Icma.az
close
up
RU
Şəfa nın baş məşqçisi: 10:0 lıq hesabı gözləmirdim MÜSAHİBƏ

Şəfa nın baş məşqçisi: 10:0 lıq hesabı gözləmirdim MÜSAHİBƏ

Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.

"Şəfa"nın baş məşqçisi Elgiz Kərəmlinin Sportal.az saytına müsahibəsi

- "Şəfa" son matçda "Araz-Saat"lıya 10:0 qalib gəldi. Maraqlıdır, bu hesabla qələbə qazanmağınız digər rəqiblərin üzərində də qorxu yaratmaqdır?

- Düzünü desəm, rəqibin 1 tur öncə "Şahdağ-Qusar"la oyununu nəzərə alsaq, matçın bu cür hesabla başa çatacağını gözləmirdim. Futbolçulara istənilən rəqibə çox ciddi yanaşmalarını tapşırırıq. Elə buna görə də son 4 oyunda ilk 15 dəqiqədə hesabı açan tərəf biz oluruq. Biz bütün rəqiblərə hörmətlə yanaşırıq. Təbii ki, komandam çox istəklidir. Ona görə də bəzən belə hesablar qeydə alınır. Yoxsa, rəqibimiz də yaxşı komanda idi. "Araz-Saatlı"ya növbət görüşlərdə uğurlar arzulayıram.

- Bu turda əsas rəqibiniz olan "Şahdağ-Qusar" səfərdə xal itirdi. "Şəmkir"lə görüşdə bərabərə qalmaqları sizin üçün gözlənilməz nəticə idi?

- "Şəmkir" ikinci dövrəyə itkisiz başlamışdı. Görüş də "Şahdağ-Qusar" üçün əlverişsiz meydançada keçirilirdi. Bütün bunları nəzərə alanda, çox inanırdıq ki, bu oyunda bizim istədiyimiz nəticə qeydə alınacaq.

- Maraqlıdır ki, "Şahdağ-Qusar"dan xal alan "Şəmkir"lə növbəti turda siz qarşılaşacaqsız. "Şəmkir"in sizi dayandırmaq təhlükəsindən ehtiyat etmirsizki?

- Son 4 oyuna 10 xal toplayan rəqibə qarşı əlbətlə ki, çox ciddi hazırlaşırıq. Lakin futbolçularıma çox inanıram. Buna görə də bu görüşdə qələbənin bizim tərəfdə olacğaına da inanmaq istəyirəm.

- "Şahdağ-Qusar"la xal fərqi 3-ə düşdü. Səncə, onları qabaqlaya biləcəksiz? Yoxsa, səncə liderlik məhz bu iki komanda arasında keçiriləcək görüşdən asılı olacaq?

- Qarşıda hələ 9 tur var. Bizim məqsədimiz hər oyunda 3 xal qazanmaqdır. Lakin xallar eyni olacağı təqdirdə, vurulan və buraxılan qolların hesablanacağını nəzərə alıb aramızdakı top fərqində də rəqibdən üstün olmağa çalışmalıyıq.

- AFFA-nın qərarına əsasən yeni sezondan İkinci Liqadan Birinci Liqaya üç komanda birbaşa yüksələcək. "Şəfa"nın xal fərqinə və gücünə əsasən demək olar ki, komanda Birinci Liqaya böyük ehtimalla yüksələcək?

- Nəzərə alsaq ki, 4-cü yerdəki rəqibdən 14 xal irəlidəyik, bəli, komandamız böyük ehtimalla birinci liqaya yüksələcək. Amma biz mübarizəmizə davam edirik. Sona qədər elə mövsümün sonuncu görüşünə qədər ciddiliyimizi qoruyub, qalibiyyət üçün oynayacağıq. Başqa cür ola da bilməz.

- "Şəfa" qışda bir çox transferi reallaşdırdı. Tam olaraq istədiyiniz heyəti qurub, istədiyiniz oyunu oynaya bilirsiz? Demək olar ki, qışda planlaşdırdığınız hər şey reallaşdı?

- Bəli, klub rəhbərliyinin dəstəyi ilə heyəti istədiyim futbolçularla gücləndirə bildik. Yanvarda vurğulamışdım ki, yeni transferləmizi müəyyən səviyyədə öz sözünu demiş futbolçular olduğu üçün onların komandaya uyğunlaşma prosesində problem yaranmayacaq. Buna əsasən hazırda komanda istədiyimiz oyunu nümayiş etdirir. Mübarizə də davam edir. Meydana çıxdığımız hər görüşdə ən yaxşısını reallaşdırmaq istəyirik.

İdman.biz

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:226
embedMənbə:https://www.idman.biz
archiveBu xəbər 21 Mart 2025 15:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see296

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see274

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see271

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see258

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see250

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see248

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see239

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see239

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see236

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see221

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see220

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see215

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see213

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see212

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see211

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see206

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see203

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see202

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see199

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri