğalını “əbədiləşdirmək”, dünya birliyinə özlərinin “tarixi torpaqlarına” qayıtdıqlarını göstərmək olub. Əlbəttə ki, Azərbaycan bu siyasətə özünün sərt və məntiqi cavabını verdi. Uzun müddət bu oyunlara, Minsk qrupunun sülhlə siyasi manipulyasiyalarına da göz yumurduq ki, təki dinc danışıqlar prosesi bir nəticə versin. Amma İrəvan sülhə apara biləcək bütün prosesləri çökdürdü və bölgədə təhlükəli və problemli vəziyyət yaratdı.

İndi Ermənistan siyasi isteblişmentinin gəlişigözəl ibarələri, hiyləgər tezisləri, pafosa bürünmüş vədləri, niyyətləri düşünülmüş təbliğatın elementləridir. Orada daxili ictimai-siyasətin gərildiyi, xaosun öz konturlarını göstərdiyi aşkardır. Və hakimiyyət uğrunda amansız mübarizənin başlanmasını müşahidə etməkdəyik. Qərbpərəst siyasətə “hə” deyən baş nazir Paşinyanı hakimiyyətdən uzaqlaşdırmağı hədəfləyən rusiyameyilli qüvvələrin daha da fəallaşması gözdən yayınmır. Bu qüvvələr “Ermənistanı Paşinyandan xilas etmək” kampaniyasına start veriblər. Onun yerini tutmaq istəyənlərin yenidən revanşizmi körükləndirəcəkləri gözlənilən ən neqativ perspektivdir. Bu yolla, guya, həm Qarabağı, həm də oranı tərk edənləri geri qaytarmaq barədə düşünürlər.

Aydın məsələdir ki, bunların hamısı xülyadır. Dünyada hamını aldada bilsələr də, bizimlə, bu, baş tutmayacaq. Daha onların oyunbazlıqlarına, bütün hiyləgər gedişlərinə yaxşı bələdik. Onu da bilirik ki, Qərbin bəzi dairələrində haylara züy tutanlar, Bakını Qarabağda “etnik təmizləmədə” ittiham edənlər var. “Könüllü tərketmənin” məqsədi elə bu imiş. Koçaryanların, sarkisyanların, ohanyanların dövrü arxada qalıb. Erməni xalqının ən düzgün seçimi sülhdür və Bakı buna alternativ görmür.

İmran BƏDİRXANLI
XQ

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:167
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 08 May 2025 10:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see620

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see594

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see591

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see494

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see449

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see405

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see379

Bakıda gizlin qumarxana aşkarlandı FOTO

08 Oktyabr 2026 01:13see370

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see341

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see333

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see328

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see322

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see316

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see316

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see311

Büdcə təşilatlarında çalışanların maaşına əlavələrə yuxarı həddin tətbiq ediləcəyi müddət dəyişib

07 Oktyabr 2026 16:34see309

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see305

Yükdaşımada yeni dövr: Ələt hava limanı Azərbaycan iqtisadiyyatına nə verəcək?

07 Oktyabr 2026 16:40see300

“Comelson Business Expo 2026”: biznesin rəqəmsal transformasiyası

07 Oktyabr 2026 17:49see298

Energetika naziri Naxçıvanda vətəndaşlarla görüşəcək

07 Oktyabr 2026 15:33see276
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri