Sədr müşaviri: Müalicə yollayışının qiyməti hər müraciət edən şəxs üçün ayrı hesab olunur
Icma.az bildirir, Oxu.az portalına istinadən.
"Müalicə yollayışlarında yalnız həyat yoldaşı ailə üzvü hesab olunur".
Oxu.Az xəbər verir ki, bunu Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədrinin müşaviri Elkiyar Ziyadov deyib.
Onun sözlərinə görə, müalicə yollayışının qiyməti hər müraciət edən şəxs üçün ayrı hesab olunur:
"Müraciət edən şəxs 15 faiz dəyərini ödəyir. Həyat yoldaşı isə əmək pensiyaçısı, sosial sığorta ödəyicisi və ya həmkarlar ittifaqı üzvü olduğu halda 15%, bu üç şərtdən heç birini ödəmədiyi halda isə 50% ödəyir".
"İstirahət yollayışlarında həyat yoldaşı və 18 yaşa qədər övladlar, 18-23 yaş arası subay və işləməyən tələbələr ailə üzvü hesab oluna bilərlər. Bu halda yollayışın ümumi dəyərinin 15%-i ailə tərəfindən ödənilir", - sədr müşaviri əlavə edib.
Məhərrəm Əliyev
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:62
Bu xəbər 12 Avqust 2025 13:28 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















