“Apple” istifadəçilərinə təəccübləndirəcək yenilik Hər işi özü görəcək
Yenisabah saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
“Apple” şirkəti səsli köməkçi “Siri”ni istifadəçinin əvəzinə müxtəlif tapşırıqları yerinə yetirə bilən süni intellekt köməkçisinə çevirməyə hazırlaşır.
“Yeni Sabah” xəbər verir ki, “Siri” sadəcə verilən suallara cavablandıran vasitəçi olmayacaq.
O, “Apple”ın tətbiqlərində daha geniş imkanlara malik olacaq, digər şirkətlərin tətbiqlərində də müxtəlif əməliyyatları yerinə yetirə biləcək. Elektronika məhsulları
iOS 27.3-ün sınaq versiyasından istifadə edən proqramçılar “Siri”nin “Apple” tətbiqlərində daha çox əməliyyat yerinə yetirə bildiyini aşkar ediblər. İstifadəçilər əvvəlcə “Siri”dən hər hansı tətbiqdə hansı işləri görə biləcəyini soruşa, daha sonra istədikləri əməliyyatı səslə bildirə biləcəklər.
Məsələn, “Şəkillər” tətbiqində görüntüləri kəsmək və çevirmək, “Safari” brauzerində isə açıq səhifələri “Siri” vasitəsilə nizamlamaq mümkün olacaq. “Apple” bu imkanları dekabr ayında iOS 27.3 yeniləməsi ilə bütün istifadəçilərə təqdim etməyi planlaşdırır. “Apple” “Siri”nin digər şirkətlərə məxsus tətbiqlərlə də işləməsi üzərində çalışır. Məsələn, istifadəçilər səsli köməkçi ilə yemək sifariş edə biləcəklər. Yeniliyin iOS 27.5 və ya iOS 27.6 yeniləməsi ilə istifadəyə veriləcəyi ehtimal olunur.
Yenilənmiş “Siri” qarşıya qoyulan məqsədə çatmaq üçün lazımi addımları özü müəyyənləşdirə və işin gedişini izləyə biləcək. Bunun üçün hər mərhələdə istifadəçinin yeni göstəriş verməsinə ehtiyac qalmayacaq. Süni intellekt köməkçisi lazım gəldikdə işi dayandıra, daha sonra isə qaldığı yerdən davam etdirə biləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:66
Bu xəbər 12 Noyabr 2026 08:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















