Icma.az
close
up
RU
Sədri dəyişən metropolitendə nə dəyişəcək? Stansiya və depoların sayı artırılmalıdır, əlaqəli xətt qurulmalıdır

Sədri dəyişən metropolitendə nə dəyişəcək? Stansiya və depoların sayı artırılmalıdır, əlaqəli xətt qurulmalıdır

Icma.az bildirir, Bizimyol portalına istinadən.

Bir neçə gün əvvəl Bakı metrosunun rəhbər işdən azad edildi. Və ağıllarda bir fikir yarandı ki, “metronun problemi bununla da bitəcək”...

Etiraf edək ki, bitmir və təəssüf ki, bitməyəcək. Məsələn, “Azəriqaz”-dan danışaq. Rəhbəri dəyişiləndə problemlər sonlanırmı? Xeyr!

AAYDA-ya vəsait ayrılır ki, Bakı kəndlərinin yolları salınsın, bərpa edilsin. Bəs nəticəsi nə olur? Yolu çəkən kimi, başqa bir qurum gəlib sökür...

Azərbaycanda əksər dövlət qurumları koordinasiya olmadan fəaliyyət göstərir. Ya da ki, elə olan koordinasiya siyasəti budur. Elə metroda da, dəmiryollarında da eyni vəziyyətdir. Rəhbər dəyişsə nə olacaq? Digər qurumlar da eyni aqibəti yaşayır...

Nəqliyyat məsələləri üzrə ekspert Rauf Ağamirzəyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, metronun əsas problemi maliyyənin stabil ayrılmamasıdır.

Rauf Ağamirzəyev

“Şəhər daha sürətlə inkişaf edib, metronun tikinti sürəti o qədər sürətli olmayıb. Ciddi maliyyə ayrılmalıdır və stabil maliyyələşmə ilə tikinti sürəti təmin olunmalıdır. Mövcud 57 yaşlı metronun müəyyən xətləri tikilməlidir. Bu, “Dərnəgül” stansiyası ilə “Koroğlu” stansiyası arasında olan əlaqədir. Sonra “Xətai-Həzi Aslanov” stansiyaları arasında əlaqədir.

Xətlərin ayrılması da həyata keçirilməlidir. “28 may” stansiyasında yaşıl və qırmızı xətt ayrılmalıdır.

İçərişəhərdən Badamdar qəsəbəsinə kimi xəttin tikilməsi və bənövşəyi xəttin şəhər mərkəzi “Ağ şəhər”ə kimi gətirilməsi doğru seçim olar.

3 xəttimiz varsa, onların ayrılıqda fəaliyyəti təmin olunmalıdır. Hərəsinin ayrılıqda deposu olmalıdır. İndiki halda 3 xəttimiz və iki depomuz var. “Dərnəgül” deposunun tikilməsi də mütləqdir.

Qırmızı xətt 2 dəqiqə, yaşıl xətt 4 dəqiqə və bənövşəyi xətt 7 dəqiqəlik intervalla hərəkət edir. Bu xətlər tam tikildikdən sonra 1-2 dəqiqəlik intervalla hərəkəti təmin etmək mümkün olacaq”-deyən ekspert qeyd edib ki, COP29-dövründə “Avropa İnvestisiya” Bankı ilə bağlanmış ilkin memorandum yeni stansiyaların tikilməsi məsələsində ümidləndirir.

“Bunlar tikildiyi təqdirdə sərnişin axını parçalanacaq. Şəhər nəqliyyatına əlavə fayda qatmaqla yanaşı, həmçinin yerin üstünün də yükü götürülmüş olacaq. Yeni stansiyalar öz xətti boyu həmin ərazilərə yeni bir inkişaf da gətirəcək”-deyə Rauf Ağamirzəyev əlavə edib.

İradə Cəlil. Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:142
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 25 Dekabr 2024 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see257

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see246

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see183

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see157

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see154

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see150

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see146

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see146

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see142

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see139

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see137

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see134

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see133

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see133

UEFA ABŞ dollarının dəyərdən düşməsi səbəbindən 47 milyon avro zərərə uğrayıb

17 Yanvar 2026 04:11see133

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see128

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see127

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see127

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see127

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri