Icma.az
close
up
RU
® “Şəfa” FK nın forması Acarıstanın rəsmilərinə təqdim edilib

® “Şəfa” FK nın forması Acarıstanın rəsmilərinə təqdim edilib

Icma.az bildirir, Azertag saytına əsaslanaraq.

“Caspian Energy Club” və Azərbaycan Milli Biznes Assosiasiyasının (MİLLİ.BİZ) birgə təşkilatçılığı, “Caspian Service” şirkətinin sponsorluğu ilə 2026-cı il sentyabrın 2-5-də Batumi şəhərinə “Grand CEO Tour” təşkil olunub.

Bu barədə “Caspian Energy Club International”ın idarəedici direktoru Rasim Mahmudov məlumat verib.

“Grand CEO Tour” çərçivəsində işgüzar görüşlərlə yanaşı, Azərbaycan-Gürcüstan əlaqələrinin müxtəlif istiqamətlərini əhatə edən bir sıra təşəbbüslər də həyata keçirilib.

Səfər zamanı Azərbaycan futbolunun inkişafını və idman sahəsində əməkdaşlığın təşviqini simvolizə edən xüsusi təqdimat da keçirilib. “MyGroup” şirkətinə məxsus “Şəfa” futbol klubunun forması Acarıstan Muxtar Respublikasının hökumətinin başçısı Zurab Pataradze, Acarıstan Muxtar Respublikasının maliyyə və iqtisadiyyat naziri Ednar Nataridze və Batumi şəhərinin meri Qiorqi Tsintsadzeyə təqdim olunub.

“Formanın təqdim edilməsi Azərbaycan və Gürcüstan arasında yalnız biznes və investisiya sahələrində deyil, eyni zamanda, dostluq, idman və sosial əlaqələr istiqamətində də əməkdaşlığın inkişafına verilən önəmin göstəricisi kimi qiymətləndirirəm”, - deyə “Şəfa” futbol klubunun prezidenti Kənan Sadıqlı bildirib.

Qeyd edək ki, 2-5 sentyabr tarixlərini əhatə edən “Grand CEO Tour” proqramı çərçivəsində Azərbaycan nümayəndə heyəti Acarıstan Muxtar Respublikasının hökumətinin başçısı Zurab Pataradze, Acarıstanın maliyyə və iqtisadiyyat naziri Ednar Nataridze, Batumi şəhərinin meri Qiorqi Tsintsadze, həmçinin DEİK Türkiyə-Gürcüstan İşgüzar Şurasının sədri Osman Çalışkan Mzhavanadze və assosiasiya üzvləri ilə görüşlər keçirib.

Sentyabrın 3-də Zurab Pataradze ilə keçirilən görüş zamanı Acarıstan Muxtar Respublikasına “Caspian Business Award” mükafatı təqdim olunub. Acarıstan “Turizm sektoruna investisiya üçün ən əlverişli region” (Best Region for Investment in the Tourism Sector) nominasiyasında 1-ci yerə layiq görülüb.

Bununla yanaşı, səfərdə iştirak edən şirkətlərin nümayəndələri potensial yerli biznes tərəfdaşları ilə fərdi B2B görüşlərdə iştirak ediblər. Görüşlər zamanı qarşılıqlı əməkdaşlıq imkanları müzakirə olunub və gələcək tərəfdaşlıqlar üçün ilkin əlaqələr qurulub.

“Grand CEO Tour” çərçivəsində iş adamları Gürcüstanın Goderdzi dağ-xizək kurortunda keçirilən “Investment Forum”da iştirak edib, Batumi Dəniz Limanını, Nobel Qardaşları Texnologiya Muzeyini və bir sıra istehsal müəssislərini ziyarət ediblər.

Səfər çərçivəsində Acarıstanda “AZEXIM Week” keçirilməsi ilə bağlı planlar da müzakirə olunub. Bildirilib ki, həftə çərçivəsində “Caspian Energy Forum”, “Grand City Forum”, “AZEXIM Forum” və “AzAI Forum” kimi beynəlxalq biznes, investisiya, şəhər inkişafı və innovasiya platformalarının keçirilməsi nəzərdə tutulur.

“Grand CEO Tour”da “Caspian Energy Club”ın üzvü olan "Amexline", "Azərsun Holding", "Azmetco", "Bureau 19", "Caspian Services", "Certspmc Services Limited", "Debet Safety", "Eight Group", "Liv Hospital", "Sabah Investment Group", "Veyseloglu Group of Companies", həmçinin diqər şirkətlərin rəhbərləri və nümayəndələri iştirak edib.

“Caspian Energy Holding” haqqında qısa məlumat:

İnvestisiya-konsaltinq holdinqi formatında fəaliyyət göstərən “Caspian Energy Holding” 2025-ci ildə “Caspian Energy” brendi altında birləşmiş bütün networking platformalar, media layihələr, forumlar və mükafatları vahid "Milli.Biz" ekosistemi daxilində konsolidasiya etmək məqsədilə təsis edilib. "Milli.Biz" ekosistemi əsasında “Caspian Energy Club”, Avropa ilə İqtisadi Əməkdaşlıq İctimai Birliyi və Azərbaycan Milli Biznes Assosiasiyası vasitəsilə 100-dən çox ölkədən olan sahibkarlara networking qurmaq imkanı yaradılacaq.

“Caspian Energy Holding”in tərkibinə aşağıdakı qruplar daxildir: “Caspian Energy Club”, “Caspian Energy Club International”, “Caspian Energy EXIFOR Group”, “Caspian Energy International Media Group”, “Award Organizers Group”, “Caspian Energy Research Group”, “Caspian Energy Entertainment Group”, “Caspian Energy Jobs Group”.

“Caspian Energy Club”a daxil olan sahibkarlar vahid "Milli.Biz" ekosistemi çərçivəsində hal-hazırda mövcud olan bütün xidmətlərlə yanaşı hüquq, maliyyə, turizm, konsaltinq və digər xidmətlərdən yararlana biləcəklər. "Milli.Biz" ekosisteminə inteqrasiya olunan qlobal loyallıq proqramı da tətbiq ediləcək.

2002-ci ildə dünyanın iri transmilli, dövlət və özəl neft-qaz və enerji şirkətləri tərəfindən yaradılan, mənzil-qərargahı Bakıda yerləşən “Caspian Energy Club” dünyanın 50 ölkəsindən 5000-dən çox şirkəti birləşdirən və dinamik inkişaf edən beynəlxalq biznes networking platformasıdır. “Caspian Energy Club” biznes-hökumət dialoqunun fəal iştirakçısıdır və əsas məqsədlərindən biri, Azərbaycanda və “Caspian Energy Club”ın fəaliyyət göstərdiyi digər ölkələrdə investisiya və işgüzar mühitin yaxşılaşdırılmasıdır.

“Caspian Energy Club International” 2023-cü ildə “Caspian Energy Club”ın beynəlxalq layihələrini və dünyanın 63 şəhərində fəaliyyət göstərən xarici ofisləri vahid standartlar əsasında idarə etmək məqsədilə yaradılıb. Bu strukturun nəzdində idarə olunan və 2034-cü ilə qədər dünyanın 100 ölkəsində nümayəndəlik açılması planlaşdırılan Azərbaycan Milli Biznes Assosiasiyası (MİLLİ.BİZ) – ölkə daxilində və ölkə hüdudlarından kənarda Azərbaycan sahibkarlarını birləşdirən, regionlarda istehsal olunan məhsul və xidmətləri beynəlxalq bazarlara çıxaran, həmçinin regionlara beynəlxalq investisiyaların cəlb edilməsində aktiv rol oynayan vahid işgüzar platformadır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:71
embedMənbə:https://azertag.az
archiveBu xəbər 09 Sentyabr 2026 12:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see329

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see322

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see315

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see287

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see258

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see250

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see238

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see233

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see227

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see223

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see218

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see217

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see213

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see212

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see210

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see204

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see196

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see193

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see187

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri