Icma.az
close
up
RU
Sədr: Son illərdə gənclərin cəmiyyətdə rolunun artırılması istiqamətində mühüm nailiyyətlər əldə edilib AZƏRTAC

Sədr: Son illərdə gənclərin cəmiyyətdə rolunun artırılması istiqamətində mühüm nailiyyətlər əldə edilib AZƏRTAC

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 6 dekabr, AZƏRTAC

Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilən dövlət gənclər siyasəti ölkəmizin ən mühüm prioritet istiqamətlərindən biridir. Dövlət gənclər siyasəti gənclərin innovativ ideyalarına dəstək göstərməklə yanaşı, onların ictimai və peşəkar inkişafına şərait yaradır. Son illərdə Azərbaycan gənclərinin cəmiyyətdə rolunun artırılması istiqamətində mühüm nailiyyətlər əldə edilib.

AZƏRTAC xəbər verir ki, bu sözləri Azərbaycan Gənclər Təşkilatları Milli Şurasının sədri Rafael Hacıbəyli jurnalistlərə açıqlamasında söyləyib.

R.Hacıbəyli qeyd edib ki, Bakıda keçirilən “UrbanVisions” Beynəlxalq Gənclər Forumu çərçivəsində əsas müzakirə mövzuları şəhərsalma və “ağıllı şəhər” mədəniyyətinin inkişafına töhfə vermək, gənclərin bu sahədə bilik və təcrübələrini artırmaqdır: “Forumda 10-dan çox ölkədən nümayəndələrin iştirakı ilə şəhərsalma, “ağıllı şəhər” texnologiyaları və innovativ həllər müzakirə olunacaq. Forum çərçivəsində ekspertlərin rəhbərliyi ilə gənclərə iki əsas ərazi üzrə altı layihə təqdim ediləcək. Bu layihələr müzakirə olunduqdan sonra gənclər tərəfindən yeni ideyalarla zənginləşdirilərək inkişaf etdiriləcək”.

İşğaldan azad olunmuş ərazilərdə ağıllı şəhərsalma prosesindən danışan sədr deyib: “İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində həyata keçirilən şəhərsalma layihələri Azərbaycanın “ağıllı şəhər” texnologiyalarına olan diqqətini göstərir. Bu tədbir zamanı həmin təcrübələr müzakirə ediləcək və gənclər üçün əhəmiyyətli bilik mənbəyinə çevriləcək”.

R.Hacıbəyli Forumun nəticələrinin beynəlxalq səviyyədə faydalı təcrübələrə səbəb olacağına ümid etdiyini bildirib. Vurğulayıb ki, gənclərin bu sahədə fəal iştirakı ölkəmizin gələcək inkişafına böyük töhfə verəcək.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:126
embedMənbə:https://azertag.az
archiveBu xəbər 06 Dekabr 2024 17:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Baş katib Azər Allahverənov Azərbaycan və Türkiyə QHT nümayəndələri ilə görüşüb

26 Yanvar 2026 12:05see286

ABŞ Cənubi Qafqazda kimə nə verir: məhsul, yoxsa rol bölgüsü? TƏHLİL

26 Yanvar 2026 14:18see269

Bu il evlənəcəklər

26 Yanvar 2026 18:08see225

Bundesliqa: Ştutqart darmadağına sevindi

26 Yanvar 2026 00:54see210

Rusiya istənilən dövrdə təhlükədir Navrotski

26 Yanvar 2026 09:20see203

ABŞ in vitse prezidenti Cənubi Qafqaza nəyə gəlir?

26 Yanvar 2026 13:27see201

Vensin səfəri həm də bəzi qüvvələrə ABŞ ın siyasi mesajıdır

27 Yanvar 2026 11:50see198

“Liverpul”un paylaşımında hörmətsizlik, yoxsa diqqətsizlik? FOTO

26 Yanvar 2026 21:43see183

“Apple” bu il bu məhsulları təqdim etməyi düşünür YENİLİKLƏR

26 Yanvar 2026 07:23see178

Martda ata olacaqdı, sevinə sevinə işə gedirdi Ağır qəza 25 yaşlı gəncin həyatına son qoydu

26 Yanvar 2026 01:43see167

Azərbaycanda uşaqlı ailələrə 500 manat pul veriləcək? RƏSMİ CAVAB

26 Yanvar 2026 06:26see164

Bunları edin, dırnaqlarınız möhkəm olacaq

26 Yanvar 2026 05:11see161

Nazirlərin və komitə sədrlərinin qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ

27 Yanvar 2026 13:00see156

Mənzil və Avatr 07 Pro qaliblərə təqdim olundu Birmarket lotereyası yekunlaşdı

26 Yanvar 2026 18:47see150

“Nikosayağı” 3 il sonra ilk dəfə öz görüntüsünü PAYLAŞDI VİDEO

27 Yanvar 2026 00:39see150

Cazibədar aparıcı görün kimin qızı imiş FOTO

26 Yanvar 2026 04:44see148

Mançester Siti vingerini bu kluba satır Razılıq əldə edildi

26 Yanvar 2026 17:48see141

Əhali kreditlərini sığortalamağa niyə maraq göstərmir?

26 Yanvar 2026 12:56see139

Bakıda erməni dili kursu BÖYÜK MARAQ VAR

26 Yanvar 2026 09:40see139

Azərbaycan ABŞ münasibətlərində yeni mərhələnin siyasi anatomiyası ŞƏRH

27 Yanvar 2026 15:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri