Icma.az
close
up
RU
Səfərbərlik Xidmətində NÖQSANLAR: 121 nəfər barəsində araşdırma aparıldı

Səfərbərlik Xidmətində NÖQSANLAR: 121 nəfər barəsində araşdırma aparıldı

Lent az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Hərbi xidmətə çağırışla bağlı yol verilən qanun pozuntularının aşkar olunaraq qarşısının alınması, profilaktikası, habelə bu sahədə korrupsiyaya qarşı mübarizə, eləcə də şəffaflığın artırılması istiqamətində Baş Prokurorluq tərəfindən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX), həmçinin digər aidiyyəti dövlət qurumları ilə birgə davamlı olaraq kompleks tədbirlər keçirilir. 

Baş Prokurorluqdan Lent.az-a bildirilib ki, bu məqsədlə 2026-cı ilin yanvar ayından hazırkı dövrədək Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə SHXÇDX tərəfindən təqdim olunan rəsmi məlumatlar, o cümlədən vətəndaş müraciətləri əsasında 124 vəzifəli şəxsin və qanunazidd əməllərin törədilməsində iştirakı ehtimal olunan 121 şəxsin barəsində hərtərəfli araşdırmalar aparılıb.

Həmçinin qeyd olunan dövrdə Baş İdarənin əməliyyat qurumları tərəfindən hərbi xidmətə çağırış sahəsində qanunvericiliyin tələblərinin pozulması faktları ilə bağlı 4 əməliyyat-axtarış tədbiri keçirilib, nəticədə faktlar üzrə cinayət işləri başlanaraq İstintaq idarəsinə göndərilib.

Ümumilikdə, 2026-cı ilin yanvar ayından etibarən SHXÇDX-nin vəzifəli şəxsləri və digər şəxslər barəsində 8 cinayət işinin ibtidai istintaqı aparılıb. Həmin cinayət işlərindən 8 şəxs (7 vəzifəli şəxs və 1 vətəndaş) barəsində 5 cinayət işi üzrə ibtidai istintaq tamamlanaraq baxılması üçün aidiyyəti üzrə müvafiq məhkəmələrə göndərilib. Məhkəməyə göndərilmiş işlər üzrə təqsirləndirilən 6 şəxs barəsində əsas qətimkan tədbiri qismində həbs, əlavə qətimkan tədbiri qismində vəzifədən kənarlaşdırma, 2 şəxs barəsində isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib. Hazırda 3 cinayət işi üzrə ibtidai istintaq davam etdirilir və onlardan 1 cinayət işi üzrə 2 şəxs barəsində həbs və vəzifədən kənarlaşdırma qətimkan tədbirləri tətbiq olunub.

İbtidai istintaq zamanı 3 cinayət işi üzrə 9 çağırışçı barəsində komisyon məhkəmə-tibbi ekspertizası təyin olunub. Ekspertizanın nəticələrinə əsasən 1 şəxs hərbi xidmətə yararlı hesab edilib, 2 şəxsə xidmətdən möhlət hüququ verilib, digər 6 şəxs üzrə isə ekspertiza davam etməkdədir. 

Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində, eləcə də respublikanın ayrı-ayrı rayon (şəhər) prokurorluqlarında istintaq olunan cinayət işləri və araşdırılan materiallar üzrə tibbi müayinələrin tam aparılmaması və yanlış diaqnozlar səbəbindən səhhətində problem olan çağırışçıların xidmətə göndərilərək sonradan vaxtından əvvəl tərxis olunması, habelə SHXÇDX-nin yerli qurumlarında daxili yoxlamalarla qanun pozuntularının törədilməsi faktları müəyyən edilib. 

Yol verilmiş nöqsanların aradan qaldırılması məqsədilə aidiyyəti qurumlara (o cümlədən SHXÇDX-yə 18, Səhiyyə Nazirliyinə 6, TƏBİB-ə 4, Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinə 3, Müdafiə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzinə 1) ümumilikdə 32 təqdimat göndərilib, onlardan 14-ü bilavasitə Xidmətin 35 yerli strukturunda sənədləşmənin qanunvericiliyin tələbləri səviyyəsində tərtib olunmasının təmin edilməsini əhatə edib. Görülmüş tədbirlər nəticəsində SHXÇDX-nin 2 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, 4 həkimə və 10 vəzifəli şəxsə, habelə 1 fiziki şəxsə xəbərdarlıq edilib, müvafiq kollektivlərdə müzakirələr aparılıb. 

Hazırda 5 təqdimat üzrə icraat davam etdirilir. 

Hərbi xidmətə çağırış sahəsində şəffaflığın təmin edilməsi, korrupsiya hüquqpozmalarının və digər neqativ halların qarşısının alınması istiqamətində aidiyyəti dövlət orqanları ilə birgə tədbirlər bundan sonra da qətiyyətlə davam etdiriləcək və nəticələri barədə ictimaiyyətə məlumat veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:109
embedMənbə:https://lent.az
archiveBu xəbər 12 Oktyabr 2026 11:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see337

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see328

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see320

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see264

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see257

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see244

® Mərkəzi Gömrük Hospitalının Mama ginekologiya şöbəsində qadın sağlamlığının qorunmasına kompleks yanaşma tətbiq olunur

30 Oktyabr 2026 16:23see242

Şəbnəm Tovuzlu: Keçmiş baldızımla bacı kimiyəm

30 Oktyabr 2026 16:45see239

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see231

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see222

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see221

Səhiyyə Nazirliyi və TƏBİB in vahid mətbuat xidməti yaradılır Özəl

30 Oktyabr 2026 11:02see219

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see217

Bugatti şirkətinin rəhbəri Mate Rimatsın “Chiron” hiperkarı oğurlanıb

30 Oktyabr 2026 14:45see217

Ürəyinizi qorumaq üçün bu məhsul YEYİN

30 Oktyabr 2026 16:38see212

“Avropa Beynəlxalq Hospitalı”nın Ağdaşda filialı açıldı FOTOLAR

30 Oktyabr 2026 16:52see205

Arvadından boşanan kişi pişiyi ilə görüş saatı tələb etdi

30 Oktyabr 2026 18:02see201

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see194

Qripdən qorunmaq istəyənlər üçün vacib qidalar

30 Oktyabr 2026 02:04see186

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see182
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri