Icma.az
close
up
RU
Menu

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

Şuşa qəhrəmanlığın rəmzi

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

Rauf Dadaşovun anım günüdür

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

İmmuniteti gücləndirməyin ən asan yolu...

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

Səfalı MTK ilə bağlı növbəti qalmaqal

Səfalı MTK ilə bağlı növbəti qalmaqal

Bakivaxti saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Xətai rayonu, Məhəmməd Hadi küçəsi 58A ünvanında, “Səfalı” MTK-ya məxsus çoxmərtəbəli yaşayış binalarının arasında yerləşən obyekt bina sakinlərinin narazılığına səbəb olub.

Bakıvaxtı.az xəbər verir ki, şikayətçilərin “Bakupost”a bildirdiyinə görə, sözügedən obyekt “Bazarstore” mağazasına məxsusdur.

Sakinlər deyirlər ki, mağazanın yaşayış binalarının düz ortasında yerləşməsi fövqəladə hadisə zamanı ciddi təhlükə yarada bilər. Onların sözlərinə görə, yanğın baş verəcəyi təqdirdə yanğınsöndürmə və digər xüsusi texnikanın əraziyə daxil olması mümkünsüzləşəcək.

Onlar aidiyyəti qurumlardan problemin araşdırılmasını istəyiblər.

Məsələ ilə bağlı “Səfalı Ticarət Mərkəzi” ASC ilə əlaqə saxlamaq mümkün olmadı. ASC-nin internetdə rəsmi saytı və əlaqə nömrəsi yoxdur.

“Bazarstore” isə məsələyə münasibət bildirməkdən imtina etdi.

Xətai Rayon İcra Hakimiyyətindən “Bakupost”a bildirilib ki, məsələ qurumun səlahiyyətlərinə aid deyil.

Fövqəladə Hallar Nazirliyinə də sorğu ünvanladıq. Nazirlikdən “Bakupost”a bildirildi ki, “Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 19 fevral tarixli 529 nömrəli Fərmanına uyğun olaraq 30 dekabr 2019-cu il tarixində “Səfalı Ticarət Mərkəzi” ASC tərəfindən inşa olunmuş 4 girişli 12 və 16 mərtəbəli yaşayış binalarının istismarına icazə aktı rəsmiləşdirilib:

FHN-dən həmçinin qeyd olunub ki, sözügedən ünvanda Nazirliyin Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən sonuncu dəfə 2026-cı ilin aprel ayında keçirilən yanğın-texniki müayinə zamanı yanğın təhlükəsizliyi qaydalarının tələblərinin pozulması faktları aşkarlanıb.

“Qeyd olunan pozuntularla bağlı binanın yanğın təhlükəsizliyinə cavabdeh şəxs barəsində inzibati xəta haqqında protokol tərtib olunub”, - deyə Nazirlikdən bildirilib.

Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən isə “Bakupost”a bildirilib ki, sözügedən yaşayış kompleksi üzrə layihə sənədləri Komitə tərəfindən razılaşdırılmayıb.

Qurumun açıqlamasında qeyd olunub ki, yaşayış kompleksinin tikintisi Komitəyə layihə sənədlərinin razılaşdırılması və tikintiyə icazələrin verilməsi ilə bağlı səlahiyyətlər həvalə edilməzdən əvvəl həyata keçirilib:

“Qeyd olunan səlahiyyətlər Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 1 avqust tarixli 226 nömrəli "Şəhərsalma fəaliyyəti sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında" Fərmanı ilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə həvalə edilib.

Bu səbəbdən sorğunuzda qeyd olunan layihə sənədlərinin razılaşdırılması, tikintiyə icazənin verilməsi, habelə obyektin tikintisi dövründə qüvvədə olmuş normativ tələblərə uyğunluğu ilə bağlı həmin dövrdə müvafiq səlahiyyətləri həyata keçirmiş aidiyyəti icra hakimiyyəti orqanına müraciət etməyiniz məqsədəuyğundur”,- deyə Komitədən bildirilib.

Qeyd edək ki, “Səfalı” MTK ilə bağlı müxtəlif vaxtlarda mediada bir sıra iddialar dərc olunub. Həmin materiallarda tikinti qaydalarına əməl edilməməsi, işçilərin əmək hüquqlarının pozulması, əmək müqaviləsi olmadan işə cəlb edilmə və vergi pozuntuları ilə bağlı iddialar yer alıb.

Bu ilin fevral ayında isə “Səfalı” MTK-dan mənzil alan sakinlərin binanın idarə olunması ilə bağlı problemlərdən şikayət etdiyi barədə məlumatlar yayılıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:150
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 17 Avqust 2026 16:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see956

Şuşa qəhrəmanlığın rəmzi

05 Noyabr 2026 12:13see528

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see381

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see350

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see308

Oynaq ağrılarında yeni yanaşma: Kollagen VİDEO

04 Noyabr 2026 17:05see291

Daşkənddə “İrəvanın susmayan yaddaşı: siyasi məcburiyyət və yurd dərdi” romanı özbək dilində nəşri təqdim olunub

04 Noyabr 2026 19:15see286

Rauf Dadaşovun anım günüdür

04 Noyabr 2026 14:48see278

Səhiyyənin bu vəziyyətdə olmasının səbəbkarı həkimlər deyil Tibb işçisindən SƏRT AÇIQLAMA

04 Noyabr 2026 16:59see263

2027 ci ildə Azərbaycanda hansı ərzaqlar bahalaşacaq? SİYAHI

04 Noyabr 2026 20:13see261

ABŞ ın ilk müsəlman senatorundan Vensə ərəbcə çağırış Video

04 Noyabr 2026 17:42see257

Stress və yuxusuzluq saç tökülməsinə necə təsir edir? HƏKİM AÇIQLADI

04 Noyabr 2026 15:40see246

Səhiyyə Nazirliyinin dəstəyi ilə “Böyük Qayıdış” çərçivəsində Tərtər və Suqovuşanda kardioloji aksiya

04 Noyabr 2026 17:23see242

Pirşağıda məktəbliləri küçə itləri qorxuya salır Vətəndaşlar narazıdır

04 Noyabr 2026 23:23see241

Tramp Heqsetin istefası məsələsini müzakirə edir

04 Noyabr 2026 23:08see238

İmmuniteti gücləndirməyin ən asan yolu...

05 Noyabr 2026 02:13see222

Azərbaycanlı həkim bu ölkənin səhiyyə nazirinin müşaviri təyin edildi FOTO

04 Noyabr 2026 20:36see218

Avropa Komissiyası: Ukrayna Aİ yə üzvlük yolunda Moldovadan geri qalır

05 Noyabr 2026 00:13see207

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see197

Sosial medianın dinlənilməsi və monitorinqi ictimai rəyi öyrənmək, rəqibləri təhlil etmək və effektiv kommunikasiya strategiyası qurmaq

05 Noyabr 2026 11:32see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri