Sədr: “2022 2026 cı illər sosial iqtisadi inkişaf Strategiyası”nın makroiqtisadi hədəfləri makrofiskal göstəricilərlə uyğunlaşdırılmalıdır
Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 4 noyabr, AZƏRTAC
“Azərbaycan Respublikasının 2022─2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda nəzərdə tutulmuş tədbirlərin maliyyə təminatı üçün 623,2 milyon manat ayrılması göstərilir. Digər tərəfdən, Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpası ilə bağlı dövlət proqramında 3,5 milyard manatın proqnozlaşdırıldığı qeyd olunub. Başqa sözlə desək, dövlət proqramı və strategiyada ümumilikdə 4,1 milyard manat vəsait ayrılması nəzərdə tutulub.
AZƏRTAC xəbər verir ki, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında çıxışı zamanı söyləyib.
“İlk növbədə, strategiyanın makroiqtisadi hədəfləri makrofiskal göstəricilərlə tam və ya qismən uyğunlaşdırılmalıdır. Dövlət xərcləri ilə bağlı əlavə məlumatlara əsasən, strategiya çərçivəsində nəzərdə tutulan tədbirlərin icrası üçün vəsaitlər əsas icraçı qurumlar üzrə planlaşdırılıb”, - deyə Hesablama Palatasının sədri qeyd edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:40
Bu xəbər 04 Noyabr 2025 13:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















