Icma.az
close
up
RU
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində nə baş verir? AÇIQLAMA

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində nə baş verir? AÇIQLAMA

Icma.az, Demokrat.az portalına istinadən məlumat verir.

"Mətbuatda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə birlikdə Azərbaycan Respublikası Baş Prokurorluq tərəfindən keçirilmiş birgə kompleks tədbirləri nəticəsində Xəzər rayonu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi və bir neçə zabiti həbs ediliblər. Məsələ ilə bağlı ictimai rəydə gedən bəzi fikirləri təhlil edərkən belə qənaətə gəlirəm ki, həmin xidmətdə islahatlara maneə olan və orada kök salmış xeyli əməkdaşlar var".
Bu fikirləri Demokrat.az-a açıqlamasında Demokratiya və İnsan Hüquqları Komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə bildirib.
O bildirib ki, hazırda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində obyektivliyin təmin edilməsində, çağırışa yararlı şəxslərin TƏBİB-in nəzdindəki həkimlər tərəfindən müəyyən edilməsində xeyli irəliləyiş var:
"Tibbi kommissiyaların səfərbərlik xidmətinə deyil, TƏBİB-ə tabe olması xidmətin rəhbərliyi tərəfindən qaldırılmış məsələlərdən biridir. Belə olan halda çağırışa gələn şəxslər TƏBİB-in həkimləri tərəfindən müayinə edilir və məsuliyyəti TƏBİB öz üzərinə götürür. Biz bilirdik ki, bu sahədə neqativ hallar var idi. Çağırışa yararlı olan və olmayan şəxslər müxtəlif vasitələrlə sağ-çürük edilirdi".
Çingiz Qənizadə qeyd edib ki, orada çirkin oyunlar gedir, pul müqabilində müəyyən insanlar əsgərliyə çağırılır, digərləri hərbi xidmətdən kənarlaşdırılırdı:
"Bu kimi halların aradan qaldırılması ilə bağlı xidmətin rəhbərliyinin kommissiyanın TƏBİB-in nəzdində olması məsələsini qaldırması obyektivliyin təmin edilməsinə xidmət edən məqamdır. Hesab edirəm ki, bu,həmin dövlət xidmətində aparılan islahatların tərkib hissəsidir. Azərbaycan Respublikası Prokurorluq orqanlarının keçirdiyi əməliyyat şübhəsiz ki, həmin xidmətin özünün əldə etdiyi məlumatların prokurorluğa ötürülməsi ilə keçirdiyi birgə əməliyyatdır. Həbslərlə, inzibati metodlarla nəyəsə nail olmağın tərəfdarı olmasam da, hər hansı dövlət qurumunda islahatlara kölgə salan şəxslər mövcuddursa, onlar ya vəzifədən uzaqlaşdırılmalı, ya da həbs edilməlidir".
Onun sözlərinə görə, insanların övladlarını hərbi xidmətə göndərən qurum hər zaman ailələrin və cəmiyyətin diqqətindədir:
"Aparılan islahatları alqışlamaq və dəstəkləmək lazımdır. Bu qurumda kök salmış müəyyən cinayətkar ünsürlər uzaqlaşdırılmalıdır. Yaxın vaxtlarda qurumda islahatların uğurla başa çatmasının da şahidi olacağıq. Mən 10 il Milli Məclisin deputatı vəzifəsində olarkən bölgələrdə tədbirlərdə olmuşam. İmişli və Beyləqanda deputat kimi kommissarlar ilə görüşmüşəm. Qurumun maddi təminatında problemlər olduğunu düşünürəm. Komissarlarla görüş zamanı inzibati binaların köhnə dövrlərdən qalması, komissarların əmək haqqlarının az olması, rayona vəzifəyə təyin olarkən kirayədə qalmaq problemlərinin yaranması haqqında söhbətlərimiz olmuşdu. Dövlət bu quruma daha çox diqqət ayırmalı,  maddi-texniki bazanın yaxşılaşdırılması, əmək haqqlarının artırılması, sosial problemlərin həll olunması üçün xüsusi diqqət göstərilməlidir. Bu problemlərin aradan qaldırılması üçün vəsait ayrılmalıdır. Qurumda aparılan islahatlar dövlət qayğısı ilə birlikdə olduqda gələcəkdə də neqativ halların sayı azalacaq. 
Doğrudan da bu cür tədbirlər müddətli həqiqi hərbi xidmətə çağırış sahəsində vəzifəli və digər şəxslər tərəfindən yol verilən qanunsuzluqların qarşısının alınması, korrupsiyaya qarşı mübarizə və şəffaflığı artırılmasına xidmət edir. Əvvəlki illərdən kök salmış neqativ halların aradan qaldırılması nə qədər çətin olsa da, olduqca vacib məsələdir. Bu  sahədə neqativ halların aradan qaldırılması üçün görülən işlərdə uğurlar arzulayırıq".
Əfsanə Kamal
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:257
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 05 Mart 2025 14:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see330

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see322

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see313

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see272

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see269

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see254

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see250

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see249

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see248

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see236

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see234

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see232

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see214

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see212

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see211

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see206

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see195

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see194

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see184

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see183
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri