Sədrlik Azərbaycandan Braziliyaya keçdi: COP30 da “Bakı razılaşmaları” icra mərhələsinə daxil olur
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 10 noyabr, AZƏRTAC
Bu gün Braziliyanın Belen şəhərində keçirilən COP30-un rəsmi açılış mərasimində Andre Korrea do Laqo COP30-un Prezidenti seçilib.
AZƏRTAC xəbər verir ki, Prezidentin səlahiyyətlərini COP29-un Prezidenti, Azərbaycan Respublikasının iqlim məsələləri üzrə xüsusi nümayəndəsi Muxtar Babayev Andre Korrea do Laqoya təqdim edib. Bununla da BMT-nin iqlim sammitlərinə sədrlik Azərbaycandan Braziliyaya keçib.
Qeyd edək ki, COP29 tarixdə ilk dəfə olaraq Cənubi Qafqaz regionunda – Bakıda təşkil olunmuşdu və sammit zamanı “Bakı Maliyyə Məqsədi (Baku Finance Goal)” adlı yeni qlobal iqlim maliyyə razılaşması qəbul edilmişdi. COP29, həmçinin “Bakıdan Belenə Yol Xəritəsi” ilə 1,3 trilyon dollarlıq iqlim maliyyəsinin səfərbər olunması üçün praktiki plan təqdim etdi. Bu sənəd COP29 və COP30 prezidentlikləri arasında sıx əməkdaşlığın əsasını qoydu.
Belen COP-u isə bu xəritənin həyata keçirilməsi və Bakı razılaşmalarının tətbiqi mərhələsi kimi tarixə düşəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 10 Noyabr 2025 18:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















