“Şəfa”nın San Marinodan transfer etdiyi futbolçunu yaxından tanıyın
Idmanxeber.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan 1-ci Liqasında mübarizə aparacaq “Şəfa”nın San Marinonun “Faetano” komandasına çıxış edən Raul Yaqubzadə ilə anlaşdığı xəbərini vermişdik. 21 yaşlı hücumçu ilə yaxın günlərdə rəsmi müqavilə imzalanacaq.
Raul Yaqubzadə son mövsümdə “Faetano”nun heyətində San Marino çempionatında 6 matçda meydana çıxıb, qol və məhsuldar ötürməylə yadda qalmayıb. Onun bu klubla sözləşmə müddəti 2025-ci il iyunun 30-na qədər idi.
Forvard daha əvvəl İtaliyanın “İmoleze”, “Sansepolkro”, “Nuova Florida” komandalarında, həmçinin “Peruca”nın aşağı yaş qruplarında oynayıb.
21 yaşlı hücumçu San Marinonun U-21 millisinə dəvət alıb. Ancaq Yaqubzadə bunu qəbul etməyib. O, Azərbaycanı beynəlxalq səviyyədə təmsil etmək istədiyi üçün bundan imtina edib.
Yaqubzadə Azərbaycan, ingilis və rus dillərində sərbəst şəkildə danışa bilir. Hücumçu 19 yaşlılardan ibarət milli komandamızın heyətində də çıxış edib.
İdmanxeber.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:63
Bu xəbər 20 İyun 2025 15:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















