Cəmiyyətdə qadınların rolunun artırılması istiqamətində bələdiyyələrin fəaliyyətinə dair təlim keçirilib
Icma.az, Azertag saytına istinadən bildirir.
Bakı, 20 oktyabr, AZƏRTAC
Oktyabrın 20-də Bakıda “Cəmiyyətdə qadınların rolunun artırılmasında bələdiyyələrin fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda təlim təşkil olunub.
AZƏRTAC xəbər verir ki, tədbir “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində Əməkdaşlıq Protokolu ilə bağlı Fəaliyyət Planı” çərçivəsində keçirilib.
Təlimdə ölkənin 50 regionunu təmsil edən bələdiyyə sədrləri iştirak ediblər. Türkiyədən dəvət olunmuş ailə və sosial xidmətlər üzrə ekspert Akın Yumuş tərəfindən keçirilən təlimdə qadınların səlahiyyətləndirilməsi istiqamətində iki ölkə arasında qabaqcıl təcrübələrin paylaşılması məqsəd qoyulub.
Qeyd edilib ki, Fəaliyyət Planı bərabərlik və qarşılıqlı fayda prinsipləri əsasında Azərbaycan və Türkiyə arasında ailə, qadın və uşaq məsələləri üzrə siyasət sahəsində əməkdaşlığın davamlı inkişafını təmin etməyə yönəlib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 20 Oktyabr 2025 11:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















